Pnevmoniya (ağciyərlərin iltihabı)-kəskin infeksion xəstəlikdir.
Əlamətləri: qızdırma, üşütmə, bəlğəmli və ya bəlğəmsiz olan yeni öskürəyin əmələ gəlməsi, yaxud bəlğəm rənginin dəyişməsi ilə müşayiət olunan xroniki öskürək, döş qəfəsində plevral ağrılar, təngnəfəslik, uyğun auskultativ dəyişikliklər, rentgen müayinəsi zamanı yeni kölgənin aşkar olunması.
Streptococcus pneumoniae-Pnevmoniyanın əmələ gəlmə səbəblərinin 50%-ni təşkil edir. Qrip, Paraqrip və s. virusların, Bronxitlərin fəsadlaşma hallları və s. pnevmoniyaya səbəb ola bilər. Diaqnozu dəqiqləmək xəstənin anamnezi, fizikal müayinə nəticələrinə və döş qəfəsi rentgenoqrafiyasına əsaslanır. Təbii ki,müayinə sırasında qanın ümumi analizi və qanda digər iltihab göstəricilərinin müayinəsinə, bəlğəmin kultivasiyası və s. nəzər yetirilir. Müalicə-adetvak maye balansının təmin edilməsi, ağrı və yüksək hərarəti azaltmaq üçün analgeziya tədbirləri aparmaq, antibiotik müalicəsi, ehtiyac olduqda drenaj tətbiqinə və bir sıra yanaşı aparılan üsullara əsaslanır. Müalicə müddəti optimal 7-10 gündür(arta bilər).Müalicə başlayandan iki həftə sonra təkrar döş qəfəsinin R-qrafiyası məsləhət görülür. Əsas profilaktika üçün aktiv və passiv siqaret çəkmənin dayandırılması, şəxsi gigiyena və sağlam həyat qaydalarına əməl etmək,vitaminli və sağlam qida proqramına riayyət etməyi məsləhət görərdim.

Leave a reply