Eksimer Lazerdə VİSX STAR S4 İR TEXNOLOGİYASI

İlasik Eksimer Lazer üsulunda Femtosaniyə texnologiyası ilə yanaşı eksimer lazer şüalarını ötürən, son texnologiya – VİSX STAR S4 İR cihazı da özünəməxsus üstünlükləri ilə refraktiv cərrahiyyədə öz sözünü demişdir. VİSX STAR S4 İR cihazının mühüm özəlliklərindən biri də Dəyişkən lazer Şüa Çapı (VSS: Variable Spot Scanning) texnikasına malik olmasıdır. VİSX STAR S4 İR Lazer şüa çaplarını müalicənin gərəyinə görə 650 mikron ilə 6,5 mm arasında dəyişdirə bilmə qabiliyyətinə malikdir. Bu xüsusiyyəti sayəsində buynuz qişa üzərində ideal bir səth əmələ gətirir və bununla belə müalicənin vaxtını daha da qısaldır. Bu xüsusiyyətinin ən önəmli faydası toxumaların zədələnmədən, qorunmasının ön plana çxmasıdır ki bu da refraktiv cərrahiyyədə ən vacib nüanslardan biridir.Yəni VİSX STAR S4 İR ilə daha az toxuma ablasiyası (toxumanın buxarlaşdırılması) ilə mükəmməl bir nəticə əldə edilə bilməkdədir. Nəticədə buynuz qişada incəlmə miqdarı daha az olur. Nümunə olaraq desək -4.00 dərəcə astiqmat müalicəsi üçün buxarlaşdırdığı buynuz qişa toxuma miqdarı digər lazer texnologiyalarına görə yarıdan azdır.Təbii olaraq cihazın bu üstünlüyü əməliyyatın güvənliyini daha yüksək səviyyələrə çıxarır.
Caspian International Hospital bıçaqsız İlasik üsulu Eksimer Lazer əməliyyatının tətbiqi üçün bütün son nəsil texnologiyalar ilə təmin olunmuşdur.

Leave a reply