FİBROMİALGİYA NƏDİR ?

Fibromialgiya sümük-əzələ sistemində yayılan ağrılar, yuxu pozğunluğu, yorğunluq və halsızlıqla müşahidə olunan xroniki ağrı sindromudur. Fibromialgiya qadınlarda kişilərə nisbətən üç dəfə daha çoxdur. Fibromialgiya əlamətləri fərqli xəstəliklərlə qarışıq salınması ehtimalı isə çox
yüksəkdir. Doğru diaqnoz qoyulamadığı zaman fibromialgiya şikayətləri azalsa da, bir müddət sonra yenidən başlama riski çoxdur. Bu xəstəlik müalicə edilmədikdə, həyat keyfiyyətinin və əmək qabiliyyətinin itirilməsinə səbəb olur.

Fibromialgiya xəstəliyinin yaranmasında əsas rol oynayan faktorları bu ardıcıllıqla
sıralamaq mümkündür.
? Stress
? Nizamsız həyat şəraiti, yorğunluq.
? Həddən artıq siqaret və spirtli içki qəbulu
? Psixoloji problemlər
? Uzun müddət əyləşmək və ya ayaq üstə dayanmaq
? Gərgin iş şəraiti

Fibromiyalgiyadan qorunmaq üçün bilinən bir üsul yoxdur. Ancaq doğru qidalanma, çətin
olmayan məşqlər, rahatladıcı bir yuxu, davamlı idman etmək ağrıların təkrarlanmasının qarşısını
almış olar.

Leave a reply