Radioloq, Uzman Dr. Aynur Səmədova: Aşağı ətrafların venoz çatışmazlığı

Aşağı ətraf venalarında olan çox sayıda qapaqların yetərsiz işləməsinə bağlı olaraq qanın ayaqlarda uzun illər toplanaraq yaratdığı xəstəliyə verilən addır.

Aşağı ətrafların venalarında olan qapaq problemləri nəticəsində qan uzun müddət ərzində ayaqlarda toplanır və ağırlığı ilə kiçik venaların genişlənməsinə yol açır. Genişləyən və qıvrılan bu kiçik venoz damarlara varikoz deyilir. Əsasən səthi venalardakı qapaq problemləri nəticəsində varikoz yaranır. Ən önəmli varikoz səbəbi safena venalarındaki qapaq çatışmamazlığıdır. Qanın illərlə ayaqda toplanması həm də ayaqda şişliyə səbəb olur.

Aşağı ətraf venalarında olan çox sayıda qapaqların yetərsiz işləməsinə bağlı olaraq qanın ayaqlarda uzun illər toplanaraq yaratdığı xəstəliyə verilən addır:

  • Ayaqlarda ağrı- səhərlər az olur, günün irəliləyən saatlarında artır;
  • Ayaqlarda və topuqlarda şişlik;
  • Ayaqlarda yorğunluq, gərginlik, yanma və ağırlaşma hissiyatı;
  • Ayaqda tüklərin tökülməsi, dərinin incəlməsi və parlaq görünüş alması;
  • Ayaqlarda varikoz damarların əmələ gəlməsi;
  • Topuğun iç hissəsində sağalmayan yaraların əmələ gəlməsi.

Aşağı ətrafların venoz çatışmamazlıq xəstəliyinin diaqnozunu xəstənin şikayətlərini dinləməklə və ayağını müayinə etməklə qoymaq mümkündür, ancaq hər xəstəyə mütləq Rəngli Doppler US müayinəsi edilməlidir. Rəngli Doppler US müayinəsi ilə həm xəstədə venoz çatışmamazlıq olub olmadığı müəyyən edilir, həm də çatışmamazlığın səthi və ya dərin damarlarda olması təyin olunur.

Klinikamızda mütəxəssis-uzman radioloq tərəfindən aşağı ətraf venalarının rengli Doppler US müayinəsi həyata keçirilərək xəstələrə dəqiq diaqnoz qoyulur və ehtiyac olduğu halda xəstə fleboloqa yönəldilir.

Leave a reply