Reanimasiya və intensiv terapiya şöbəsi fəaliyyətə başlamışdır

Caspian International Hospitalın ən müasir standartlara uyğun qurulmuş Reanimasiya və intensiv terapiya şöbəsi Uzman dr. Emil Qasimovun rəhbərliyi ilə 7 gün 24 saat iş rejimi ilə fəaliyyətə başlamışdır.

Caspian International Hospitalın ən müasir standartlara uyğun qurulmuş Reanimasiya və intensiv terapiya şöbəsi 7 gün 24 saat iş rejimi ilə fəaliyyətə başlamışdır və burada ən yüksək səviyyədə müasir tibbi xidmət göstərilir.


Şöbə müasir anesteziya aparatları, süni tənəffüs aparatı, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunmuşdur. Xəstəxananın Reanimasiya bölməsində müasir tibbi avadanlıqlarla təchiz edilmiş 18 çarpayılı reanimasiya zalı, 2 çarpayılı infeksion xəstələr üçün zal, həmçinin izolyasiya otaqları var. Reanimasiya şöbəsində həmçinin ultrasəs müayinə aparatı, hərəki (mobil) rentgen aparatı və digər yardımçı cihaz və alətlər mövcuddur. Bütün reanimasion otaq və palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində pasientin ürək-damar sisteminin (arterial təzyiq, nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə təchizatı) daimi nəzarətdə saxlanılır.

Bütün xəstələrin əməliyyatları, tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən icra olunur. Yatan xəstələrə xüsusi tibb personalı tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin təqibində qalırlar.

Şöbədə təcrübəli peşəkar həkim-mütəxəssislər, həmçinin ölkə daxilində və xaricdə təhsil alıb, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır.

Caspian International Hospitalın Reanimasiya və intensiv terapiya şöbəsində həyati əhəmiyyətli funksiyaları pozulmuş bütün xəstəliklər müalicə olunur:

  • Sepsis
  • İnsultlar
  • Ağır pnevmoniyalar və tənəffüs çatışmazlıqları
  • Böyrək zədələnməsi
  • Qaraciyər zədələnməsi
  • Ürək-qan damar çatışmazlıqları
  • Diabetik komalar
  • Ağır çoxsaylı travmalar
  • Ağır menengit və ensefalitlər

Qəbula yazılmaq və digər məlumatlar almaq üçün klinikanın nömrələrinə zəng edə bilərsiniz:

Bütün mobil operatorlardan: *0717
Şəhər telefonlarından: 012 502 50 15/16/18

Ответить