Panika, təşviş, tələskənlik…

Bu sözlər sizə tanışdır?
Təlaşlı insanların ürək-damar xəstəliklərindən əziyyət çəkmə risqi digər insanlardan yüksəkdir. Həmçinin, tələskənlik diqqətsizliyə və bir çox qəzalara apara bilər. Odur ki, təşvişinizi azaltmaq üçün aşağıdakı bir neçə üsulu yaddan çıxarmayın:

1. Dayanan, nəfəsinizi tutun və 10-a qədər sayın. “1,2,3…” tipli sürətli saymaq sizə kömək etməyəcək. Beynəlxalq standartda 1 saniyəni ifadə etmək üçün “missisipi” sözündən istifadə olunur. Yəni, “1 missisipi, 2 missisipi, 3 missisipi…” şəklində sayın.

2. Əyləşin və bir stəkan su için. Təlaşlı adama bir stəkan su vermək ağıllı fikirdir, amma su nəfəs borusuna düşüb onu öskürdə bilər. Xüsusilə təlaşlı olanda suyu oturub içmək məsləhətdir.

3. Boynunun arxasını ovuşdurun. Əsəbi olanda qeyri-şüurlu etdiyimiz bu hərəkət təkamülün qalığıdır. Boynumuzun arxasında bizi sakitləşdirən sinirlər yerləşir.

4. Yavaş-yavaş temposu düşən musiqi dinləyin. Insanın ruh halı musiqiylə tez uyğunlaşır. Yavaş-yavaş temposu düşən musiqi ilə birgə siz də sakitləşəcəksiniz.

5. Soyuq suyla əl-üzünü, qollarınızı yuyun. Təlaşlananda qan dövranımız sürətlənir, hərarətimiz qalxır. Soyuq su qalan hərarəti endirib, sakitləşdirici təsiri göstərir.

Ürək sağlamlığınız, daha gözəl və uzun ömür üçün sakitliyinizi qoruyun!

Leave a reply