Meteorizm (köpmə)- bağırsaqlarda normal halda yaranan qazların, artıq miqdar da əmələ gəlməsidir. Səbəbi mexaniki və patoloji ola bilər:
Mexaniki səbəb – qaz əmələ gətirən qidaların çox miqdar da qəbulu(paxlalılar, kələm, alma və s.)
-qıcqırmanı artıran qidaların qəbulu (qara çörək, turş tərəvəz və meyvələr və s.)
– qida zamanı çox miqdar maye içmək
– uzun müddət yemək yeməyib, sonrasında çox miqdar qida qəbulu və s.
Patoloji səbəb :
-disbakterioz
– mədəbağırsaq xəstəliklər (kolit, qaraciyər sirrozu, pankreatit və s.)
– bağırsaq qurdları və parazitləri
– sinir sistemi xəstəlikləri olanlar və s..
Köp zamanı diafraqma sıxıldığına görə, qan dövranı və tənəffüslə bağlı, diurez və defekasiya aktı ilə bağlı xəstələrə ciddi çətinliklər yarana bilər… Müayinə və doğru toplanmış anamnezdən sonra, pasiyentlerə pəhriz və müalicə təyin etmək məqsədə uyğundur.

Leave a reply