D VİTAMİNİN DEFİSİTİ

D vitamini yağda həll olunan və orqanizmdə depolana bilən bir vitamindir. Əsasən 2 növdə olur: D2 (ERQOKALSİFEROL) və D3 (XOLEKALSİFEROL). Normalda vitamin D-nin qan təhlillərindəki səviyyəsi 25-100ng/ml aralığında olmalıdır. Vitamin D çatışmazlığı sümük-əzələ ağrılarına, ürəkdöyüntünün artmasına, saç tökülmələrinə, immun sisteminin zəifləməsinə, depressiv hallara və s., şikayətlərə gətirib çıxarır. Vitamin D-nin ən önəmli qaynağı günəş şüalarındadır, lakin balıq, süd və süd məhsullarından və taxıl bitkilərindən bol istifadə etməklə də vitamin D səviyyəsini qaldırmaq olar.

D vitamin çatışmazlığının simptomları
D vitamini əskikliyi ən çox yorğunluq, ürəkdöyüntünün artması, tərləmə, əzələ-sümük ağrıları, saç tökülmələri, dırnaqlarda qırılmalar, depressiv hal, immun sisteminin zəyifləməsiylə özünü biruzə verir.

D vitamini orqanizmdə nə işə yarayır?
•Kalsium-Fosfor mübadiləsini tənzimləyir
•Maddələr mübadiləsini sürətləndirir
•Sümük və qığırdaqları bərkidir
•Sinir impulslarının ötürülməsini yaxşılaşdırır
•Ana bətnində embrionun normal inkişaf etməsinə kömək edir

D vitamini əskikliyi kimlərdə görünür?
• Ağbəniz insanlarda
• Qapalı məkanlarda çalışan insanlarda
• Yaşlı insanlarda
• Qidalanma problemi olanlarda
• Günəş ışığından qorunmaq üçün qoruyucu krem istifadə edənlərdə
• Hamilə və süd verən analarda
• Xroniki qaraciyər və böyrək xəstəliyi olanlarda

Günlük D vitamininə ehtiyacımız nə qədərdir?
Günlük D vitamini ehtiyacı yaşa və defisitin dərəcəsinə görə dəyişir. Bu səbəblə doza seçimi mütləq həkim tərəfindən təyin olunmalıdır. Eyni zamanda günlük Kalsium qəbulu da optimal dərəcədə olması lazımdır.

Yüksək dozada D vitamini qəbulu zərəri varmı?
Yüksək dozada D vitamininin qəbulu orqanizmdə həddindən çox depolanmaya və intoksikasiyaya yol açar.

Dr. Sübhan Hacıyev
Həkim-terapevt

Leave a reply