SONSUZLUĞUN MÜALİCƏSİ, İNKİŞAFDAN QALMIŞ HAMİLƏLİKLƏRİN SƏBƏBLƏRİ

İnkişafetməyən hamiləlik (donmuş hamiləlik, dölün inkişafdan dayanması, anembrioniya) embrionun hamiləliyin müxtəlif dövrlərində (çoxvaxt 1-ci trimestrində – 13 həftəliyinədək) inkişafdan dayanmasıdır (məhv olmasıdır). Lakinin kişafdan dayanma halları hamiləliyin daha yetkin dövrlərində də olabilir. Hamiləlik zamanı təxminən 15% hallarda bu problemə rast gəlinir. Donmuş hamiləlik hallarına çox vaxt 40 yaşdan yuxarı olan qadınlarda rast gəlinir, lakin bu problemlə bütün yaş kateqoriyalarına aid olan qadınlar üzləşə bilər. Donmuş hamiləliyin simptomları olmaya da bilər. Bəzən sürtkülü qanlı ifrazatlar bunun əlaməti olabilər. Nisbətən yetkin dövrlərdə isə qadın dölün tərpənişini hiss etmir. Çox vaxt inkişaf etməyən hamiləlik öz-özünə uşaq salma ilə nəticələnir — uşaqlıq sıxılır, qanaxma başlayır (döl yumurtası parçalanır) və döl yumurtası ve otun törəmələri (trofoblast və ya artıq plasenta) uşaqlıq boşluğundan çıxır. Bir neçə gün ərzində uşaqlıqdan sürtkülü qanlı ifrazatlar gəlməkdə davam edir, sonra tamamilə yox olur. Lakin bəzi hallarda uşaqsalma baş vermir. Bu zaman sonrakı müalicə taktikası fərdi şəkildə işlənib hazırlanır. İnkişafdan qalmış hamiləliyin əlamətləri, Ginekoloji baxış zamanı:
• Uşaqlığın hamiləliyin müddəxinə uyğun gəlməməsi (uşaqlığın ölçüləri hamiləliyin təxmin edilən müddətindən kiçikdir);
• Kiçik çanağın ultrasəs müayinəsi (USM) zamanı:
• Dölün ürək döyünməsinin olmaması:
• Anembrioniya (embrionsuz boş döl yumurtası):
Qanın hormonal müayinəsi zamanı:
Normal hamiləlik üçün səciyyəsi olan hamiləlik hormonu (xorioqonik honadotropinin) rəqəmlərinin mütərəqqi artımım dayanması
Donmuş hamiləlik aşkar edildikdə, taktika müxtəlif ola bilir və konkret haldan asılı olur:
1. Gözləmə. Döl yumurtası məhv olunduğundan plasentar hormonlarının səviyyəsinin azalması və öz-özünə uşaqsalma baş verir.
2. Dərmanlarla hamiləliyin kəsilməsi. Hamiləliyin müddəti 8 həftədən az olduqda, müxtəlif preparatlardan – vaginal yeridilən Prostaqlandin El-n (mizoprostol) analoqu ilə birlikdə tablet şəklində qəbul olunan progesteron (mifepriston) anatoqonistlərindən istifadə olunur. Bir müddət sonra preparatların təsiri altında uşaqsalma baş verir.
3. Cərrahi müalicə. Uşaqlıq boşluğunun qaşınması (abort).
Uşaqlıq boşaldıqdan sonra situasiyadan asılı olaraq aşaqlığı yığan vəsitələr və antibakterial terapiya təyin oluna bilər. 1-2 həftədənsonra uşaqlıq boşluğunun vəziyyətini qiymətləndirmək (döl yumurtası qalıqlarının olub-olmamasını müəyyən etmək) və uşaqlığın nə dərəcədə yığıldığını təyin etmək üçün uşaqlığın USM-si edilməsidir.
İnkişafdan qalmış hamiləliyin səbəbləri
Çox vaxt: inkişafdan qalmış hamiləliyə səbəb embrionun xromosom anomaliləri olur. Donmuş hamiləliyin digər səbəbləri hamiləliyin daşınmamasında olduğu kimidir. Hamiləliyin daşınmaması müasir reproduktologiyanın əsas problemlərindən biridir. Bu gün hamiləliyin daşınmaması tezlikləri 15-27% təşkil edir. Hamiləliyin daşınımamasının adət etdiyimiz forması ardıcıl şəkildə iki dəfə və daha çox həmiləliyin öz-özünə kəsilməsidir. Uşaqsalmaların təxminən 85%-i hamiləliyin birinci trimestrinə (13 həftəyədək), yerdə qalan 15% – ikinci və üçüncü trimestrə təsadüf edir. 22 həftəyədək hamiləliyin kəsilməsi öz- özünəuşaqsalmayaaiddir.
22 həflədənsonrahamiləliyinkəsilməsivaxtındanəvvəldoğuşhesabedilir, çünkiyetişməmiş, lakinhəyataqabiluşağındünyayagəlməsimümkündür.
Hamiləliyindaşınmamasəbəbləri Son illər ginekololoji xəstəliklərin, o cümlədən cinsi yolla keçən xəstəliklərin və göylərin simptomsuz cərəyanetməsi müşahidə olunur, Belə xəstəliklər də uşaqlıq yolundan hətta patoloji ifrazatlar belə həmişə olmur. Analiz verilmədən onları normal ifrazatlardan seçmək çətin olur. Qadın xəstəlikləri gizli cərəyan etdikdə, qarında ağılar, qanaxmalar, menstrusal tsikl pozğunluqları və digər simptomlar olmur. Buna görə də hər bir qadın ən azı iki dəfə ginekoloqa baş çəkməli və profilaktiki baxışdan keçməlidir. Hamiləliyin daşınmama səbəbləri müxtəlifdir. Onlardan əsasları aşağıdakılardır:
• Autoimmunamillər. Bu zaman orqanizm embriona münasibətdə çox aqressiv olur. O, hüceyrə və humoralimmunite amillərinə ayrılır. Autoimmun humoral amillərə kardiolipinə və digər fosfolipidlərə, B2-qlikoproteid1-ə, nativ və denatur DNT-yə, qalxanvari vəz amillərinə, sinirlərin artım amillərinə anti tellərin miqdarının artması, B 1- limfositlərinin göstəricilərinin yüksək olması aiddir. Hüceyrə immunitetinin autoimmun amillərinə sitotoksiki hüceyrələrin (killer hüceyrələrin) СD8, СD56, СD16 hüceyrələrinin göstəricilərinin yüksək olması aiddir. Hamiləliyin daşınmamasının bu kimi amillərinin diaqnostikası qanın xüsusi müayinəsi olan immunoqramla həyata keçirilir. Killer – hüceyrelerinin göstəricilərininin yüksək olduğu aşkarlandıqda, əlavə olaraq molekulyar – genetikmüayinə, yəni sitokin genlərinin polimorfizminə görə analiz ( sitokin profilinə görə müayinə) də yaxşı olardı. Bu halda hamiləliyin daşınmamasına səbəb ərlə arvadın toxuma uyğunluğu antigenlərinin nisbətidir. Bu kimi amillərin diaqnostikası üçün 2-ci sinif (HLA-DRB1, DQA1 və DQB1- tipikləşdirmə)
HLA genlərinə görə müayinə, habelə limfositlərin qarışığı aparılır. Bu zaman qanı ərlə arvadın hər ikisi verir.
• Trombofilik amillər. Tez qan laxtalanmaya meyilli olan qadınlarda trombofiliya hamiləliyin daşınmamasının adət olunan səbəblərindən biridir. Hamiləliyin daşınmamasının bu kimi amillərinin diaqnostikası üçün bir sıra müayinələr aparılır: hemostazioqram, hemostaz sisteminin mutasiyasına görə analiz, qanın homosisteini, D-dimer, aktivləşdirilmiş C protein, lupoid antikoaqulyant və s.
• Hormonal pozğunluqlar. Bəzi hormonal pozğunluqlar, xüsusən də qalxanvari vəz xəstəlikləri də həmiləliyin daşınmama səbəbi ola bilir.
• Cinsi orqanların anatomik dəyişiklikləri (ikibuynuzlu uşaqlıq, genital infantilizm, uşaqlıq boynu zədələri )
• İnfeksion xəstəliklər
• Xromosom pozğunluqları. Xromosom pozğunluqlarının diaqnostikası üçün xüsusi sitogenetik müayinə aparılır. Bu, xromosom aberrasiyaların faizinə görə analizlə tamamlanır. “İnkişafdan qalmış həmiləlik”dən sonra hamiləlik.
İnkişafdan dayanan hamiləlikdən sonra proqnoz əsasən səmərəli olur. Əksər qadınlar sonrakı həmiləliyin baş verməsi və daşınması ilə bağlı problemlərlə üzləşmirlər. Əvvəllər bir dəfə hamiləliyi itirmiş qadın pasiyentlərin təxminən 80-90 %-i uğurla hamiləliyi daşıya və sağlam uşaq dünyaya gətirə bilir. Hamiləliyin itirilməsi bir dəfədən çox, (2 və daha çox ) olduqda və söbbət hamiləlik itkisi adətindən getdikdə, proqnoz pis olur və ailə cütlüyünə daha dərindən müayinə tələb olunur.
Sonrakı hamiləliyin planlaşdırılması əvvəlki uğursuzluqdan sonra 3-6 aydan tez olmamalı və bir neçə olduqca mühüm aspektləri özündə birləşdirməlidir:
• Tibbi müayinə, aşkar edilən kənara çıxmaların korreksiyası:
• Ərlə arvadın orqanizminin sağlamlaşdırılması (balanslaşdırılmış qidalanma, vitamin terapiyası, zərərli amillərin istisna edilməsi ):
• Psixoloji reabilitasiya( psixoloq məsləhəti)
Hamiləlik zamanı ana və dölün rezus –faktorlarının uyğunsuzluğu “ Rezus – faktor “ anlayışını biz tez-tez eşidirk. Axı həkimlər çox vaxt hələ uşaqlığın erkən vaxtlarında onun qanda aşkarlandığından danışırlar. Onun olub-olmaması qadının və kişinin sağlamlığına və həyatının keyfiyyətinə valideyn olmaq istəyənə qədər heç bir təsir göstərmir. Qeyd etmək lazımdır ki, hamilə qalma ehtimalı sizin və partnyorunuzun rezus-faktorundan asılı deyil. Problem yalnız rezus- mənfi ana tərəfindən rezus-müsbət körpənin daşınması zamanı yarana bilər. Lakin qadında anadangəlmə rezus-faktor mənfidirsə, təşvişə düşmək lazım deyil; Bir qayda olaraq, belə qadınlarda hamiləlik əksər hallarda normal keçir.

Leave a reply