Sağlamlığınız üçün HAVALAR SOYUDUQCA SU İÇMƏ VƏRDİŞİNİZİ TƏRGİTMƏYİN!

Sağlamlığınız üçün HAVALAR SOYUDUQCA SU İÇMƏ VƏRDİŞİNİZİ TƏRGİTMƏYİN!

Su içmək üçün alternativlər
Isti havalarda su içmək rahatdır, amma havalar soyumağa başladıqca su içməyi yaddan çıxarırıq.
Unutmayaq ki, çay, qəhvə və başqa içkilər bədənimiz üçün əsla saf suyu əvəz edə bilməz. Su içməməyə həmişə bəhanəsi olanlar üçün bir neçə alternativ.

1. Suya limon sıxın. Suyu dada gətirməyin ən ideal yolu, bir stəkan suya bir neçə damla limon suyu əlavə etməkdir. Əslində, istədiyiniz meyvə şirəsindən istifadə edə bilərsiniz. Lakin limon həm C vitamini mənbəyidir, həm də kəskin, meyxoş dadı suya ləzzət qatacaq.

2. Su filterindən istifadə edin. Çox vaxt suyu dadsız bir maddə kimi yaddaşımıza yazsaq da, əslində belə deyil. Hər su mənbəyinin özünəməxsus dadı var və bunun da səbəbi orada olan minerallar və mikroelementlərdir. Xüsusilə böyük şəhərlərdə su filterlərindən istifadə edərək suya dad qatan əlavə elementlərdən qurtula və saf su içə bilərsiniz.

3. Qazlı su. Qazlı suların köpüklü və sərin dadı suyun dadına yaxşı alternativdir. Saf, qatqı maddəsi olmayan qazlı su, adi suyla eyni qidalılığa sahibdir. Lakin yenə də gündəlik su ehtiyacınızı ödəmək üçün, mümkün qədər az qatqı maddəsi olan qazlı sulardan için.

4. Nanə çayı. Xüsusən soyuq havalarda isti içkilərə ehtiyac duyuruq. Adi çay qəhvəyə yaxşı alternativ kimi görünsə də, tərkibindəki kafein demək olar ki, qəhvəylə eynidir. Qaynar suyun içərisinə bir neçə nanə yarpağı ataraq, kafeinsiz, sağlamlığa faydalı bitki çayı hazırlaya bilərsiniz. Həm ləzzətli çay içəcəksiniz, həm də nanənin təravətləndirici rahiyəsi səhərlər ayılmağınıza kömək edəcək.

Leave a reply