Caspian International Hospital yüksək peşəkarlıq və operativliyi özündə cəmləyən TƏCİLİ TİBBİ YARDIM xidmətini təqdim edir.
XİDMƏTLƏRİMİZ:
- ÜNVANLARA ÇAĞIRIŞ – Çağırış daxil olduğu andan etibarən Təcili Tibbi Yardım komandamız istənilən ünvana tez bir zamanda gələrək pasienti ilkin tibbi müayinə edib yerindəcə yüksək səviyyədə yardım göstərir.
- HOSPİTALİZASİYA – ağır hallarda pasientin vəziyyəti stabilləşdirildikdən sonra tam müalicə üçün xəstəxanamızın müvafiq şöbəsinə hospitalizə edilir.
- TƏCİLİ və PLANLI DAŞINMALAR – hərəkət məhdudiyyətli və ya ağır xəstələrin bir klinikadan digərinə və ya evdən klinikaya ən müasir avadanlıqıarla tam təchiz olunmuş ambulansımızda, həkim və tibbi personalın müşayəti ilə operativ və təhlükəsiz daşınması təmin edilir.
- TİBB BACISI ÇAĞIRIŞI – yerindəcə müəyyən analiz nümunələrinin götürülməsi və ya müxtəlif həkimlərin tibbi təyinatlarının yerinə yetirilməsi üçün ünvanlara tibb bacısı çağırışı təmin olunur.
- RAYON ÇAĞIRIŞLARI – ölkə daxili bütün rayonlardan çağırış qəbul edilir.
- İXTİSASLI HƏKİM ÇAĞIRIŞI – istənilən ixtisasda həkimlərin evə çağırışı və konsultasiyası həyata keçirilir.
Sağlamlığınızı bizə etibar edin!