Dr.Emil Əlizadə

İnsan papilloma virusu

İnsan papilloma virusu– İPV (HPV – Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur. İPV-nin çox sayda müxtəlif tipləri/növləri vardır. Müəyyən növləri genital (cinsi) nahiyədə, ziyillərin və xərçəngin əmələ gəlməsi daxil olmaqla, bir sıra sağlamlıq problemləri yarada bilər. Əksər hallarda klinik əlamətlər olmur və ya olduqda da sağalma 1-2 il müddətində özbaşına baş verir.

Bəzi hallarda problemlərin qarşısının alınması məqsədi ilə peyvəndlərdən istifadə edilir. Virus daşıyıcısı ilə cinsi əlaqədə (əsasən vaginal və ya anal) olduqda yoluxma baş verə bilər. Hətta virus daşıyan şəxsdə heç bir əlamət və ya simptom olmadıqda infeksiya ötürülə bilər. Bir cinsi partnyoru olduğu halda da, hər bir fəal cinsi həyatı olan insanın virusa yoluxması mümkündür. Xəstəliyin simptomları bir neçə ildən sonra inkişaf edə bilər və bu səbəbdən insanın yoluxma vaxtını təyin etmək çətindir.

Əksər hallarda İPV özbaşına keçir və hər hansı bir sağlamlıq problemi yaratmır. Ancaq bəzi hallarda genital şişuclu kondilomaların,ziyillərin və xərçəngin əmələ gəlməsinə səbəb ola bilər. Genital ziyillər kiçik və ya böyük ölçüdə, tək və ya qrup, yastı və ya ucu biz, yaxud gül kələmi formalarında müşahidə olunur. Tibb işçisi genital nahiyəni müayinə etdikdə onları asanca təyin edə bilər.nsanın “İPV statusunu” təyin edən test hələlik mövcud deyil.

Respublikadan xaricdə yalnız uşaqlıq boynunun xərçəngini təyin edə bilən İPV testləri/analiz mövcuddur. Bu testlər 30 və yuxarı yaşlı qadınlar üçün tövsiyə olunur. Kişilərə, yeniyetmələrə və ya 30 yaşa qədər qadınlara həmin testlər yaramır. Əksər hallarda İPV-yə yoluxan insanlarda heç bir əlamət və ya problemlər yaranmır və buna görə də onlar yoluxduqları barədə bilmirlər. Bəzilərində isə İPV-yə yoluxma halları aşağıda sadalanan vəziyyətlərdə aşkar olunur:
• Cinsiyyət üzvləri nahiyəsində ziyillər əmələ gəldikdə
• Qadınlarda uşaqlıq boynunun müayinəsi zamanı (Pap testin nəticələrində qeyri-adi hüceyrələrin tapılması)
• Xərçəng kimi başqa ciddi sağlamlıq problemləri yarandıqda.

IPV (insan papilloması virusu, papillomavirus, HPV) – cinsi yolla ötürülən ən geniş yayılmış infeksiyalardan biridir. İPV-nun əsas təhlükəsi bundadır ki, orqanizmdə uzun müddət olduqda, bu virusun bəzi tipləri xərçəngə səbəb ola bilir.İPV herpes virusundan və İİÇV-dan fərqli bir şeydir.Bütün bu infeksiyalar virus infeksiyaları olsa da və müdafiə olunmamış seks zamanı ötürülsə də, onlar müxtəlif simptomlara və müxtəlif nəticələrə səbəb olur.

İPV-na insan necə yoluxur?

İPV-nun bütövlükdə 120-dən çox müxtəlif tipi var. Onlardan təxminən 40-ı cinsi yolla ötürülür. İPV-nun displaziya və uşaqlıq boynu xərçənginə səbəb olan tipləri əsasən müdafiə olunmamış seks zamanı ötürülür. İPV-na yoluxma vaginal və anal seks zamanı da mümkündür. Nadir hallarda virus oral seksi və ya aralığın yoluxmuş insanın ifrazatları ilə təması zamanı (məsələn, xəstəliyə yoluxmuş partnyor əvvəlcə öz cinsiyyət orqanlarına, sonra da Sizin cinsiyyət orqanlarınıza toxunur) da ötürülə bilir. İPV-na öpüşlə də yoluxmaq mümkündür. Bu halda oral papillomavirus infeksiya simptomları (ağız və boğazda səpgilər) yarana bilər. İnsan papilloması virusu heç vaxt məişət yolu (əgər Siz bu zaman virusun daşıyıcısı ilə sıx təmasda olmursunuzsa, yəni, məsələn, öpüşmürsünüzsə, sekslə məşğul olmursunuzsa) yoluxmur. Nadir hallarda İPV yoluxmuş anadan doğuş zamanı uşağa da keçə bilir.

İPV (HPV – Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur. İPV-nin çox sayda müxtəlif tipləri/növləri vardır. Müəyyən növləri genital (cinsi) nahiyədə ziyillərin və xərçəngin əmələ gəlməsi daxil olmaqla, bir sıra sağlamlıq problemləri yarada bilər. Əksər hallarda klinik əlamətlər olmur və ya olduqda da sağalma 1-2 il müddətində özbaşına baş verir. Bəzi hallarda problemlərin qarşısının alınması məqsədi ilə peyvəndlərdən istifadə edilir.

İPV-yə necə yoluxurlar?

Virus daşıyıcısı ilə cinsi əlaqədə (əsasən vaginal və ya anal) olduqda yoluxma baş verə bilər. Hətta virus daşıyan şəxsdə heç bir əlamət və ya simptom olmadıqda infeksiya ötürülə bilər. Bir cinsi partnyoru olduğu halda belə hər bir fəal cinsi həyatı olan insanın virusa yoluxması mümkündür. Xəstəliyin simptomları bir neçə ildən sonra inkişaf edə bilər və bu səbəbdən insanın yoluxma vaxtını təyin etmək çətindir.

İPV sağlamlıq problemlərinə səbəb ola bilər?

Əksər hallarda İPV özbaşına keçir və hər hansı bir sağlamlıq problemi yaratmır. Ancaq bəzi hallarda genital şişuclu kondilomaların,ziyillərin və xərçəngin əmələ gəlməsinə səbəb ola bilər. Genital ziyillər kiçik və ya böyük ölçüdə, tək və ya qrup, yastı və ya ucu biz, yaxud gül kələmi formalarında müşahidə olunur. Tibb işçisi genital nahiyəni müayinə etdikdə onları asanca təyin edə bilər.

İPV xərçəng törədir?

İPV uşaqlıq boynunda və digər xarici cinsiyyət orqanları və ya anus nahiyələrində də xərçəngin yaranmasına səbəb ola bilər. Virusun müxtəlif tipləri fərqli sağlamlıq problemləri törədir; məsələn, İPV-nin müəyyən tipi dil və boğaz nahiyəsində xərçəngə səbəb ola bilər. Bir çox hallarda insan yoluxduqdan sonra xərçəngin yaranmasına qədər illər, hətta onilliklər keçə bilər. Virus daşıyıcısında xərçəng və ya hansısa digər sağlamlıq problemi inkişaf edəcəyini əvvəlcədən təyin etmək mümkün deyil . İmmun sistemi zəif olan insanlarda (HİV/AİDS) İPV-nin öhdəsindən gəlmək ehtimalı daha azdır və xəstələnməyə meyillilik daha çoxdur.

İPV-nin və onun törətdiyi sağlamlıq problemlərinin qarşısını necə almaq olar?

  1. Peyvənd olunmaq. İPV-yə qarşı peyvənd təhlükəsiz və effektlidir. Peyvənd kişi və qadınları İPV törədən xəstəliklərdən (xərçəng də daxil olmaqla) qoruya bilər. Peyvənd altı ay ərzində üç dəfə inyeksiya şəklində vurulur; tam üç dozanı almaq çox vacibdir.
  2. Uşaqlıq boynu xərçənginin skrininqi (yoxlanışı) aparılması məsləhətdir. 21-dən 65 yaşa qədər olan bütün qadınlar mütəmadi ginekoloji müayinədən keçdikdə uşaqlıq boynu xərçənginin qarşısını ala bilərlər.
  3. Cinsi cəhətdən aktiv olduqda:
  • Hər zaman lateksdən hazırlanmış prezervativlərdən düzgün istifadə edilməlidir. Lakin prezervativ əhatə etməyən sahələri də İPV infeksiyalaşdıra bilər; beləliklə prezervativ tam qorunmanı təmin etmir.
  • Monoqam əlaqə gözlənilməlidir – yalnız başqa cinsi partnyoru olmayan bir nəfərlə cinsi əlaqədə olmaq.

Kimlər peyvənd olunmalıdır?

Bütün 11-12 yaşlı oğlan və qızların peyvənd olunmaları tövsiyə edilir. Əgər bu yaş dövründə peyvənd aparılmayıbsa, oğlanlara 21, qızlara isə 26 yaşadək peyvəndin vurulması tövsiyə olunur.

İnsanın İPV-yə yoluxub-yoluxmamasını necə öyrənmək olar?

İnsanın “İPV statusunu” təyin edən test hələlik mövcud deyil. Respublikadan xaricdə yalnız uşaqlıq boynunun xərçəngini təyin edə bilən İPV testləri/analiz mövcuddur. Bu testlər 30 və yuxarı yaşlı qadınlar üçün tövsiyə olunur. Kişilərə, yeniyetmələrə və ya 30 yaşa qədər qadınlara həmin testlər yaramır.

Əksər hallarda İPV-yə yoluxan insanlarda heç bir əlamət və ya problemlər yaranmır və buna görə də onlar yoluxduqları barədə bilmirlər. Bəzilərində isə İPV-yə yoluxma halları aşağıda sadalanan vəziyyətlərdə aşkar olunur:

  • Cinsiyyət üzvləri nahiyəsində ziyillər əmələ gəldikdə
  • Qadınlarda uşaqlıq boynunun müayinəsi zamanı (Pap testin nəticələrində qeyri-adi hüceyrələrin tapılması)
  • Xərçəng kimi başqa ciddi sağlamlıq problemləri yarandıqda

İnsanın İPV-yə yoluxub-yoluxmamasını necə öyrənmək olar?

İnsanın “İPV statusunu” təyin edən test hələlik mövcud deyil. Respublikadan xaricdə yalnız uşaqlıq boynunun xərçəngini təyin edə bilən İPV testləri/analiz mövcuddur. Bu testlər 30 və yuxarı yaşlı qadınlar üçün tövsiyə olunur. Kişilərə, yeniyetmələrə və ya 30 yaşa qədər qadınlara həmin testlər yaramır.

Əksər hallarda İPV-yə yoluxan insanlarda heç bir əlamət və ya problemlər yaranmır və buna görə də onlar yoluxduqları barədə bilmirlər. Bəzilərində isə İPV-yə yoluxma halları aşağıda sadalanan vəziyyətlərdə aşkar olunur:

  • Cinsiyyət üzvləri nahiyəsində ziyillər əmələ gəldikdə
  • Qadınlarda uşaqlıq boynunun müayinəsi zamanı (Pap testin nəticələrində qeyri-adi hüceyrələrin tapılması)
  • Xərçəng kimi başqa ciddi sağlamlıq problemləri yarandıqda

İPV hamiləliyə necə təsir edə bilər?

İPV-yə yoluxmuş qadında hamiləlik zamanı da ziyillər və uşaqlıq boynunun hüceyrələrində qeyri-normal dəyişikliklər inkişaf edə bilər. Bu səbəbdən hətta hamiləlik zamanı xərçəngə qarşı uşaqlıq boynunun adi skrininqi/müayinəsi aparılmalıdır. İPV-yə yoluxmuş qadının uşağı da doğuş zamanı yoluxa bilər.

İPV və İPV-yə səbəb olan sağlamlıq problemləri müalicə edilə bilərmi?

İnsan papilloma virusunun ayrıca müalicəsi yoxdur. Ancaq virusun törətdiyi sağlamlıq problemlərinin müalicəsi mövcuddur:

  1. Genital nahiyədə ziyillər həkim tərəfindən müalicə edilə bilər. Müalicə olunmadıqda onlar ya öz başına ötüb keçə, ya həmin vəziyyətdə qala bilər və ya onların ölçüləri, yaxud sayı arta bilər.
  2. Uşaqlıq boynunun xərçəngönü vəziyyətləri müalicə oluna bilər. Qadın vaxtında müvafiq ginekoloji müayinələrdən keçdikdə və problem aşkar olunduqda xərçəngin inkişafının qarşısını almaq mümkündür.
  3. İPV-yə səbəb olan başqa orqanların xərçəngi də erkən aşkar edilib müalicə olunduqda tam sağalma mümkündür.

PAPILLOMA(KONDILOMA) VIRUSU ƏLAMƏTLƏRI, DIAQNOSTIKASI VƏ MÜALICƏSI

Papilloma(kondiloma) virusu kişidə penis üzərinə, qadında isə daxili cinsi orqanlara, xarici cinsi orqanlara və uşaqlıq yolunun ağzına yerləşir. Bir çox virus xəstəliyində olduğu kimi Papilloma(kondiloma) virusu da orqanizmə daxil olduqda hüceyrələr daxilinə yerləşir və zaman-zaman alovlanmalara yol açaraq təkrar edən genital ziyil və ya kondilomlar adlandırılan lezyonlar yaradır. Təkrar etmə ehtimalının olması çox vaxt xəstənin əhvalını pozur. Virus ilk olaraq dəridən qabarıq, ağrısız bir sızanaq şəklində ortaya çıxır. Bu qabarcıqlar, uzun illər boyu qalıcı ola və zamanla gül kələminə oxşar forma ala bilərlər. Xarici cinsi orqanlarda ortaya çıxan ziyil yoluxuculuq və estetik görünüş xaricində bir zərəri olmayan, uşaqlıq yolu ağzına yerləşən mikrob, uşaqlıq yolu ağzı xərçənginə səbəb olması baxımından əhəmiyyət daşıyır. Uşaqlıq yolu ağzı xərçənglərinin (serviks xərçəngi) 98%-inin bu virus ilə əlaqəli olduğu bildirilir. Papilloma(HPV) virusu təkcə genital ziyillərə səbəb olmaz. Bu virusun 100-dən artıq müxtəlif alt qrupu var və bu qruplardan bəziləri uşaqlıq yolu ağzı xərçənginə səbəb olduğu məlumdur. Bəzi tipləri isə anus xərçənginə yol açır. Hər HPV tipi kondiloma, ya da xərçəngə səbəb olmaz. Əslində çox infeksiyalar əlamət vermədən keçir. İnsanın immunitet sistemi bu virus ilə mübarizə aparar və əlamətlər ortaya çıxmadan xəstəlik təsirsiz hala gətirilir. İnsan illərlə heç bir əlamət olmadan yaşaya bilər. Ancaq bu vəziyyət xəstəliyin yayılmasına maneə deyil və münasibətdə olduğu adamlara papilloma xəstəliyinə yoluxdura bilər. Bu vəziyyət səssiz infeksiya adlandırılır. Genital ziyil əmələ gəlməsinə səbəb olan HPV virusunu heç bir əlamət vermədən daşıyan şəxslərə də “daşıyıcı” adı verilir. inkubasiya müddəti müəyyən deyil. Virusla təmasdan aylar ya da illər sonra virus ortaya çıxa bilər. Xəstələrin böyük qismində 1-6 ay ərzində əlamət verir. Genital ziyil cinsi yolla bulaşan xəstəlik olub ən tez-tez görülenidir. Cinsi bölgəni infeksiyalaşdıran viruslar təmas yolu ilə asanlıqla yayılırlar. Genital ziyilə bir şəxsdən digərinə bulaşması üçün mütləq tam bir əlaqə olması lazım deyil. İnfeksiyalaşmış dəri hissələrinin bir-biri ilə təması ilə də xəstəlik bulaşa bilər. Tam bir cinsi əlaqə olmadan kənardan “sürtünmə” yolu ilə gənclər tez-tez yoluxur. Yoluxma genital HPV xəstəliyi daşıyan bir insanla girilən hər cür cinsi əlaqə ilə bulaşa bilər. Virus, cinsi əlaqə zamanı dəridə ortaya çıxan mikroskopik aşınmalar və sıyrıntılar vasitəsi ilə dəridən dəriyə təmas yolu ilə yoluxur. Virusun kişi sperması daxilində də müəyyənləşdirilməsi bədən sularının təması yolu ilə də buladığını düşündürür. Virus ilə tamas edən hər kəsdə infeksiyalar ortaya çıxmaz, ancaq kondilom ortaya çıxan insanların böyük bir qisminin səbəbi də virus olduğu müəyyən edilmişdir. Virus bir dəfə orqanizmə daxil olduqdan sonra uzun illər səssiz qala bilər. Cinsi cəhətdən fəal olan hər kəsdə görmək olar.

Papillomanın Müayinəsi
Xarici cinsi orqanlarda olan ziyillərdə diaqnoz, görünüşə baxılaraq qoyulur. Uşaqlıq yolu ağzı xərçəng xəstəliklərinin diaqnostikası, uşaqlıq yolu ağzından alınan axıntı nümunəsinin, patoloji olaraq araşdırılması nəticəsində qoyulur. Buna smir testi adlanır. Virusun xərçəngdən əvvəl dəyişikliklərlə əlaqəsi ola biləcəyindən qadınların hər il bu testi etdirmələri təklif edilir. Virus ilə təmas edən hər kəsdə infeksiya əlamətləri ortaya çıxmaz, ancaq kandilomalar ortaya çıxan fərdlərin 60-90%-nın səbəbi də virus olduğu müəyyən edilmişdir. Virus bir dəfə orqanizmə daxil olduqdan sonra uzun illər səssiz qala bilər. Virus cinsi cəhətdən fəal olan hər kəsdə görülə bilər və bir çox cinsi fəal adam HPV virusu üçün daşıyıcı  hesab oluna bilər.

Müalicəsi
Xəstəliyin ümumi bir müalicə üsulu yoxdur. Dondurma və ya yandırma deyilən üsullar ilə qabarcıqlar ortadan qaldırılsa belə nəticələr o qədər də uğurlu deyil; Xəstəlik təkrar edə bilir. HPV-nin müalicəsində digər infeksiyalarda olduğu kimi oral yolla alınan bir dərman və krem və s ilə qəti müalicəsi bu gün üçün yoxdur. Virus bir dəfə bədənə girdiyi zaman immunitet sisteminin gücünə və virusun təsir gücünə görə illərlə, bəzı məlumatlara görə, virus tipinə tabe olmaq üzrə 3-5 il əlamət verməyə bilər. Bununla birlikdə ortaya çıxan lezyonlar yəni ziyillər (kondilom) mütləq vaxt itirmədən müalicə edilməli və yandırılmalıdır. Müalicə olmadığı təqdirdə ziyillər heç bir dəyişikliyə uğramadan uzun müddət qala bilər, ancaq bu halları olduqca nadirdir. Ümumiyyətlə, davamlı olaraq böyümə və yayılma meylləri var. Kondilom ilə birlikdə başqa bir vajinal infeksiya varsa bu artım daha sürətli olur. Əksəriyyətlə bədənin rütubətli və isti bölgələrinə doğru yayılma göstərir. Əgər uşaqlıq yolu və makat ətrafında anormal rəng və forma dəyişiklikləri ilə anormal qabarıqlıqlar görülsə, genital bölgədə qaşınma, yanma və qanaxma varsa,partnyorda kondiloma var isə, ya da daha öncədən keçirmiş isə mütləq bir ginekoloji müayinədən keçmək lazımdır. Kondiloma yəni genital ziyillər qətiyyən laqeydlik edilməməsi və yüngülə alınmaması lazım olan bir xəstəlikdir. Müalicə ilə virusu dərhal yox etmək mümkün deyil, ziyillər keçdikdən sonra virusun orqanizmdən uzaqlaşması üçün bəzən illər lazımdır, lakin ziyillərdən dərhal xilas olmaq mümkün olur. Müalicə yalnız ziyilləri aradan qaldırır və virusa bağlı sürətli çoxalmanı, yayılmağı dayandırır. Bir çox halda bir kurs müalicə kifayət etmir, ən az 2-3 kusr lazımdır.
HPV, ya da human papilloma virusu, dəri və mukozal səthlərdə bazal epitelyal təbəqə hüceyrələrini infeksiyalaşdıran DNT virusu olub 100-dən artıq tipi vardır. HPV uşaqlıq yolu ağzı, penis, uşaqlıq yolu, uşaqlıq yolu, vagina və ağız-boğaz kimi orqanları tutaraq, bu bölgələrdə xərçəngə səbəb ola bilər.Doğru təqib və müalicə edilməlidir.

Cinsiyyət orqanlarında, anusun ətrafında, bəzən də ağız boşluğunda əmələ gələn kiçik, dəri rəngində olan şişlər kondilomalar adlandırılır.

Bu virus xəstəliyinin törədicisi insan papilloması virusudur (İPV).

Bu virus əsasən cinsi əlaqə yolu ilə bir insandan digərinə keçir. Bundan əlavə yoluxma məişət əlaqələri zamanı (infeksiyalaşmış dəri və selikli qişalarla əlaqədən sonra) baş verə bilər. Virusun doğuş zamanı anadan uşağa keçməsi də mümkün sayılır.

İnsan orqanizminə daxil olan virus insanın dərisində və selikli qişalarında həmişəlik qalır. Qana və digər orqanlara bu virus keçmir.

İPV bütün dünyada ən yayılmış cinsi yolu ilə keçən infeksiyalardan biri sayılır. Həkimlər hesab edirlər ki, insanların bir çox hissəsi (50%-dən artıq) həyat ərzində bu virusa yoluxur.

Lakin insanların bir çox hissəsində bu virus “yatmış” şəkildə qalır və özünü heç bir xəstəliklə büruzə vermir, digərlərində isə müxtəlif dəri və selikli qişaların xəstəliklərinin inkişafına səbəb olur. Bu insanın immun sisteminin vəziyyətindən asılıdır. İnsanın immun sistemi daim möhkəm olduqda, virus özünü büruzə vermir. Lakin ümumi və yerli (dəri və selikli qişalar) immunitet zəiflədikdə, İPV-u “özünü göstərməyə” başlayır.

Hal hazırda İPV-un 100 növü məlumdur. Müxtəlif İPV-nun növləri müxtəlif xəstəlikləri törədir. Məsələn, İPV-nun 1-ci növü ayaqların altında olan ziyillərinin, İPV-nun 2-ci və 4cü növləri adi ziyillərinin əmələ gəlməsinə səbəb olur. İPV-nun 16-cı, 18-ci, 31-ci, 33-cü və 35-ci növləri qadınlarda uşaqlıq boynunun displaziyasına səbəb olur, uşaqlıq boynunun xərçənginin təhlükəsini artırır.

İPV-nun əsasən 6-cı и 11-ci növləri qadın və kişilərdə kondilomaların inkişafına səbəb olur.

Kondilomalar bir çox hallarda kişi və qadınların cinsiyyət orqanlarında inkişaf edir. Onların ölçüləri 1 mm-dən bir neçə santimetrə kimi, rəngi – çəhrayı və ya dəri rəngində  ola bilər. Böyüdükcə şiş gül kələminə oxşamağa başlayır.

İnsanın immun sisteminin vəziyyətindən asılı olaraq əmələ gəlmiş kondilomalar böyüyə bilər (həm ölçüləri, həm də sayı artır), uzun müddət ərzində dəyişikliksiz qala bilər və ya özü-özündən (heç bir müalicəsiz) yox ola bilər.

Kondilomalar müxtəlif fəsadlar verə bilər – zədələnir və qanayırlar, cinsi əlaqələrə mane olur, insanda psixoloji diskomfort yaradır, normal doğuşa mane ola bilər və s.

Kondilomaların müalicə üsulları çoxdur və bu üsullar müxtəlifdir. Hər bir konkret halda müalicə üsulunu xəstənin yaşından, vəziyyətindən, kondilomaların ölçülərindən, sayından və s. amillərdən asılı olaraq müalicə həkimi seçir.

Beləliklə, kondilomalar bu kimi üsullarla müalicə olunur:

  • Maye azotla kriodestruksiya. Kondiloma, faktiki olaraq, dondurulur və nəticədə yox olur. Ən qoruyucu üsullardan biri sayılır. Ağrısızlaşdırma tələb olunmur və çapıqlar qalmır.
  • Lazerlə müalicə. Bu müalicə usulunun tətbiqi ağrısızlaşdırmanı tələb edir, çapıqların əmələ gəlməsi mümkündür.
  • Elektrokoaqulyasiya. Yüksək temperaturların təsirindən kondiloma yox olur.   Ağrısızlaşdırma tələb olunur, çapıqlar əmələ gələ bilər.
  • Xüsusi dərman preparatlarının (“Podophyllum” adlı bitki əsasında) tətbiqi. Dərman gündə 2 dəfə kondilomanın üzərinə çəkilir. Müalicə zamanı yandırma, ağrı və qızarma ola bilər. Müalicə həkimin nəzarəti altında keçirilməlidir. Hamilə və hamiləliyi planlaşdıran qadınlar bu müalicə üsulundan istifadə etməməlidir.

Nəzərinizə çatdiraq ki, kondilomalara səbəb olan İPV-u insan orqanizmində hamişəlik qalır və bu səbəbdən müalicədən sonra kondilomalar yenidən əmələ gələ bilərlər

 

Leave a reply