Ana olmağa hazırlaşan qadınlar, əminliklə müraciət edə bilərlər!

Caspian İnternational Hospitalın “Qadın Doğum Mərkəzi” tam müasir və yüksək səviyyədə xidmət göstərən bir mərkəzdir.. Məhz göstərdiyimiz qayğı, xidmət və verdiyimiz güvən ana olmağa hazırlaşan bir çox qadının Caspian İnternational Hospitalı seçmə səbəblərindən sadəcə bir neçəsidir. Bütün bunları nəzərə alaraq, Covid-19 infeksiyası yayılmaqda davam etdiyi bu günlərdə Caspian İnternational Hospital olaraq Koronavirusa qarşı qabaqlayıcı tədbilərlərimizi davam etdiririk. Beləki, klinikanın digər şöbələri kimi “Qadın Doğum Mərkəzi” də hər səhər tam dezinfeksiya olunduqdan sonra, ancaq təcili olan pasiyentləri qəbul edir, onların təhlükəsizliyi üçün ayrı-ayrı, tək nəfərlik palatalarda yerləşdiririk. Koronavirusla bağlı bütün tibbi personalı məlumatlandıraraq pasiyentlərin təhlükəsizliyini maksimum səviyyədə saxlayır və nəzarət edirik.

Virusun yoluxuculuğunu və çox təhlükəli olmasını nəzərə alaraq yüngül və səhhətində problem olmayan xəstələrin qəbulunu müvvəqqəti olaraq dayandırmışıq. Buna baxmayaraq, təcili doğumları gözlədə bilmərik, həyati təhlükələrini nəzərə alaraq öncəliyi onlara veririk. Doğuş üçün, ana olmağa hazırlaşan hər bir qadın Caspian İnternational Hospitala böyük bir əminliklə, güvənlə müraciət edə bilərlər.

Leave a reply