Tənbəl gözdə refraktiv qüsurların rolu!

Bir gözün ortada heç bir fiziki səbəb yox ikən digər gözdən inkişafda geri qalmağına “göz tənbəlliyi” deyilir. Əslində, “səbəbsiz” ifadəsi o qədər də doğru deyil. Göz tənbəlliyinin bir çox dolayı səbəbləri olur və bunlardan başlıcası miopiya və hipermetropiyadır. Miopiya və hipermetrop erkən yaşlarda yaranan refraktiv qüsur olsa da, hər iki gözə eyni dərəcədə təsir etmir. Bəzən gözlər arasındakı dərəcə fərqi cüzi, çox vaxt normada və ya həddən artıq olur. Xüsusilə orta dərəcə artdıqca, iki göz arasındakı dərəcə fərqi daha ciddi fəsadlar törədir. Dərəcəsi daha böyük(kiçik) olan göz zamanla bütün işi ondan daha yaxşı görən gözə buraxır və inkişafı ləngiyir. Bunun – göz tənbəlliyinin fəsadları nələrdir?
– Görmə prosesində iki yox, bir göz iştirak etdiyi üçün görüntünün keyfiyyət aşağı düşür.
– Tənbəl göz olan cinahda yaralanmalar – sağ gözü tənbəl olan insanların sağdan gələn zərbəni görməməyi, qapıya, masaya sağ ayaqlarını, əllərini vurmaları və s.
– Bütün yükün tək gözə düşməyi daha çox yorulmağına, ağrı və sancılara səbəb olur.
– Tənbəl olmayan gözün zədələnməyi, yaxud tamam tutulmağı nəticəsində görmə qabiliyyətinin itirilməsi və s.
Bu tip problemlərə qarşı əvvəlcədən tədbir görmək üçün refraktiv qüsurlar – miopiya, hipermetropiya və astiqmatiz mütləq müalicə olunmalıdır. Dünya praktikasında bunun üçün yeganə üsul Eksimer lazer göz əməliyyatıdır. Cəmi 1 dəqiqəyə gözdəki qüsurları aradan qaldırıb, “göz tənbəlliyi”nin qarşısını almaq olar.
Belə ki, Caspian İnternational Hospitalda mövcud ən son texnologiya İFS Advanced Femtosecond Laser cihazı ilə siz bıçaqsız, qansız, ağrısız refraktiv göz qüsurlarınızdan xilas ola bilərsiniz!

Leave a reply