Doğuşdan sonrakı dövrdə tez-tez qadınların verdiyi suallardan biri bu dövrdə hamiləlikdən necə qorunmaqla bağlı olur. Ümumiyyətlə hər ailəli qadın hamiləlik vaxtının düzgün seçilməsinə imkan yaradan, ailənin istədiyi vaxt və istədiyi sayda uşaq sahibi olmaq hüququnu təmin edən ailə planlaşdırılması üsullarının istifadəsi barədə məlumatlı olmalıdır və bunun üçün həkimi tərəfində tövsiyyələrə riayət etməlidir.
Doğuşdan sonrakı ilk 6 ay ərzində səmərəli və zərərsiz kontrasepsiya üsulu (hamilə qalmamaq) Laktasion amenoreya metodudur (LAM). Bu üsul təbii üsuldur və üsulun əsasını əmizdirmə zamanı fertilliyini müvəqqəti dayanması təşkil edir. Körpəni döşlə əmizdirmə zamanı, hamiləliyin baş verməməsi üçün doğuşdan sonra anada aybaşı dövrünün bərpa olunmaması və körpənin yalnız və yalnız ana südü ilə qidalandırılması (tez-tez, gecə və gündüz) şərtdir. Bu halda üsulun effektivliyi ilk 6 ay ərzində 99 % təşkil edir.
Ana körpəni tez-tez əmizdirdikdə ovulyasiyanı təmin edə hormonların ifrazı müvəqqəti ləngiyir və hamiləlik baş vermir.
Lam –həm ananın, həm də uşağın sağlamlığı üçün faydalıdır. Digər kontrasepsiya üsullarından fərqli olaraq orqanizm üçün kənar təsirləri, riskləri yoxdur.
LAM-körpəni ana südü ilə qidalandıraraq hamiləlikdən qorunmaq üçün əks-göstərişlər kəskin şəkildə yoxdur, yalnız aşağıdakı hallarda məsləhət görülmür.
• Anada HİV / AİDS
• Ana bir sıra dərman vasitələri qəbul etdikdə (psixotrop preporatları, rezerpin, kortikosteroidlar, bəri antikoagulyantlar və s.)
Lam-nun üstün cəhətlərindən biri də odur ki, qadın istədiyi vaxt digər konstrasepsiya üsuluna keçə bilər və 6 aydan sonra qadına digər konstrasepsiya üsullarına keçmək tövsiyyə edilir.
Qeyd: HIV daşıyıcısı olan qadınlar əmizdirməkdən hər 100 uşaqdan 20-si HİV-ə yoluxa bilər. Bu zaman qadın ARV (antiretrovisrus) müalicəsi alırsa körpənin yoluxma riski azalır.

Leave a reply