Müasir tibbin bütün tələblərinə cavab verən Caspian International Hospital şəhərimizdə fəaliyyət göstərən ən müasir əməliyyat bloklarından birinə sahibdir. Klinikaının əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmaqla yanaşı 8 əməliyyat otağını özündə birləşdirir. Bunlardan 5-i ümumi cərrahiyə, 3-ü isə qeysəriyyə kəsiyi əməliyyatları üçün nəzərdə tutlmuşdur.
Klinikanın ən müasir texniki tibbi avadanlıqlarla təchiz olunması, yüksək standartlara cavab verən əməliyyat blokunun olması, cərrahların Avropanın bir sıra aparıcı klinikalarında təcrübə keçməsi, əməliyyat zamanı ultrasəs və rentgen müayinəsinin ən müasir cihazlar vasitəsi ilə aparılması, əməliyyatların video məlumatların arxivləşdirilməsi bizim üstünlüklərimizdir.