Hepatosteatoz nədir?

Hepatosteatoz – Qaraciyər yağlanmasını bildirən tibbi bir termindir. Qaraciyərdə yağlanmanın miqdarından asılı olaraq əlamətlər dəyişə bilər. Yağlanma və iltihabın birlikdə rast gəlindiyi steatohepatit daha təhlükəli bir xəstəlikdir, qaraciyər çatışmazlığı və sirroza səbəb olma ehtimalı daha yüksəkdir.

Hepatosteatozun yaranmasının əlamətləri.

Uzun müddətli yüksək miqdarda alkoqol qəbulu xəstələrdə qaraciyər yağlanmasına steatohepatitə və sirroza səbəb ola bilər. Bundan başqa hərəkətsiz həyat tərzi, şəkərli diabet, xolesterol yüksəkliyi, hipotiroid, hipopituarizm hepatosteatozun yaranma ehtimalını artırır. Hepatosteatoz başlanğıcda heç bir əlamət göstərməz.
Çox zaman halsızlıq, yorğunluq qarında narahatlıq hissi görünür. Qaraciyər yağlanmasında qaraciyər testləri çox zaman normal olsa da bəzi xəstələrdə az da olsa yüksələ bilər. Alkoqolik qaraciyər yağlanmasında müalicə alkoqolun kəsilməsi ilə başlayır. Əgər alkoqol kəsilməzsə xəstəlik sirroza qədər irəliləyə bilər.

Müalicəsi.

Müalicənin ilkin məqsədi risk faktorlarına diqqətli yanaşaraq, onlardan mümkün qədər uzaqlaşmaqdır.
Aşağıdakı məsləhətlərə önəm verilməlidir:
1. Alkoqol qəbulunu minimuma salmaq və ya tamamilə dayandırmaq
2. Xolesterinin qandakı səviyyəsini nəzarət altında saxlamaq
3. Şəkər və doymuş yağların qəbulunu azaltmaq
4. Çəkini azaltmaq

Çalışın sağlam qalın!

Leave a reply