Bilməmiz gərəkən Kiçik Tibbi Müayinələr!

Hər hadisə zamanı öncə həkimə müraciət etmək mütləqdir, lakin öz-özümüzə edə bilcəyəmiz kiçik tibbi müdaxilələri yada salmaq yerinə düşərdi:
Burun qanaması: Qanayan burunu barmağınızla tutun, digər tərəfdəki qolu havaya qaldırın. Alına soyuq kompres qoyun.

 Yanıqlar: Yüngül yanıqlar zamanı birinci olaraq cəld soyuq suyun altına tutmaq, mümkün qədər əlavə vasitələrdən qaçmaq lazımdır.

 Qan təzyiqi: Qan təzyiqinin standartları var, lakin hər insanın orqanizmi fərqlidir. Sırf standart ilə düz gəlmir deyə, sizi narahat etməyən təzyiq təhlükəli olmaya da bilər. Orta qan təzyiqinizi öyrənmək üçün 3 gün dalbadal sakit olduğunuz vaxtda təzyiqinizi yoxlayın.

 Qızdırma: Qızdırma zamanı üşütmə keçirdiyimiz üçün üstümüzü örtməyə çalışmamalıyıq. Ondansa, üstə yüngül ədyal sərmək, tərli paltarları dəyişmək və alın, bilək içi və s. isti yerlərə soyuq kompres qoymaq lazımdır.

 Kompreslər: İsti və soyuq kompreslər bir çox ağrı və zədəyə müsbət təsir göstərir. Bəs, hansından nə vaxt istifadə etməliyik? 48 saatdan təzə olan zədələrdə – burxulma, əzilmə, əzələ dartılması – soyuq kompresdən istifadə etmək lazımdır. Xüsusilə buz şişkinliyi azaldır, bu da sağalmanı sürətləndirir.
Boyun, əzələ ağrılarında, idmandan və ağır işdən əvvəl gərgin əzələləri yumşaltmaq üçün isti kompreslərdən istifadə olunur.
Hər iki üsul 20 dəqiqədən artıq olmamaq şərti ilə istifadə olunmalı və istilik ya da soyuqluq narahatlıq verəndə dərhal dayandırılmalıdır.

Leave a reply