Otorinolarinqologiya nədir?

Otorinolarinqologiya (LOR)-tibbin burun boşluğu, udlaq, qırtlaq, qulaq pərdəsi, allergiya kimi xəstəliklərin müalicəsi ilə məşğul olan bir sahəsidir. Lor xəstəlikləri, əsasən qışda yaşından asılı olmayaraq hər kəsdə görülə bilən bir xəstəlikdir. Bu xəstəliklər müalicə olunmazsa xroniki hala gəlir və fizioloji inkişafa mənfi təsir göstərir. LOR-xəstəlikləri çox zaman keçirilmiş virus infeksiyalarının ağırlaşması kimi yaranır və zəifləmiş immunitet sistemində inkişaf edir. Daimi baş ağrıları, çənəaltı limfa düyünlərinin böyüməsi, boğaz və qulaqda ağrı, eşitmənin, həmçinin iybilmənin pozulması, burun tənəffüsünün çətinləşməsi, burun və ya qulaqdan ifrazatın axması LOR-orqanların patologiyalarından xəbər verir.
Bu xəstəliklərin müalicəsinin gecikdirilməsi sağlamlığa ciddi təhlükə törədir.

Lor xəstəlikləri müxtəlif şikayət və simptomlara səbəb ola bilər.
☑ Başgicəllənmə
☑ Yanan, qaşınan və sulu gözlər
☑ Asqırmaq
☑ Burun axması, qaşınma
☑ Burun qanaması
☑ Qulaq ağrısı
☑ Qulaqda uğultu
☑ Eşitmə itkisi
☑ Qulaqda ifrazatın axması
☑ Boğaz ağrısı
☑ Səsdə tutulma
☑ Çənə ağrısı
☑ Həddindən artıq xoruldama
☑ Öskürək
☑ Baş ağrısı
☑ Qızdırma
Bu xəstəliklər ciddi ağırlaşmalara səbəb ola bilər sadaladığımız əlamətlərin olması halında dərhal həkimə müraciət etməlisiniz.

Leave a reply