Pika Sindromu

Pika Sindromu
Kağız, torpaq, sement, qurumuş boya, kömür… Sadaladıqlarımız və daha çoxu insanın qida rasionuna daxil deyil. Lakin nə vaxtsa bu mddələri yeyən insanlar haqqında əhvalatlara təəccüblə qulaq asmışıq. Bu, o qədər də qəribə xəstəlik deyil. Daha çox hamilə qadınlarda və uşaqlarda rast gəlininən bu kimi davranışlara dünya səhiyyəsində “Pika” deyilir. Pika olan şəxs zəhərli və toksik maddələr qəbul etmədiyi müddətcə, heç bir əlavə ziyanı yoxdur. Lakin həzm olunmayan maddələrin qəbulu həzmsizlik, qəbizlik və digər problemlər yarada bilər.
Yaranma səbəbi ilə bağlı bir çox fikir irəli sürülür. Bütün yemək pozğunluqları kimi, kökünün psixologiyaya və ruh halına bağlı olduğu düşünülür. Hər ehtimala qarşı, Pika davranışları sərgiləyən uşaqların bədənlərindəki mineral, xüsusilə dəmir və sink nisbətlərini yoxlanışdan keçirmək tövsiyə olunur.
Birdən yarandığı kimi, zamanla öz-özünə itən Pikanın müalicəsi üçün dəqiq bir yol yoxdur. Mütəxəssislər Pika davranışları sərgiləyən şəxsə mümkün qədər adi yanaşmağı, əgər stresslə əlaqəlidirsə, mühitini dəyişdirməyi tövsiyə edirlər.
Xatırladaq ki, autizm, şizofreniya və başqa psixoloji xəstəliklərdən əziyət çəkənlər də Pika davranışları sərgiləyir. Lakin onlarınkı xəstəliklərinin bir hissəsidir, başqa əlamət kimi sayılmamalıdır.

Leave a reply