Soyuq hava deyil, düşən bədən hərarəti insanı xəstə edir!
Cəmiyyətdə geniş yayılmış fikirlərin əksinə, soyuq hava deyil, düşünmədən geydiyimiz paltarlar səbəbilə düşən bədən hərarətimiz bizi xəstə edir. Məsələn hamımız qalın sviterlər geyinərək xəstəliklərdən bu yolla qorunmağa çalışırıq. Amma, tam əksinə tərləyərək xəstəlikləri adətən öz bədənimizə dəvət edirik. Bir qalın paltar əvəzinə bir neçə, nazik paltar geyinərək, ehtiyac olduğunda mühitin tempraturuna uyğun olaraq paltarları çıxarıb-geyinməklə tərləmənin önünə keçə bilərik.
Soyuq qış aylarında xəstələnməmək üçün bədən hərarətinin 37 dərəcədə qalması çox vacibdir.Ancaq qış mövsümündə açıq havanın temperaturu olduğumuz yerə görə dəyişməklə birlikdə maksimum 0-15 dərəcə arasında olur. Mövcud geyimlərlə soyuqdan özümüzü qoruya bilmədiyimiz zaman bədən hərarətimiz 37 dərəcədən az olur. Bunun nəticəsində metabolizmamız yavaşlayır və pis xassəli olan mikroorqanizmlərin aktiv hala keçərək bizi xəstə etməsinə səbəb olur. Açıq hava tempratutu ilə bədən hərarəti arasındakı fərq nə qədər çox olarsa, xəstəliklərə yoluxma risqimiz də o qədər asan olacaqdır. Bu səbəbdən qış mövsümündə xəstələnməmənin həlli qalın paltarlar geyinmək deyil, həddindən artıq tərləməyə və ya üşüməyə yol verməməkdir. Bədən hərarətini azaldıb çoxaltmadan sabit tutmağa çalışsaq o zaman sağlam qala bilərik.

Leave a reply