logo

UŞAQLARDA ANADANGƏLMƏ UROGENİTAL QÜSURLAR VƏ HİPOSPADİYA

Uzman Dr. Pərviz Hacıyev

15:00, 21.10.2017

Pərviz Hacıyev 2009-cu ildə Türkiyə Respublikası Ankara Universitetinin Tibb Fakültəsini bitirərək həkim ixtisasına yiyələnmişdir.

Uşaq uroloqu Uzman Dr.Pərviz Hacıyev bütün növ uroloji problemi olan azyaşlı xəstələri qəbul edəcək.

  • 2010-cu ildə keçirilən TUS (tıpta uzmanlık sınavı – tibbdə rezidentura imtahanı) imtahanında birinci seçimi olan Ankara Universiteti Urologiya Kafedrasına daxil olaraq rezidentura təhsilinə başlamışdır.
  • 2015-ci ildə rezidentura təhsilini başa vuraraq Uroloq cərrah ixtisasını almışdır. Rezidentura muddəti ərzində Avropa Uroloqlar Cəmiyyətinin(EAU) təqaüdü ilə Danimarkanın Aarhus Universitetində Uşaq Urologiyasi üzrə elmi – praktiki təcrübə keçmişdir.
  • Ankara Universiteninin Urologiya kafedrasında iştirak etdiği araşdırmalar 2013 və 2014-ci illərdə Avropa Uşaq Ürolojisi Konqreslərində (ESPU) ən yaxşı araşdırma mükafatlarında 2 dəfə üst üstə birinci yerə layıq görülüb.
  • 2015 YDUS (Yan Dal Uzmanlık) imtahaninda 2-ci yeri əldə etmiş və hal hazırda Ankara Universitetində Uşaq Urologiyası üzrə Yan dal uzmanlıq təhsilini davam etdirməktədir.
  • Pərviz Hacıyev`in ABŞ-ın elmi jurnallarında bir sıra məqalələri dərc olunmuşdur. European Association of Urology (EAU), American Urological Association (AUA), Endourological Society, Ürolojik Cerrahi Derneği (TR), Türk Androloji Derneği cəmiyyətlərinin üzvüdür.

Ətraflı məlumat üçün broşuru yükləyin

Qəbula yazılmaq üçün aşağıdakı üsullarında birini istifadə edin:

*0717
(012) 502-50-15/16/18

Qeydiyyat Forması