Bakıda dördəm dünyaya gəlib

Ayten Sultanova:
“Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin islam dünyasında və şərqdə ilk demokratik dövlət olaraq bir günəş kimi doğduğu gündür. Bu münasibətlə bütün Azərbaycan xalqını və ürəyində Azərbaycan sevgisi olan hər bir kəsi ürəkdən təbrik edirəm. Miras olaraq aldığımız bu cənnət məkan Azərbaycanımızı sağlam və elmli nəsillər yetişdirərək varlığını və müstəqilliyini daim qoruyacağıq. Bu minvalda gözəl və sevindirici bir məlumatı sizinlə bölüşmək istəyirəm. Beləki, rəhbəri olduğum Caspian İnternational Hospitalda məhz 28 May Respublika Günü ərəfəsində ikisi oğlan, ikisi qız olmaqla dördəmlər dünyaya göz açmışdır. Bununlada sevincimiz ikiyə qatlanmışdır. Təcrübəli və savadlı, mama ginekoloq uzman Dr. Aytən Səfərovanın (Qadın Xəstəlikləri və Doğum Uzmanı Cərrah Həkim – Aytən Səfərova) nəzarəti altında, vaxtından əvvəl doğulan dördəmlər 33 həftəlikdir. Lakin sağlıqları tam yerindədir. Gənc, analığa namizəd xanımlarımızın üz tutduğu Caspian İnternational Hospital, digər şöbələrimiz kimi, tam müasir qadın doğum mərkəzinə malikdir. Bununla yanaşı, əsas amalımız isə sağlam bir gəncliyin yetişməsində öz bilik və təcrübələrimizdən istifadə edərək, şərəflə iştirak etməkdir. Məhz pasiyentlərimizdən aldığımız xoş geri dönüşlər, göstərir ki, biz bunu bacarırıq. Bir daha gəncliyin simasında hər kəsin bayramını təbrik edirəm. 28 may Respublika Günümüz mübarək olsun.”

Leave a reply