ƏL OYUNLARI, UŞAQLARDA TƏNBƏL GÖZLƏRİN MÜALİCƏSİ KİMİ

 

Zəmanəmizdə bəlkə bir sosial stereotipə çevrilmiş smartfon və ya əl oyunlarının, görmə zəifliyinin əsas səbəbi kimi tanındığı halda, biz oftalmoloqlar, göz tənbəlliyinin –ambliopiyanın bir sıra növlərində onları məsləhət görürük.  Ambliopiya daha çox uşaqlarda rast gəlinərək, görmənin çox hissəsinin itkisi məsuliyyətini daşıyır. Ambliopiya öz növbəsində dünya əhalisinin 3-4%ni təşkil edir. Bu zaman zəif görən göz beyinə dağınıq təsvirlər göndərir. Nəticədə beyin zəif görən gözdən aldığı təsviri nəzərə almamağa məcbur olur. Və tədricən o gözün var olduğunu “unudur”.

Ambliopiya yetkin yaşlarda qalıcı olduqda, pasientlər dərinlik gərəkdirən sənət sahibi ola bilmirlər. Bu göz, yaxşı görən gözü də yükləyərək, sahibinin həyat keyfiyyətini endirir.Ömür boyu ikitərəfli görmə pozulmaları, ambliopiyası olan şəxslərdə 18% olduğu halda, olmayanlarda 10% olaraq qeyd olunur (Br J Ophthalmology). Ambliopiyanın müalicəsində qızıl standartsağlam gözü qapamadır.Eynək korreksiyası və pleoptik müalicə, qaydalı şəkildə qapamaya əlavə olaraq,bir sıra cihazlarla davam etdirilir. Son illər ərzində alimlər (McGill University Health Centre) müəyyən etmişlər ki, populyar əl oyunlarından hesab olunan “Tetris”, hər iki gözü məşq etdirərək, onların bərabər çalışmasına şərait yaradır.

7 yaşınadək uşaqlar nevroloji baxımdan tam yetkin deyildir.Əgər görməyə əngəl olan faktor varsa, beyin bir və ya iki gözün fəaliyyətini tədricən dayandırır. Bu isə o deməkdir ki, bu kimi hallarıerkən yaşda aşkar etməli və onların, tezliklə müalicəsini təmin etməliyik.

Belə ki, məsələn, 10 yaşına çatan uşaqda aşkar edilən ambliopiya həyəcan siqnalı ilə bizi xəbərdar etsə də, gec olmasına baxmayaraq, müalicəni dayandırmırıq. Son apardığımız kliniki çalışmalarımızda isə məlum olmuşdur ki, hətta 16 yaşında pasientlərdə tənbəl gözün müalicəsində tətbiq olunan bir sıra bərpa metoduna, həm də məşğələ şəklində, təyin edilənxüsusi qrafiklə, Tetrisi əlavə etdikdə, daha dərin nəticələr əldə etmək mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada 19 miliona yaxın uşaq görmə zəifliyindən əziyyət çəkir. Bunların 12 milionunun səbəbi refraksiya qüsurlarıdır. Uşaqlarda bu rəqəmi azaltmaq üçün isə görmənin erkən mühafizəsini aparmaq, bizlərin məqsədinə çevrilmişdir.

Leave a reply