Bir çox xəstəliyin müalicəsində dərmanı damara ya da dəri altı yolu ilə vurmaqda istifadə edilən şprislər tibbdə bir inqilab yaratdı.
Xəstələrdə, dəri altına və ya damardan tətbiq edilən dərmanın daha tez təsirli olunduğu 19 əsrin ortalarında qeyd edildi. Bu məqsədlə, 19-cu əsrin ortalarından etibarən, bir çox həkim xəstəyə şüşə şprisləri, ucunda kəskin iynə ilə bəzi dərmanlar verməyə başladı.
Fransız alim Charles Gabriel Pravaz bu aləti istifadə edən ilk həkim sayılır. 1853 cü ildə Charles Gabriel Pravaz, istifadə etdiyi bu şpris ilə, xəstəyə dəri altından verdiyi dərmanı, ağızdan alınan dərmanlara nisbətən daha tez qana qarışdığını və daha təsirli olduğunu gördü.
Daha sonra şüşə və metal şprislər hazırlandı. İstifadədən əvvəl sterilizasiya edilmək üçün qaynadılırdı. 1987-ci ildə başqa bir Fransız həkimi Jean-Louis Brunet qan nümunəsi götürüldükdə başqa bir injection cihazını patentləşdirdi. Cihaz xəstədən çıxarıldıqdan sonra ağzı bağlanırdı. Beləliklə, həkimlər və tibb bacıları mikrob qanı ilə təmasda olmurdular. Bu gün isə bir dəfə istifadə edildikdən sonra atıla bilən şprislər geniş yayılıb.

Leave a reply