Özbaşına düşüklər hamiləliyin 20 həftəsindən və çəkisi 500 qramdadan kiçik olan dölün abortu hesab olunur. 5 həftədən tez biokimyəvi, embrion ölçüsü 5 mm-dən böyüksə-embriyonik, təpə- büzdüm ölçü 3 sm >, ürəkdöyünmə yoxsa, fetal abort adlanır. Erkən düşüklər 50-70% arası xromosom xəstəlikləri ilə bağlıdır.
Risk faktorları:
👉Yaşın 35 > olması
👉Əvvəl düşüklərin olması
👉Tütün, alkoqol, kokain
👉Q/steroid iltihab əleyhinə dərmanlar
👉Yüksək miqdarda kafein istifadəsi
👉Yüksək qızdırma verən xəstəliklər
👉Artıq çəki,
👉Şəkərli diabet
👉Qanda folat miqdarının azlığı.
Səbəbləri: uşaqlıq anomaliyaları, şəkərli diabet, qalxanabənzər vəzi, autoimmun xəstəliklər, hiperkoaqulyasiya ilə müşahidə olunan qanın laxtalanma sisteminin pozğunluqları,infeksiyalardır.
Özbaşına düşüklər tam, natamam, miss abort- bətndaxili tələf olmuş kimi qruplara bölünür. İkinci trimestr düşüklərin səbəbləri: uşaqlıq boynu çatmazlığı, plasental- cift anomaliyaları, döl qişalarının erkən yırtılmasıdır. Səbəbə uyğun müalicə aparılır.

Leave a reply