Həddindən artıq tərləməyə HİPERHİDROZ deyilir. Bu cür tərləmələr fiziki aktivlikdən və yaxud havanın temperaturundan asılı olmayaraq baş verir, normal gündəlik fəaliyyətin pozulması ilə yanaşı, sosial narahatlıq, utanc və emosional gərginlik də yaradır. Hiperhidrozun ən çox görüldüyü yerlər ovuc, ayaq və qoltuq altı, boyun, kürək və bel nahiyələridir.

Hiperhidroz əksər hallarda yeniyetmə yaşlarından başlayır.
BİRİNCİLİ (səbəbsiz) və yaxud
İKİNCİLİ (əsas xəstəliyə bağlı) olur:
Birincili hiperhidroz adətən irsi xarakter daşıyır.
İkincili hiperhidrozun səbəbləri:
• artıq çəki
• menopauza (klimaks)
• hormonal pozğunluqlar
• nevroloji xəstəliklər
• onkoloji xəstəliklər
• nikotin, marexuana, alkoqol  və s., kimi zərərli maddələrdən istifadə

MÜALİCƏSİ:
• İONOFOREZ – əllər və ayaqlar suyla dolu kasada 20-30dəq saxlanılır. Çox zəif bir elektrik cərəyanı ağrısız şəkildə sudan keçir. Bir neçə seansdan sonra tərləmələrə son qoyulur.
• BOTOX inyeksiyaları – tər vəzlərini tətiklən sinirləri bloklayır. Effektiv nəticələr əldə etmək üçün bir neçə inyeksiya tələb olunur.
• Antixolinerqik preparatlar – parasimpatik sinir impulslarının ötürülməsini maneə törədir. Xəstələr 2 həftə ərzində simptomların yaxşılaşdığını qeyd edirlər.

Dr. Sübhan Hacıyev
Həkim-terapevt

Leave a reply