ÖD DAŞI XƏSTƏLİYİ

Öd daşı xəstəliyi əhali arasında ən çox rast gəlinən və qarın boşluğunda ən çox əməliyyata səbəb olan xəstəlikdir. Yaş artdıqca və qadınlarda daha çox rast gəlinir. Öd daşları bərkimiş törəmə olub ölçüsü – diametri bir neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. Öd daşları kimyəvi tərkibinə görə, əsasən xolesterindən, az hallarda öd piqmentlərindən və kalsium duzlarından ibarət olur. Öd daşı olan insanların 80 faizi bundan xəbərsiz olurlar və ya daşın olmasından təsadüfən xəbərdar olurlar. Bu insanlarda adətən öd daşı heç bir narahatçılıq törətmir. Öd daşının əlamətləri nələrdir?

Normalda öd daşı heç bir əlamət və ya simptom göstərməyə bilər. Lakin əgər daş kisəni zədələyərəsə və ya öd yollarının tıxanmasına səbəb olarsa, çıxa biləcək əlamətlər aşağıdakılardır.

▶️ Qarının üst hissəsində qəfil və artan ağrılar
▶️ Çiyinlər arasında ağrı
▶️ Sağ kürək nahiyyəsində ağrı
▶️ Ürək bulanma və ya qusma
▶️ Daha şiddətli hallar görülərsə mütləq həkimə müraciət edin.

Bu kimi hallar ilə rastlaşdığınızda tez zamanda həkimə müraciət etməyi unutmayın. Ən yaxşı isə düzənli check up”larla sağlamlığınıza nəzarət edin.

Leave a reply