Pediatriya

Caspian İnternational Hospitalın uşaq xəstəlikləri şöbəsi müasir tibbin bütün tələblərinə cavab verir. Dünyada qəbul olunmuş standartlar və protokollar əsasında müasir tibbi cihaz və avandanlıqlarla təchiz olunmuş şöbə 9 yataqdan ibarətdir.
Şöbədə yerləşən bütün palatalar monitor, kondisioner, telefon, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakum sistemləri ilə təchiz olunub. Təcrübəli həkim və tibb bacıları tərəfindən həftə boyunca 24 saat ərzində şöbədə yatan uşaqlara yüksək səviyyədə tibbi xidmət göstərilir. Növbətçi personal müalicə həkiminin verdiyi təyinatın yerinə yetirilməsi, lazımi laborator analizlərin, instrumental müayinələrin vaxtında həyata keçirilməsinə nəzarət edir.
Həmçinin şöbəmizdə fiziki, sosial və psixoloji inkişafı nəzərə alınaraq uşaqlara profilaktik peyvəndlərin düzgün vurulması üçün Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq fərdi peyvənd proqramları tətbiq edilir.
Şöbədə həkim-pediatr müayinəsi ilə yanaşı, xəstələrin şikayətlərinə, qoyulan diaqnoza uyğun olaraq ehtiyac yarandığı təqdirdə digər ixtisas həkimlərinin müayinələri də təşkil olunur. Həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilən xəstələr evə buraxılana qədər təcrübəli həkimlərin təqibində olurlar.
Şöbə uşaqların sağlamlığını qorumaq, xəstəliklərinə düzgün diaqnoz qoyub sağaltmaqla yanaşı, müalicə və qulluğun planlaması prosesində ailələrin iştirakına da xüsusi əhəmiyyət verir. Övladlarınızın özlərini xəstəxandan daha çox bir ailə, rahat ev və oyun mühitində hiss etmələri, həqiqətən nümunəvi xidmət alması əsas hədəfimizdir.

Leave a reply