Nəbz, ürəyin 1 dəqiqə ərzində neçə dəfə vurduğunu göstərən ritmik nöqtəsidir. Nəbz sayı normal və sağlam bir insan üçün 60-100 arasında dəyişir. Nəbzin dəqiq ölçülməsi üçün ən yaxşı vaxt səhər yuxudan oyanan kimidir. Yaxud gündüz 11-13 saatları arasında. Nəbzinizin aşağı ya da yüksək olduğunu özünüz ölçə bilərsiniz. Ancaq bir nəticə almaq üçün bir neçə gün, günün fərqli saatlarında nəbzinizi ölçməyinizi məsləhət görürük. Nəbz sayı, ürəyin dəqiqə içərisində neçə dəfə hərəkət etdiyini göstərir. Nəbz vurğularının sayı dəqiqədə 100-dən artıq və ya 50-dən az olarsa bu orqanizmdə, xüsusilə ürəyin fəaliyyətində ciddi problemlərdən xəbər verir. Bəs nəbz artımının səbəbləri nələrdir?
👉 Qorxu və Stress
👉 Yorğunluq və halsızlıq
👉 Spirtli içki
👉 Qızdırma
👉 Sıx və yorucu fiziki fəaliyyət və ya məşq

Müntəzəm olaraq nəbzinizi yoxlayın ki, sağlamlığınızın nəbzini tuta biləsiniz.

Leave a reply