Caspian İnternational Hospitalın təcrübəli pediatrı Dr. Günay Rəsulovadan süd verən analara faydalı məsləhətlər!

 

Süd verən analar əvvəlki çəkilərinə dönmək üçün tələsməməlidirlər. Bu müddət 6-12 ay və daha çox çəkə bilər. Əmizdirmə əslində kilovermənin ən gözəl yoludur.

1. Əmizdirən qadın arıqlama dietləri uyqulamamalıdırlar. Sadəcə unlu, yağlı, şəkərli qidalardan uzaq durmalıdırlar.
2. Maye qəbulunu artırmalıdırlar
3. Stressdən uzaq durmalı və ana olmanın xoş sevincini yaşamağa çalışmalıdırlar və Həkimlə məsləhətləşmədən dərman istifadə edilməməli.
4.  Kalsiumla zəngin süd, qatıq və pendir istifadə etməlidirlər
5. Hər gün 1 ədəd yumurta, 1-2 porsiya ətli tərəvəzli yemək yeməlidirlər
6.  İlk 3 ayı (köp) atlatdıqdan sonra, quru lobya, noxud, mərcimək, bulgur, apelsin, portağal, pomidor, yaşıl bibər,(mövsümə uyğun) təzə soğan və başqa mövsümi c vitaminindən zəngin meyvə və tərəvəzlər yeməlidirlər
7.  Kolbasa, sosiska, başqa konserv və başqa  qatqı maddəsi  olan qidalar verilməməlidir
8. D vit. üçün bol günəşlənməyə çalışmalıdırlar
9.  Quru meyvə  həm yaxşı enerji, həm dəmir və kalsium kimi minerallarla zəngindir.
10. Çay içməməlidirlər. Əvəzinə nanə, papatya, ıhlamur, itburnu kimi bitki çayları içilə bilər
11.  Hazır meyvə suları, qazlı və kolalı içəcəklər yerinə təzə sıxılmış meyvə suları, ayran içməlidirlər
12. Bəhməz yaxşı dəmir qaynağıdır
13. Meyvə tərəvəzi yaxşı yuyub vermək lazımdır
14. Yeməklər hazırlanınca əllər yaxşı yuyulmalıdır

 

Leave a reply