Skolioz nədir? Uzm. Dr. Ortoped-Travmatoloq Vüqar Quliyev

Skolioz xüsusən, üşaqlarda daha çox rast gəlinən onurğa sütunun
deformatik əyriliyidir. “Skoliosi” latın sözüdür, mənası “əyri” deməkdir.
Uşaqlarda kosmetik problemlərdən başqa əyrilik dərəcələrində nəfəs alma
sıxıntısı və ağrı simptomları meydana çıxır.
Diaqnozun qoyulmağı barədə məlumat verən “Caspian İnternational
Hospital”ın travmotoloq-ortopedi Vüqar Quliyev deyib: “Skolioz xəstələri
adətən, valideynlərin təsadüfən görməsi ilə həkimə gətirilir. Həkim
müayinəsində rahatlıqla bucaqlı skoliyozlarda diaqnoz qoyulur. Diaqnoz
zamanı əvvəlcə rentgen şəkillər çəkilməsi skoliozun dərəcəsi və yeri
haqqında məlumat verir. Skolioz başqa bir xəstəliklə birlikdə və ya yüksək
dərəcədə inkişaf etdikdə Kompyuter Tomoqrafiya və ya Maqnit-Rezonans
müayinəsi lazım gəlir”.
Müalicəsi prosedurlarının aparılması barədə danışan travmotoloq-
ortoped deyib:”Skoliozun əyrilik bucaqları Cobb bucaqları ilə ölçülür və
45 dərəcənin üstündə cərrahi müdaxilə şərtdir. Həmin bucağın aşağı olduğu
durumlarda konservativ müalicə metodlarına üstünlük verilir. Konservativ
olaraq fizioterapiya, idman və ya korsetlərdən istifadə olunur. Lakin
konservativ metodlar xəstənin yaşı və inkişaf dərəcəsindən çox asılıdır və
istifadə yerləri məhduddur.
Həkim Vüqar Quliyev onu da xəbərdarlıq edib ki, skolioz diaqnozu və
müalicəsi peşəkar həkimlər tərəfindən aparılmalıdır. Onun cərrahi
müalicəsi uşaq yaşda olan xəstələrin nhərəkətlərini məhdudlaşdırmır,
əksinə daha yaxşı uyğunlaşmasını təmin edir. Uşaqların onurğa
nahiyəsində skoliozdan şübhələndikdə ixtisaslı həkimlərə müraciət etmək
məsləhətdir.

Leave a reply