Ayaq sağlamlığında 12 Faydalı məsləhət!

Ayaq sağlamlığında 12 Faydalı məsləhət!

Bədənimizin bütün yükünü ayaqlarımız çəkdiyi halda nədənsə onlara lazım olan qayğını vermirik. Seçilən ayaqqabılar bədən sağlığımız üçün olduqca vacibdir. Necə gəldi alınan ayaqqabılar ayaqlarımızın sağlamlığına mənfi təsir edir. Xüsusilə uşaqlarda yeriməyi gecikdirir və yerə basma problemlərinə səbəb olur.

1. AYAQ TƏMİZLİYİ
Corab və ayaqqabı içərisində tərləyən ayaqlar nizamlı olaraq yuyulmalı, tez-tez ayaq havalandırılmalı, dırnaqlar daha çox uzadılmamalı və düz kəsilməlidir.Geydiyimiz ayaqqabıları tez-tez dəyişdirməli və ayaqqabıların da quru qalmasını təmin etməliyik.
2. QURULAMA
Tərləyən ayaqlar qapalı və havasız şəraitdə qaldığı zaman bakteriyalar əmələ gəlir. Bu bakteriyalar da qoxu, göbələk xəstəliyinə və infeksiyalara səbəb olurlar. Hər yumadan sonra barmaq aralarını yaxşıca qurudun. Təmiz və quru corablar geyinilməlidir. Barmaq aralarına və ya corab içinə barmaq uclarına yayılacaq şəkildə pudra tökülərək quru qalmasını təmin edə bilərik.
3. DABAN DAŞI VƏ AYAQ BAXIMI
Qabar, qalınlaşmış dəri olduğu üçün dərinin üst təbəqələrinin təmizlənməsiylə müalicə edilir. Qabar atmış bölgəni yumşaltmaq üçün ilıq suda bir az saxlayın. Daha sonra çox sərt olmayan bir daban daşı və ya ona bənzər yumşaq bir alətlə qabar olunmuş yeri yavaşca təmizləyin. Beləcə ölü hüceyrə təmizlənmiş olur. Qabar olunmuş yerə bir müddət isladıb yumşaldıqdan sonra daban daşıyla ovulur. Bu yeni əmələ gələn qabarlar üçün əsaslıdır.
4. AYAQQABI SEÇİMİ
Ayaq və xüsusilə barmaq bölgənizi sıxmayacaq qədər forma və yumşaqlıqda seçin, köhnələrək formasını itirmiş olanları geyinməyin. Ayaqqabınızın dabanı xüsusilə bəlli bir yönə doğru əyilirsə mütləq bir ortopedə baş vurun.X üsusilə diabet xəstələri ayaqqabı seçərkən ayaqları yaralanmayacaq ayaqqabılar seçməlidirlər.
5. DİKDABAN AYAQQABI
Yüksək, incə dikdaban ayaqqabılardan qaçının. Çünki çox geyinildiyində ayaq üstündə durmaqda çətinlik çəkirsiniz. Bu ayaqqabılar mümkün olduğunca geniş olmalı, yüksəkliyi də 2 sm, ən çox 5sm-i keçməməlidir.
6. KİŞİ AYAQQABISI
Pəncəsi iri olan ayağa sahib olan kişilər sivri burunlu ayaqqabıları seçməməlidirlər. Normal qəlibli ayaqqabı almaq istəyirlərsə ipli olanı seçmələrində yarar var.
7. ÇƏKMƏLƏR
Dikdaban və hava almayan ayaqqabıları çox geyinməyin, mütləq yanınızda dəyişdirə biləcəyiniz ikinci bir ayaqqabı olsun.
8. DİKDABAN AYAQQABILAR
Vücudun ağırlığını barmaq uclarına yüklədiyi üçün forma dəyişiklikərinə, qabar və ayaq ağrılarına səbəb olur.
9. UŞAQ AYAQQABILARI
Rahatca hərəkət edə bilən yumuşaq və yüngül ayaqqabıları seçin. Sport ayaqqabıları uşaqlar üçün daha uyğundur. Uşaqlar sürətli böyüdüyü üçün seçdiyiniz ayaqqabının barmaq uclarının dar olmamasına və sıxmamasına diqqət edin.
10. CORABLAR
Xüsusilə pambıq corablar seçin, ayaq və dırnaqlarda əmələ gələn göbələk xəstəliyi və çox tərləyən ayaqlar üçün mütləq hər gün corablarını dəyişməsi lazımdır.
11. NÖMRƏLƏR
Ayaqqabının formasına görə nömrəsini seçməyin, geydiyinizdə necə hiss etdiyinizə baxaraq qərar verin. Xüsusilə günortadan sonra ayaqqabı almağa getməyin, çünki ayaqlarınız günortadan sonra daha şiş vəziyyətdə olur.
12. HƏRƏKƏTLƏR
Uzun səyahətlərdə və davamlı masa arxasında oturulduğunda ayaqlar şişər, qan dolaşımı azalar. Sağlığınız üçün ayaq hərəkətləri etmənizdə fayda var.

Leave a reply