Bitki çaylarının faydası.

Soyuq və küləkli keçən havalarda hər kəs bir fincan isti içkiyə ehtiyac duyur. Tərkibindəki yüksək kafeinə görə qəhvə və ənənəvi çaydansa, bitki çaylarına yönəlmək məsləhətdir.
Siz heç, el arasında Bədrənc və Xanım otu adıyla tanınan Dərman limonotu çayı içmisiniz? Stressi, gərginliyi aradan qaldıran, iştahsızlıq və həzm problemlərinə dərman olan limonotu çayı küləkli payız günlərində sizin yoldaşınız olacaq.
Cəmi 2-3 limonotu yarpağı ilə dəmlədiyiniz ləzzətli çay həm günün bütün yorğunluğunu aparacaq, sizi sakitləşdirəcək, həm də meyxoş dadıyla içinizi isidəcək.

Leave a reply