logo
  • OFTALMOLOGİYA

    Caspian İnternational Hospital da son texnoloji tələblərə cavab verən, yeni avadanlıqlarla təhciz olunmuş, Oftalmologiya şöbəsi yenidən qurularaq dəyərli vətəndaşlarımıza və xarici vətəndaşlara dünya standartları səviyyəsində xidmət göstərməyə başlamışdır.
    Caspian İnternational Hospitalın Oftalmologiya şöbəsində, ölkəmizdə az sayda olan və hatta bir çox sağlamlıq mərkəzlərində olmayan, müasir avadanlıqların imkanları sayəsində, peşəkar həkim komandamızın fəaliyyətinin əhatə dairəsi genişləndiyindən, bir çox göz xəstəliklərinin və qüsurlarının aradan qaldırılması uğurla həyata keçirilməkdədir.

    Digər böyük sağlamlıq mərkəzlərində müalicəsi və əməliyyatları həyata keçirilən göz xəstəliklərinin, artıq Caspian İnternational Hospitalın Oftalmologiya şöbəsində daha yüksək səviyyədə həyata keçirilməyə başlanılması, həm peşəkar həkimlərimizin bu sahədə olan bacarıqlarından həm də klinikmızın sağlamlıq sektorunda göstərdiyi xidmətlərin keyfiyyətindən xəbər verir.
    Hədəfi insan gücü və texnologiyanın gücünü birləşdirib, bütün göz problemlərinin müalicəsini həyata keçirmək olan Caspian İnternational Hospitalın Oftalmologiya şöbəsi buna nail olmuşdur, bununla yanaşı “etibarlı, etik, keyfiyyətli xidmət” anlayışlarını əsas prinsiblər kimi mənimsəmişdir!

    Oftalmologiya şöbəmizdə aşağıdakı xidmətlər göstərilir:
    • Kompyuterlə göz müayinəsi

    • Eksimer Lazer ilə qırma qüsurlarının müalicəsi : PRK, LASIK, LASEK, EPİ-LASIK    – Miopiya   – Astiqmatizma   – Presbiopiya   – Hipermetropiya

    • Kataraktanın müayinəsi və müalicəsi

    • Qlaukomanın müayinəsi və müalicəsi

    • Çəpgözlük və uşaq göz xəstəlikləri

    • Reatina xəstəliklərinin müayinəsi və müalicəsi

    • Buynuz qişa müayinəsi və müalicəsi

    • Makula xəstəliklərinin müayinəsi və müalicəsi

    • Göz dibi xəstəlikləri

    • Konyuktivanın infeksion xəstəlikləri

    • Diabetik göz xəstəliklərinin müalicəsi

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.

  • CƏRRAHİ XƏSTƏLİKLƏR

    Müasir tibbin bütün tələblərinə cavab verən Caspian International Hospital şəhərimizdə fəaliyyət göstərən ən müasir əməliyyat bloklarından birinə sahibdir. Klinikaının əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmaqla yanaşı 8 əməliyyat otağını özündə birləşdirir. Bunlardan 5-i ümumi cərrahiyə, 3-ü isə qeysəriyyə kəsiyi əməliyyatları üçün nəzərdə tutlmuşdur.

     

    Klinikanın ən müasir texniki tibbi avadanlıqlarla təchiz olunması, yüksək standartlara cavab verən əməliyyat  
blokunun olması, cərrahların Avropanın bir sıra aparıcı  klinikalarında təcrübə keçməsi, əməliyyat  zamanı  ultrasəs  və  rentgen   müayinəsinin  ən  müasir cihazlar vasitəsi ilə  aparılması, əməliyyatların  video məlumatların arxivləşdirilməsi bizim üstünlüklərimizdir.

    Klinikada demək olar ki, bütün növ cərrahi əməliyyatlar həyata keçirilir –ümumi cərrahiyyə, uroloji, ginekoloji, endokrinoloji, burun-qulaq-boğaz , travmatologiya və ortopediya, mədə-bağırsaq (proktoloji) cərrahiyyəsi, yırtıqların açıq və laparoskopik cərrahi müalicəsi və sairə. Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı həyata keçirilən anestezioloji xidmətlər ən müasir beynəlxalq standartlara cavab verir. Şöbəmizdə bütün palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır.Bütün xəstələrin əməliyyatları,tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, yəni xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin təqibində qalır.

    Ümumi Cərrahiyyə
    Ümumi Cərrahiyyə

    Caspian İnternational Hospital Ümumi Cərrahiyyə Şöbəmizdə müasir tibb dünyasında qəbul və tətbiq edilən bütün üsullar xəstələrimizin xidmətinə təqdim edilir. Ümumi cərrahiyyə şöbəsi poliklinika və stasionar olmaqla iki hissəyə ayrılır. Təcili yardıma müraciət edən və cərrahi əməliyyata ehtiyacı olan xəstələrimizə 24 saat xidmət göstəririk.

    Ümumi Cərrahiyyə şöbəmizin mütəxəssis həkimləri müraciət edən bütün xəstələrin ətraflı tibbi sorğu və müayinəsindən sonra lazımı əməəliyyat planını hazırlayıb həyata keçirilər.

    Şöbəmizdə aşağıdakı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir.

    Yuxarı qastrointestinal sistem

    • QİST (qatsrointestinal stromal şiş)

    • Hiatal hernia (Mədə yırtığı)

    • Mədə xərçəngi

    • Mədə və onikibarmaq bağırsaq yırtığı

    • Qastrit

    • Mədə polipləri

    • Mədə və qida borusu qanaxmaları

    • Qida borusu xərçəngi

    Aşağı qatsrointestinal sistem

    • Yoğun bağırsaq polipləri

    • Yoğun bağırsaq xərçəngi

    • Düz bağırsaq xərçəngi

    • Apendisit

    • Kron xəstəliyi

    • Xoralı kolit

    • Divertikullar

    • Nazik bağırsaq xərçəngi

    • Merkel divertikulu

    • Rektal prolaps

    Anal nahiyyə xəstəlikləri

    • Fissura

    • Fistula

    • Hemorroy

    • Abses

    Qaraciyər və öd kisəsi

    • Kəskin və xroniki pankreatit

    • Sarılıq (öd yollarının mexaniki obturasiyası)

    • Pankreas xərçəngi

    • Öd kisəsi daşları, iltihabı, polipləri

    Laporoskopik cərrahiyyə

    Endokrin cərrahiyyəsi

    Süd vəzi cərrahiyyəsi

    Urologiya
    Urologiya

    Urologiya – sidik-ifrazat sistemi və kişi cinsiyyət sisteminin patologiyaları ilə məşğul olan tibb sahəsidir. Burada böyrəklər, sidik axarları, sidik kisəsi, sidik kanalı, prostat vəzi, toxum daşıyıcı axacaqlar, xayalar ilə bağlı itənilən patologiyalrın diaqnostika və müalicəsi aparılır.

    Caspian İnternational Hospital Urologiya şöbəsində xəstəni dinləyən, maarifləndirən və vəziyyətə uyğun çıxış yolları hasil edən mütəxəssis həkimlərimiz xəstənin şəxsi vəziyyətini də diqqətə alaraq müvafiq individual müalicə xidməti təqdim edirlər. Şöbəmizdə hər cür uroloji xəstəliyin diaqnostika və müalicəsini təmin edə biləcək mütəxəssis həkimlərimiz fəaliyyət göstərir.

    Klinikamızda böyrək, sidik axarları, sidik kisəsi və prostt vəzi xəstəlikləri, sonsuzluq kimi uroloji əməliyyatlar uğurla həyata keçirilir. Urulogiya ilə yanaşı urologiyanın dar ixtisaslaşmış sahələrində də əhatəli xidmət göstərmək üçün kifayət qədər bilik və təcrübəyə malik tibbi kadrımız mövcuddur.

    Urologiyanın xidmət göstərdiyimiz dar sahələri:

    • Uşaq urologiyası

    • Rekonstruktiv urologiya

    • Uroloji onkologiya

    • Uroginekologiya

    • Neyrourologiya

    • Endourologiya

    • Robot urologiya

    • Andrologiya (Cinsi fəaliyyət pozulmalarının diaqnostika və müalicəsi)

    Xəstəlik əlamətləri:

    • Bel ağrıları

    • Bulanıq sidik

    • Haçalanmış sidik ifrazı

    • Çox su içmə

    • Gecə sidik ifrazı

    • Göz qapaqlarında şişkinlik

    • Sidik qaçırma (urinar inkontinans)

    • Yandırıcı sidik ifrazı

    • Sidikdə qan (Hematuriya)

    • Prostat əlamətləri

    • Tezləşmiş sidik ifrazı

    Xəstəlik və müalicəsi:

    • Sidik yolları daş xəstəlikləri

    • Adisson xəstəliyi

    • Böyrək xərçəngi

    • Böyrək daşı xəstəliyi

    • Cinsi istəksizlik

    • Epididimit

    • Kişilərdə sonsuzluq (infertilite) səbəbləri

    • İmpotensiya

    • Sidik yolları infeksiyası

    • Sidik qaçırma və müalicəsi

    • Prostatın hiperplaziyası

    • Uretrit

    • Varikosele

    Travmatologiya və Ortopediya
    Travmatologiya və Ortopediya

    Travmatologiya və ortopediya sümük, əzələ, qığırdaq, vətər, bir sözlə “dayaq-hərəkət sistemi” adlandırdığımız sistemi təşkil edən bütün toxumaların xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Bu xəstəliklər anadangəlmə ola bildiyi kimi, sonradan yaranan, yəni qazanılma da ola bilir. Ortopediya bölməsi travma olmadan və ya travmadan illər sonra yaranan xəstəliklərlə, travmatologiya bölməsi isə travma sonrası yaranan sınıq və bağ zədələnmələri kimi xəstəliklərin dianqostika və müalicəsi ilə məşğuldur.

    Caspian İnternational Hospital Travmatologiya və Ortopediya şöbəmizdə aşağıdakı patologiyaların müalicəsi uğurla həyata keçirilir:

    • Sınıqların müalicəsi və izlənməsi

    • Kəskin yumşaq toxuma tarvmaları(vətər qırılmaları, dəri və əzələ toxumas zədələnmələri)

    • İdman zədələnmələri və sınıqlar

    • Qığırdaq zədələnmələri

    • Bağ qırılmaları

    • Artroskopik meniskektomiya

    • Artroskopik menisk bərpası

    • Artroskopik rekonstruksion əməliyyatlar(bağ zədələnmələri)

    • Ayaq və topuq nahiyyəsinin degenerativ xəstəlikləri

    • Çiyin və dirsək oynağının artrozları

    • Təkrarlanan çıxıqlar

    • Gonartroz

    • Koksartroz

    • Yastıpəncəlik

    • Eksternal fiksatorlarla anadangəlmə əlilliklər, qol və ayaq qısalığı

    Göz xəstəlikləri
    Göz xəstəlikləri

    Caspian İnternational Hospital Göz xəstəlikləri Şöbəmiz göz xəstəlikləri və görmə pozulmalarının müalicəsində dünyadakı son yeniliklərə paralel olaraq zəngin texniki baza və təchizatla xidmət göstərir.

    Göz xəstəlikləri şöbəmizdə excimer laser və lasik ilə miopiya, astiqmatizm, hipermetropiya kimi patologiyaların müalicəsi həyata keçirilir. Fakoemulsifikasiya (FAKO) cihazı ilə də katarakta müalicəsi aparılır.

    Caspian İnternational Hospital Göz xəstəlikləri Şöbəmizdə aşağıdakı əməliyyatlar icra olunur:

    • Katarakt (mirvari suyu) cərrahiyyəsi

    • Çəpgözlüyün diaqnostikası və müalicəsi

    • Okuloplastika, orbita xəstəliklərinin diaqnostikası

    • Okuloplastika sahəsində əməliyyatlar:

      1. DSR (Dakriosistorinostomiya)

      2. Probing

    • Göz qapağı patalogiyalarının cərrahiyyəsi (ektropion, entropion, xalazion, blefaroplastika, üst və alt qapağın xoşxassəli və bədxassəli şişlərinin əməliyyatı, rekonstruksiyası, oriblefaron, epiblefaron, trikiyazis, tarsorafi)

    • Ptozis (göz qapağı enməsi) cərrahiyyəsi:

      1. Travma sonrası göz qapaqlarının rekonstruksiyası

      2. Estetik və müalicə məqsədi ilə botoks inyeksiyası

      3. Tiroid orbitopatiyalı xəstələrin diaqnostikası və müalicəsi

      4. Orbitanın iltihabi xəstəliklərinin diaqnostikası və cərrahiyyəsi

    Qulaq Burun Boğaz
    Qulaq Burun Boğaz

    Caspian İnternational Hospital Qulaq Burun Boğaz Şöbəmizdə eşitmə və nitq, burun və sinus, müvazinət pozulması, boğaz xəstəliklərinin diaqnostika və müalicəsi ilə yanaşı bu nahiyədəki şişlərin cərrahiyyəsi həyata keçirilir.

    Mərkəzimizdə burun və sinus xəstəlikləri ən çox müalicə etdiyimiz xəstəliklər arasında xüsusi yer tutur. Xəstələrimiz endoskopiya, KT(kompüter tomoqrafiya) və allergiya testləri də daxil olmaqla bir çox kliniki və radioloji müayinələrdən keçirilir və nəticələrə müvafiq tibbi və/ və ya cərrahi müalicə planı seçilir. Burun və sinus əməliyyatları ilə yanaşı bir sıra xoruldama və yuxu apnoesi problemlərinin də cərrahi müalicəsi həyata keçirilir.

    Klinikamızda eşitmə və nitq problemlərinin də diaqnostika və müalicəsi həyata keçirilir. Belə ki səs telləri ilə bağlı cərrahi müdaxilələr vasitəsilə bir çox nitq pozulmalarını aradan qaldırmaq mümkündür. Bundan başqa vertigo başda olmaqla daxili qulağa bağlı müvazinət pozulmalarının, həmçinin laringit, faringit, badamcıqların iltihabı kimi xəstəliklərin müayinə və müalicəsini də həyata keçirilir.

    Xəstəlik əlamətləri:

    • Başgicəllənmə

    • Boğaz ağrısı

    • Burun tıxanıqlığı

    • Burun və burun arxası axıntıs

    • Eşitmə zəifliyi

    • Qulaq ağrısı

    • Qulaqlarda küy

    • Səsin batması

    Audiologiya
    Audiologiya

    Audiologiya eşitmə və müvazinət sisteminin qiymətləndirilməsi ilə məşğul olan tibb sahəsidir. Bu qiymətləndirmənin kliniki və ya təcrübi şəraitlərdə həyata keçirilməsi üçün lazımi metodların, texnikaların inkişaf etdirilməsi, tətbiqi və nəticələrinin qiymətləndirilməsi, eşitmənin itməsi və müvazinət problemlərində müvafiq müalicə metodlarının (eşitmə cihazı/koxlear implant/eşitmə ilə bağlı maarifləndirmə/vestibulyar reabilitasiya)tətbiqi, eşitmənin qorunması və erkən müdaxilə proqramlarının (yenidoğulmuşların eşitmə qabiliyyətinin müayinəsi, şiddətli səs-küydən qorunma proqramları) hazırlanması və tətbiqi audiologiyanın fəaliyyət sahəsini təşkil edir. Audiologiya üzrə mütəxəssis audioloq olaraq adlandırılır.

    Caspian İnternational Hospital Audiologiya Mərkəzində eşitmə və müvazinət problemli xəstələrin savadlı kadrlarımız tərəfindən ətraflı müayinəsi və müalicəsi həyata keçirilir. Audioloqlarımızın fəaliyyətlərinə aşağıdakılar daxildir:

    • Eşitmə və müvazinət problemi olan xəstələrin mütəxəssis həimlərin yönləndirməsi ilə diaqnostik testərdən keçirilməsi və reabilitasiyası, istifadə olunacaq cihazların müəyyənləşdirilməsi, seçimi və proqramlaşdırılması

    • Eşitmə sağlamlığının qorunması və eşitmənin itməsinin qarşısının alınmasına yönəlmiş maarifləndirmə işi

    • Səs-küyün ölçülməsi ilə eşitmənin qorunması haqqında lazımi məsləhətlərin verilməsi

    • Cərrahi müdaxilə zamanı cərrahın ehtiyac duyduğu hallarda eşitmə və müvazinətlə bağlı sinir monitorizasiyasının həyata keçirilməsi

    • İmplantların əməliyyat zamanı və əməliyyat sonrası proqramlaşdırılması

    • Eşitmə reabilitasiyası

    Beyin və Sinir Cərrahiyyəsi
    Beyin və Sinir Cərrahiyyəsi

    Neyrocərrahiyyə baş beyin, onurğa beyni, sinirlər və bu sistemə bağlı törəmələrin cərrahi (əməliyyat tələb edən) xəstəlikləri ilə məşğul olan tibb sahəsidir.

    Caspian İnternational Hospital neyrocərrahiyyə şöbəsi baş və onurğa beyin xəstəliklərinin diaqnostika və müalicəsi ilə bağlı hərtərəfli xidmət göstərməkdədir.

    Beyin cərrahiyyəsi əməliyyatları navigasion, stereotaksik, mikrocərrahi, endoskopik, mikroelektrod qeyd, Maqnit rezonans tomoqrafiya, digital serebral angioqrafiya (DSA) kimi texniki imkanlar və minimal invaziv metodlar tətbiq edilərək gerçəkləşdirilir.

    Şöbəmizdə beyin cərrahiyyəsi xidməti günün hər saatında təmin edilir və bütün imkanlar, təcili şərtlərdə belə, əksiksiz olaraq xəstələrimizə təqdim olunur.

    Əməliyyatdan əvvəl və əməliyyat sonrası bütün prosedurlar, dəstək xidmətləri və xəstəyə nəzarət bu sahədə xüsusi təhsil almış heyət tərəfindən həyata keçirilir. Əməliyyatdan əvvəl sistem, nevroloji və radioloji müayinə metodlarının zənginliyi və əməliyyat sonrası təkmilləşdirilmiş xüsusi qulluq bölmələri göstərdiyimiz xidmətin keyfiyyətini artıran digər vacib ünsürlərdir.

    Komandamız hər xəstəyə individual yanaşır və onun xəstəliyə qədərki durumunda evinə və işinə qayıtması üçün əlindən gələni əsirgəmir.

    Neyrocərrahiyyə şöbəmizdə:

    • Beyin şişlərinin stereotaksik və mikrocərrahi müalicəsi

    • Beyin damar xəstəliklərinin və qanaxmalarının müalicəsi

    • Hərəkət pozulmaları

    • Parkinson xəstəliyinin cərrahiyyəsi

    • Epilepsiya cərahiyyəsi

    • Travma cərrahiyyəsi

    • Hipofiz cərrahiyyəsi

    • Hidrosefaliya əməliyyatları başda olmaqla beynin bütün cərrahi əməliyyatları

    • Onurğa beyni xəstəliklərinin diaqnostika və müalicəsi üzrə xidmətlər həyata keçirilir

    Xəstəlik əlamətləri:

    • Ayaqlarda boşalma hissi

    • Baş ağrıları

    • Başgicəllənmə

    • Bayılma(sinkopa)

    • Bel ağrısı

    • Boyun ağrısı

    • İkigörmə

    • Müvazinətin pozulması və ya itməsi

    • Əldə və qolda hissiyyatın pozulması və ya keyləşmə

    • Tranzitor işemik atak əlamətləri

    • Qollarda gücsüzlük

    • Nitqin pozulması

    • Yaddaş pozulması

    Xəstəliklər və müalicəsi:

    • Alzheimer xəstəliyi

    • Bayılmanın müalicəsi

    • Beyin damarlarının anevrizması

    • Kəllədaxili və beyindaxili qansızmalar

    • Beyin və onurğa beyni şişləri(neyroonkologiya)

    • Epilepsiya

    • Funksional neyrocərrahiyyə və stereotaksis

    • Hipofiz əməliyyatları

    • İnsult (iflic)

    • Normatenziv hidrosefaliya

    • Hidrosefaliya əməliyyatları

    • Neyrovaskulyar xəstəliklər

    • Parkinson xəstəliyi

    • Pediatrik neyrocərrahiyyə

    • Spinal və periferik sinir cərrahiyyəsi

    • Sinir sisteminin anadangəlmə inkişaf qüsurları

    • Kəllə travmaları

    • Kraniostenoz əməliyyatları

    • Onurğa sütunu xəstəliklərinin cərrahiyyəsi

    Faydalı məlumatlar:

    • Yaşlılarda travma

    • Kəllə travmaları

    • Endoskopik yırtıq əməliyyatı

    • Alzheimer ilə yaşam

    • Parkinson xəstəliyi “beyin batareyası”

    • İflic və insult nədir

    • EMG nədi? EMG müayinəsindən əvvəl nələrə diqqət etmək lazımdır

    • Epilepsiya nədir?

    Periferik Damar Cərrahiyyəsi
    Periferik Damar Cərrahiyyəsi

    Periferik damar xəstəliyi, ürək və beyindən kənar bütün qan damarlarının xəstəliklərini əhatə edir.Bunlara arteriyaların və venaların patologiyaları aiddir. Arterial patologiyaların risk faktorlarına əsasən ateroskleroz, həmçinin şəkərli diabet, dislipidemiya (yağ mübadiləsinin pozulması), siqaret və s. daxildir. Daha çox aşağı ətraflarda müşahidə olunan damar xəstəlikləri yeriş, qaçış, pilləkənlə qalxma zamanı ayaqlarda ağrı, keyləşmə, zəiflik, şişkinlik, qıcolmalar kimi şikayətlərlə özünü biruzə verir. Venoz patologiyalara isə varikoz genişlənmə və venoz çatışmazlıq daxildir. Bu xəstəliklər olduqca geniş yayılmışdır.

    Caspian İnternational Hospital Periferik Damar Cərrahiyyəsi Şöbəmizdə periferik damar xəstəliklərinin cərrahi müalicəsi uğurla həyata keçirilir. Klinikamızda aşağıdakı əməliyyatlar icra olunur:

    • Periferik angioplastika

    • Şuntlama

    • Flebektomiya

    • Skleroterapiya

    • Radiofrekans

    • Lazer ablasiyası

    Plastik və Rekonstruktiv Cərrahiyyə
    Plastik və Rekonstruktiv Cərrahiyyə

    Estetik plastik və rekonstruktiv cərrahiyyə sahəsi Estetik və Rekonstruktiv (bərpaedici) cərrahiyyə olmaq üzrə 2 əsas hissəyə bölünür. Plastik cərrahiyyə estetik əməliyyatları əhatə etdiyi halda, rekonstruktiv cərrahiyyə maksilofassial (çənə və üz) cərrahiyyə, kraniofassial (baş və üz) cərrahiyyə, mikro cərrahiyyə, əl cərrahiyyəsi, travma cərrahiyyəsi, anadangəlmə malformasiyaların (qüsurların) cərrahiyyəsi, yanığın müalicəsi kimi sahələri özündə ehtiva edir.

    Estetik cərrahi əməliyyatlar və müdaxilələrdə bədənin əslində normal olan orqan və hissələrinin yenidən şəkilləndirilməsi həyata keçirilir. Burada, əsas hədəf insanların özlərinə olan inamını artırmaq və ətrafdakılarla daha rahat münasibət qurmalarını asanlaşdırmaqdır.

    Rekonstruktiv cərrahi əməliyyatlar və müdaxilələrdə məqsəd travma, xərçəng, infeksiya və ya anadangəlmə inkişaf qüsurları nəticəsində normal quruluşunu itirmiş orqan və toxumaların yenidən bərpası və funksiyalarının geri qaytarılmasıdır.

    Bəzi əməliyyatlar isə hər iki məqsədə, həm rekonstruksiya, həm də estetik görünüşün yaxşılaşdırılmasına, xidmət edir. Məsələn, xərçəng xəstəliyi ilə bağlı çıxarılmış süd vəzinin bərpasıyla yanaşı digər süd vəzinin də görünüşcə uyğunlaşdırılması məqsədilə yuxarı qaldırılması və ya kiçildilməsi ən çox rast gəlinən nümunələrdən biridir.

    Plastik və rekonstruktiv cərrahiyyədə tətbiq edilən üsullar və texniki metodlar bütün dünyada və ölkəmizdə günbəgün dəyişir və təkmilləşir. Bu yenilikləri yaxından izləyən Caspian İnternational Hospital Estetik Plastik və Rekonstruktiv Cərrahiyyə Şöbəsində əməliyyat və müdaxilələrdən əvvəl bütün seçimlərin risk və yararlarını bilmənizə çox böyük əhəmiyyət verilir.

    Plastik və rekonstruktiv cərrahiyyədə hər xəstənin problemi, gözlədikləri, müalicə seçimləri, riskləri və nəticələri fərqlidir. Buna görə də şöbəmizdə xəstənin istəkləri nəzərə alınmaqla cərrahların rəhbərliyi altında individual müalicənin planlanması və tətbiqi həyata keçirilir.

    Xəstəlik və müalicəsi:

    • Biləkdə sinir sıxılması (Karpal tunel sindromu)

    • Dəri xərçəngi

    • Anadangəlmə inkişaf qüsurlarının plastik və rekonstruktiv cərrahiyyəsi

    • Dodaq və damaq yırtığı

    • Əl yaralanmaları, deformasiyalarının cərrahiyyəsi

    • Revmatoid artritdə plastik və rekonstruktiv cərrahiyyə

    Faydalı məlumatlar:

    • Göz ətrafı nahiyənin plastikası

    • Əl cərrahiyyəsi və əhəmiyyəti

    • Qarnın gərilməsi əməliyyatı (abdominoplastika) nədir?

    • Burun əməliyyatı sonrası qulluq

    • Süd vəzinin kiçildilməsi əməliyyatlarının riskləri nələrdir?

    • Süd vəzi böyüdülməsinin əməliyyatlarının riskləri nələrdir?

    • Abdominoplastikadan əvvəl diqqət yetirilməsi vacib olan məqamlar

    • Liposuction əməliyyatı haqqında məlumat

    Proktologiya
    Proktologiya

    Hemorroydan başlayaraq xərçəng xəstəliyinədək bağırsaqlarda görülən bir çox xəstəliklərin müayinə və müalicəsinin həyata keçirildiyi Caspian İnternational Hospital Proktologiya şöbəsi xəstələrə diqqətli və individual yanaşma ilə xidmət göstərmək üçün yaradılmışdır.

    Şöbəmizdə birdən çox ixtisas mütəxəssilərinin iştirakı ilə təşkil olunan konsiliumlar nəticəsində müasir protokollara müvafiq olaraq xüsusi müayinə və müalicə metodları qərarlaşdırırlır və tətbiq olunur. Burada proktologiya sahəsinə daxil olan müxtəlif xəstəliklərin diaqnostikasında istifadə edilən müasir avadanlıqlar mövcuddur: anorektal ultrasonoqrafiya, defekoqrafiya, anorektal manometriya və digər anorektal fizioloji testlər və s.

    Fəaliyyət sahəmizə daxil olan xəstəliklər:

    • Hemorroy

    • Düz bağırsaq çatı

    • Düz bağırsaq fistulu və absesi

    • Xroniki qəbzlik

    • Intestinum rektum xərçəngi

    • Divertikulyar bağırsaq xəstəlikləri

    • Qaz və nəcis saxlamamazlıq

    • Bağırsaq bitişməsi

    • İltihabi bağırsaq xəstəlikləri

    • Anismus

    • Rektal prolaps

    • Rektosele

    Uşaq Cərrahiyyəsi
    Uşaq Cərrahiyyəsi

    Uşaqlarda rast gəlinən xəstəliklər gedişinə görə böyüklərdən fərqlənir. Uşaqlar böyüklərin kiçilmiş modeli deyildir. Üstəlik uşaqlıq dövründə müşahidə olunan xəstəliklər də yaşa görə müxtəliflik göstərə bilir. Bu səbəbdən uşaqlıq dövrü daxili xəstəlikləri uşaq həkimləri tərəfindən müalicə edildiyi kimi, uşaqlarda döş qəfəsi, qarın boşluğu və sidik-ifrazat sisteminin cərrahi müalicə tələb edən bütün xəstəlikləri də ixtisaslaşmış mütəxəssslər olan uşaq cərrahları tərəfindən müayinə və müalicə edilməlidir.

    Caspian İnternational Hospital Uşaq Cərrahiyyəsi şöbəsində hər növ uşaqlıq dövrü cərrahiyyə əməliyyatlarını həyata keçirə biləcək, öz sahəsində mütəxəssis olan cərrahlar fəaliyyət göstərir.

    Xəstəlik əlamətləri:

    • Spina bifidaya bağlı hidrosefaliya

    • Uşaqlarda sidik qaçırtma

    • Uşaqlarda qarın ağrısı

    • Uşaqlarda qasıqda şişlik

    • Uşaqlarda xayaların yerində olmaması

    • Onurğanın açıqlığı

    Xəstəlik və müalicəsi:

    • Uşaqlarda qasıq yırtığı

    • Hipospadiya (peyğəmbər sünnəti)

    • Enməmiş xayalar (kriptorxizm)

    • Spina bifida

    • Sünnət

    Faydalı məlumatlar:

    • Yenidoğulmuşların sünnəti necə həyata keçirilir

    • Yenidoğulmuş sünnət sonrası

    • Yeniddoğulmuşların sünnət edilməsinin üstünlüyü nədir

    • İkinci hamiləlikdə spina bifida riskini azaltmaq üçün nələr etmək olar

    • Yenidoğulmuşların sünnət edilməsi üçün ən əlverişli vaxt nə zamandır

    • Hamiləlikdə fol turşusu qəbulu və spina bifida

    • Sünnət ilə bağlı faydalı məlumatlar

    Torakal Cərrahiyyə
    Torakal Cərrahiyyə

    Caspian İnternational Hospital Torakal cərrahiyyə şöbəsində döş qəfəsi boşluğunda yerləşən (ürək istisna olmaqla) orqan və toxumaların – döş qəfəsi divarı, ağ ciyərlər, mediastinum, diafraqma, qida borusu xəstəliklərinin cərrahi müalicəsi həyata keçirilir. Bu şöbəmizə müaricəit edən xəstələr döş qəfəsi xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis-həkimlər, radioloqlar və onkoloqların daxil olduğu tibbi heyət tərəfindən ətraflı müayinə olunur və cərrahi patologiyalar yüksək savad və bacarığa malik torakal cərrahlarımız tərəfindən əməliyyat edilir.

    Şöbəmizdə həyata keçirilən əməliyyatlara daxildir:

    • Ağ ciyər rezeksiyası (xoşxassəli və bədxassəli şişlər, infeksion təbiətli xəstəliklərin törəmələrini də əhatə edəcək şəkildə wedge rezeksiyası, seqmentektomiya, lobektomiya, sleeve rezeksiyası, pnevmonektomiya)

    • Vinci Robotik torakal cərrahiyyə və minimal invaziv toraks cərrahiyyəsi (VATS və ROBOTİK cərrahiyyə)

    • Mediastinal törəmələrin dianostikası və cərrahi müalicəsi (ehtiyac halında neyrocərrahla birgə əməliyyat), mediastinoskopiya, mediastinotomiya

    • Empiema zamanı dekortikasiya, torakoplastika və Eloesser flep əməliyyatları, Monaldi proseduru

    • Kimyəvi plevrodez

    • Bədxassəli mezoteliomanın diaqnostika və müalicəsi məqsədilə cərrahi müdaxilələr

    • ETS əməliyyatı (endoskopik torakal simpatektomiya) əl və qoltuqaltı tərləmənin cərrahi müalicəsi

    • Spontan pnevmotoraksın VATS üsulu ilə aradan qaldırılması və təkrarlanmanın əngəllənməsi

    • Toraks divarı rezeksiyası və sintetik material ilə rekonstruksiyası, “çəkməçi” döş qəfəsi deffektinin MİRPE üsulu ilə bərpası, Nuss əməliyyatı

    • Ürək əməliyyatı sonrası mediastinitlərin cərrahi müalicəsi (Sternal debridman və flep ilə rekonstruksiya)

    • Qabırğa və sternum sınıqları zamanı xaricdən və daxildən fiksasiya

    • Toraks outlet sindromunun cərrahiyyəsi

    • Miastenia Gravis zamanı VATS Və robotik cərrahiyyə üsulu ilə timektomiya

    • Tənəffüs yollarının cərrahiyyəsi

    • Qida borusu perforasiyalarının cərrahi müalicəsi

    • Fiberoptik bronxoskopiya, Rigid bronxoskopiya ilə yad cisimlərin çıxarılması

    • Döş qəfəsi travmaları zamanı cərrahi müdaxilə

    Yara Qulluq Mərkəzi
    Yara Qulluq Mərkəzi

    Caspian İnternational Hospital Yara Qulluq Mərkəzində yara və xroniki yaraya qulluqla bağlı xidmətlər müasir yanaşmalara əsasən həyata keçirilir. Burada diabetik pəncə, yataq yaraları, varikoz yaralarından başlayaraq yanıqlara qədər çox geniş sahədə patologiyaların səbəbinin aşkarlanmasına, requlyar izləməklə yaraya düzgün qulluq edilməsinə yönəlmiş xidmət göstərilir. Mərkəzimiz yüksək keyfiyyətli fəaliyyət üçün lazımı avadanlıq və vasitələrlə təchiz olunmuşdur.

    Yara nədir? Yara kəsik, yanıq və ya müəyyən bir xəstəlik nəticəsində toxuma tamlığının pozulmasıdır.

    Xroniki yara nədir? Diabet, damar patologiyaları zamanı və ya yataq xəstələrində bütün qulluq və müalicə tədbirlərinə baxmayaraq yaralar gözlənildiyi müddətə sağalmayır, qalıcılıq göstərir. Bu yaralara xroniki yəni sağalmayan yara adı verilir.

    Yara hansı səbəbdən sağalmayır? Yaranın sağalması üçün müəyyən şərtlər vardır. Hər şeydən əvvəl həmin bölgənin qan dövranı normal olmalıdır. Əks halda yaranın sağalması üçün vacib olan oksigen, yaranın sağalmasını təmin edən hüceyrələr və maddələr yaralanmış sahəyə daxil ola bilməz və nəticədə yara sağalmaz. Yaranın sağalması qidalanmanın pozulması, diabet, steroid və ya kimyəvi terapiyada istifadə olunan preparatlar, infeksiya, lazımı qaydada aparılmayan qulluq kimi səbəblərdən də pozula bilir.

    Xroniki yaralara aiddir: Diabetik pəncə, yataq yaraları.

    Xroniki yaralara necə qulluq edilir.

    İlk öncə belə yaraların yaranmasının qarşısını almaq vacibdir. Lazımi qulluq göstərildiyi təqdirdə bu yaraların yaranmasından qurtulmaq mümkün ola bilər. Yaranın yarandığı halda isə müalicə üçün çətin və uzun bir dövr tələb olunur.

    Xroniki yaranın yaranmasının qarşısının alınmasından sonra diqqət yetirilməsi vacib olan ikinci əsas məqam yaranın yaranma səbəbinin aşkarlanması və aradan qaldırılmasıdır. Yəni qan şəkəri tənzimlənmədən diabetik ayağın, və ya yataq xəstələrində toxumalara olunan təzyiq tənzimlənmədən yataq yaralarının sağalması mümkün deyildir.

    Üçüncü addım vacib davranış qaydasıdır. Qan dövranı pozulması olan xəstənin siqaret çəkməyə davam etməsi və ya diabetli bir xəstənin ayaqları və ayaqqabılarının təmizliyinə diqqət etməməsi kimi hallarda bu yaraları sağaltmaq mümkün deyildir.

    Yaralara qulluq və müalicə ancaq bütün bunlardan sonra əhəmiyyət daşıyır. Halhazırda yüksək texnoloji avadanlıqları və yara qulluq vasitələri ilə mükəmməl nəticələr almaq mümkündür. Ancaq bunun üçün həkim və xəstədən lazımı səbr və diqqət tələb olunur.

    Son mərhələ ni isə cərrahi müdaxilə təşkil edir. Müəyyən müddətdən bir ölü toxumaların və axıntının təmizlənməsi lazım ola bilər. Buna “debridman” deyilir. Xüsusən yataq yaralarının cərrahi metodlarla bağlanması çox tez-tez həyata keçirilir. Dəri qreftinin (yamaq) köçürülməsi də sıx aparılan əməliyyat növüdür.

    Caspian İnternational Hospital Yara Qulluq Mərkəzinin tibbi komandası xəstələrə göstərilən bütün etaplar üzrə yüksək səviyyəli xidmət göstərir. Çünki, komanda olaraq əsas məqsədimiz xəstələrin sağlamlığı və komfortudur.

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.

  • DAXİLİ XƏSTƏLİKLƏR

    Daxili xəstəliklər – tibb elminin bir sahəsi olub, daxili orqanların xəstəliklərinin müalicə və profilaktikası ilə məşğul olur. Daxili xəstəlikərə aşağıda sadalanan sistemlərin xəstəlikləri daxildir:

     

    • Mədə və bağırsaq sistemi xəstəlikləri
    • Böyrək xəstəlikləri
    • Ürək və damar xəstəlikləri
    • Ağciyər xəstəlikləri
    • Endokrin xəstəliklər
    • Hematoloji xəstəliklər
    • Revmatoloji xəstəliklər

    Bütün növ daxili xəstəliyi olan xəstələr daxili xəstəliklər şöbəsində araşdırılır və ixtisas həkiminə yönləndirilir. Daxili xəstəliklər şöbəsinə xəstə daxil olaraq müayinə edilir, şikayətinə uyğun ixtisas həkimlərinin konsultasiyası alınır. Daha sonra ambulator və ya stasionar şəkildə müalicə edilir. Xəstələrimiz istər stasionar, istərsə də ambulator müalicə aldıqda həkimlərimiz tərəfindən nəzarət olunur. Müalicə aldığı müddət və sonrası dəyərləndirilir.

     

    Caspian İnternational Hospital ailəsi olaraq hər bir xəstə bizim üçün dəyərlidir.

    Psixiatriya və psixologiya
    Psixiatriya və psixologiya

    Psixi proseslər insan davranışının ilkin tənzimləyicisi kimi meydana çıxır. Psixi proseslərə duyğu, qavrayış, hafizə, diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixiatriya və psixologiya saydığımız hallarda baş verən pozulmaları öyrənir. Psixologiya sadə davranışları və zehni əməliyyatları / prosesləri araşdıran elm sahəsidir. Digər tərəfdən Psixiatriya tibb elminin bir alt qoludur və zehni xəstəliklərin müalicəsi ilə məşğul olur. Psixologiya ilə Psixiatriya bir-birinə qarışdırılmamalıdır. Psixologiya ümumi olaraq səbəb-nəticə əlaqələri ilə maraqlanarkən, psixiatriya bu səbəb-nəticə əlaqələrinin mənşəyi ilə maraqlanır.

    Psixiatriya və psixologiya tibbin digər sahələri ilə sıx əlaqədədir. Klinikamızda hər xəstəyə fərdi yanaşılaraq baş verən hər hansı pozulma halında xəstə dərindən araşdırılır, düzgün diaqnoz və yanaşma ilə müalicə edilir.

    Caspian İnternational Hospitalda aşağıdakı psixoloji halların və psixiatrik xəstəliklərin diaqnostika və müalicəsi aparılır:

    • Anksiotik (həyəcan, narahatlıq) pozulmalar (panik pozulmalar, sosyal fobiya, obsessive-kompulsiv pozğunluq, kəskin stress pozğunluğu və s.)

    • Depressiv pozulmalar (depressiyalar, Doğuş sonrası depressiya, maniakal-depressiv psixoz və s.)

    • Psixoloji mənşəli ağrı pozulmaları

    • Anoreksia nevroza, Bulimia nevroza

    • Yuxu pozğunluqları

    • Trixotillomaniya (saç yolma)

    • Kleptomaniya

    • Evlilik problemləri

    • Cinsi əlaqə problemləri

    • Ünsiyyət qurma çətinliyi

    • Xəstəliklər nəticəsində (Xərçəng, şəkərli diabet kimi ömür boyu davam edən xəstəliklərin yaratdığı) yaranan psixoloji hallar və s.

    Qastroenterologiya
    Qastroenterologiya və Hepatologiya

    Qastroenterologiya – qida borusu, mədə, bağırsaqlar, qaraciyər və öd yolları, mədəaltı vəzi xəstəliklərinin müayinə, müalicə və profilaktikası ilə məşğul olur. Klinikamızda qastoenteroloji xəstəlliklərin müayinəsi, diaqnostikası və müalicəsi yüksək peşəkarlıqla aparılır.

    Şöbəmizdə aşağıdakı xəstəliklərin ambulator və stasionar müalicəsi aparılır:

    • Qastrit, mədə və 12 barmaq bağırsaq xorası

    • Qida borusu xəstəlikləri ( Ezofagitlər, Axalaziya və s.)

    • Qastroezofageal reflyuks xəstəliyi

    • Qeyri-spesifik xoralı kolit və Kron xəstəliyi

    • Bağırsağın funksional xəstəlikləri (Qıcıqlanmış bağırsaq sindromu və s.)

    • Müxtəlif mənşəli hepatitlər və qaraciyər sirrozu

    • Öd kisəsi və öd yolu xəstəlikləri (Xolesistit, xolangit və s.)

    • Pankreatitlər və s.

    Caspian İnternational Hospitalın qastroenterologiya şöbəsində yüksək ixtisaslı həkimlər fəaliyyət göstərir. Şöbəmizdə hər hansı qastroenteroloji xəstəlik doğru yanaşmayla düzgün müalicə edilir. Qastroenteroloqlarımız tərəfindən eləcə də xəstələrin endoskopik diaqnostikası və ehtiyac olarsa invaziv müdaxilə olunur.

    Endoskopiya mədə-bağırsaq xəstəliklərinin diaqnostikasında qızıl standart hesab olunur. Klinikamızın endoskopiya şöbəsi müasir avadanlıqlarla təchiz olunmuşdur. Standartlara uyğun qurulmuş endoskopiya şöbəsində həkim və tibb personalı xəstələri qəbul edir, lazımi müayinəsi aparılır.

    Endoskopiya şöbəmizdə aşağıdakı müayinələr və invaziv müdaxilələr icra olunur:

    • Qastroskopiya

    • Kolonoskopiya

    • Biopsiyaların alınması

    • Helikobakter Pilorinin ekspress üsulla təyini (Ureaz test)

    • Polipektomiya

    • Qida borusu varikoz venalarının band liqasiyası

    • Həzm sisteminə düşən yad cisimlərin çıxarılması

    • Qida borusu və ya öd yollarının müxtəlif daralmalarında stent qoyulması

    • ERCP

    • Öd yolundan daşların çıxarılması

    • Qida borusu daralmalarında buji dilatasiya, balon dilatasiya

    • Mədə-bağırsaq qanaxmalarının dayandırılması (hemokliplərin qoyulması, skleroterapiya və s)

    Pulmonologiya
    Pulmonologiya

    Pulmonologiya – tibbin ağciyər və nəfəs yolu xəstəliklərinin müayinə və müalicəsi ilə məşğul olan sahəsidir. Klinikamızda pulmonoloji xəstələrin ambulator və ya stasionar şəkildə yüksək ixtisaslaşmış həkimlər tərəfindən müayinə və müalicəsi həyata keçirilir.

    Caspian İnternational Hospitalda aşağıdakı pulmonoloji xəstəliklərin diaqnostika və müalicəsi aparılır:

    • Bronxial astma, bronxit (kəskin, xroniki, bronxiolit)

    • Xroniki obstruktiv ağciyər xəstəlikləri

    • Ağciyər emfizeması

    • Ağciyərin bronxoektaziya xəstəliyi

    • Ağciyər absesi

    • Ağciyərin kəskin və xroniki pnevmoniyası, Eozinofil pnevmoniyası, ağciyərin interstisial pnevmoniyası

    • Ağciyərin sarkoidozu

    • Plevritlər

    • Sistem xəstəliklər zamanı ağciyər zədələnməsi

    • Ağciyər infarktı

    • Ağciyərin peşə xəstəlikləri

    • Ekzogen allergik alveolit, fibrozlaşmış alveolit və s.

    Nefrologiya
    Nefrologiya

    Nefrologiya – böyrək və sidik yolları xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasını öyrənir.

    Caspian International Hospitalın Nefrologiya şöbəsində böyrək və sidik yolu xəstəliklərinin diaqnostika və müalicəsi yüksək peşəkarlıqla aparılır.

    Şöbəmizdə aşağıdakı xəstəliklərin diaqnostika və müalicəsi uğurla gerçəkləşdirilir:

    • hipertenziya

    • böyrək daşları

    • sidikdə protein itkisinə və sidikdə qanaxmaya səbəb olan digər böyrək xəstəlikləri

    • kəskin və xroniki böyrək çatışmazlığı

    • şəkər xəstəliyi ilə əlaqəli böyrək xəstəlikləri

    • sidik yolu infeksiyaları

    • sidiyə çıxma ilə bağlı pozulmalar

    • xroniki qlomerulonefrit və polikistik böyrək xəstəlikləri və digər kistik böyrək xəstəliklərinə qədər bütün böyrək və sidik yollarını əhatə edən

    Endokrinologiya
    Endokrinologiya

    Endokrinologiya – orqanizmdəki daxili sekresiya vəzilərini, onların funksiyalarını və ifraz etdikləri hormonları öyrənən tibbin bir sahəsidir. Hormonlar bədənimizdəki müxtəlif orqanların fəaliyyətini idarə edirlər. Ona görə onların fəaliyyətindəki hər hansı dəyişiklik bütün orqanizmə təsir edir.

    Endokrin sistemi təşkil edən orqanlar: hipotalamus, hipofiz, qalxanabənzər vəzi (tiroid), qalxanabənzər ətraf vəzilər (paratiroid), mədəaltı vəz (pankreas), yumurtalıqlar, böyrəküstü vəz.

    Caspian International Hospitalda aşağıdakı endokrinoloji xəstəliklərin diaqnostika və müalicəsi aparılır:

    • Diabet

    • Tiroid xəstəlikləri

    • Metabolitik pozğunluqlar

    • Osteoparoz

    • Hipertenziya

    • Böyümə geriliyi

    • Piylənmə

    • Hipofiz vəzi xəstəlikləri

    • Sonsuzluq

    • Cinsi funskiyanın pozulmaları

    • Böyrəküstü vəzi xəstəlikləri və s.

    Allerqologiya
    Allerqologiya və İmmunologiya

    Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır.

    Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quşlələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər.

    Allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü biruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır.

    • dəridə qaşınma

    • səpkilər

    • burunda qaşınma, sulanma

    • gözlərdə qaşınma, sulanma

    • ödem, şişkinlik

    • bronxospazm ( təngnəfəslik, tənəffüs çətinləşməsi)

    • ürəkbulanma, ishal

    • səsin batması və s.

    Caspian International Hospitalın Allerqologiya və İmmunologiya şöbəsində aşağıdakı allerqoloji xəstəliklərin diaqnostika və müalicəsi dəqiqliklə aparılır:

    • Allergik konyuktivit

    • Allergik rinit

    • Pollinoz ( bahar xəstəliyi )

    • Övrə

    • Bronxial astma

    • Atopik dermatit

    • Kvinke ödemi

    • Qida, məişət məhsulları, dərmanlara qarşı allergik reaksiyalar və s.

    Qidalanma və pəhriz
    Qidalanma və pəhriz

    Qidalanma və pəhriz – orqanizmə bütün karbohidratların (CHO), zülalların, yağların, vitamin və mineralların, hətta mayenin yetərli miqdarda vəhdət bir şəkildə qəbul edilməsidir.

    Orqanizmin həyat fəaliyyəti proseslərinin gedişatında qidalanmanın  rolu çox böyükdür. Qeyri-düzgün və yalnış qidalanma insan sağlamlığına və həyat fəaliyyətinə birbaşa təsir edir. Buna görə hətta bəzi xəstəliklərin yaranmasına səbəb olur, bəzilərinin üzə çıxmasını tezləşdirir. Təsadüfi deyil ki, bir çox xəstəliklərdə müəyyən pəhriz rejiminə keçirilir. Bu müalicəvi qidalanma mütəxəssis tərəfindən aparılmalıdır. Müalicəvi qidalanma da hər bir insanın özünəməxsus həyatına,yaşına, boyuna, çəkisinə uyğun gəlməlidir.

    Bütün ürək-damar xəstəliklərində piylənmə, diabet (TİP 1, TİP2, hamiləlikdə ortaya çıxan diabet), cərrahi əməliyyatlardan sonrakı vəziyyətdə, mədə-bağırsaq, öd daşı, qaraciyər xəstəliklərində, böyrək xəstələrində və digər xəstələrdə müalicəvi qidalanma çox müsbət təsir göstərir. Hər bir xəstəliklərin qarşısında ərzaq məhsullarından məsləhət gördüyümüz və istisnaları var.

    Bununla bərabər piylənmədə diqqət ediləcək pəhrizlərdə bir çox vacib nöqtələr var. Bu da hər bir insanın öz boyuna, çəkisinə, yaşına, çalışdığı işinə bağlı olaraq (müəllim, həkim, tibb bacısı, katibə, usta, polis və s.) ideal ağırlıq hesablanır və alacağı kalori müəyyənləşdirilir.

    Caspian İnternational Hospitalın savadlı diyetoloqları xəstələri qəbul edərək lazımi qidalanma sxemini seçir və pəhriz müddətində və sonrasında təqib edirlər. Unutmayın ki, bütün orqanizmin sağlamlığı qidalanmadan asılıdır. Düzgün qidalanma sağlam və uzun ömür yaşamağın təminatıdır.

    Dermatologiya
    Dermatologiya

    Dermatologiya – dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patologiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir. Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.) təsirinə məruz qalır . Digər tərəfdən dəri daxili orqanlarla sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilir.

    Dəri xəstəliklərinin kliniki əlamətlərini bir neçə qrupa ayırmaq olar:

    • Bütövlükdə orqanizm tərəfindən meydana çıxan simptomlar (bədən temperaturunun yüksəlməsi, ümumi zəiflik və s.)

    • Subyektiv dəri əlamətləri (dərinin həssaslığının artması və ya azalması, qaşınma, dartılma, avazıma, ağrı və s.)

    Caspian international Hospitalın peşəkar dermatoloqları müxtəlif dəri və zöhrəvi xəstəliklərin müalicəsi ilə məşğul olurlar.

    Klinikamızda həmçinin kosmetoloji dəri xidmətləri də göstərilir.

    Kosmetoloji xidmətlər:

    • Mezoterapiya

    • Biorevitalizasiya

    • Bioarmirovaniya

    • Kontur plastikası

    • Botox

    • Mezosaplar

    • Kimyevi pilinq

    • Üz massajı

    • Mikrocereyan liftinqi

    • Ultrasəs təmizləmə

    • Mikrodermabraziya

    • Piqmentasiya müalicəsi

    • Akne müalicəsi

    • Akne sonrası müalicə

    • Bədən korreksiyasi

    • Trixologiya

    Fizioterapiya və reabilitasiya
    Fizioterapiya və reabilitasiya

    Fizioterapiya və reabilitasiya sümük-əzələ sistemində istər anadangəlmə istərsə də sonradan yaranan problemlərin və xəstəliklərin müalicəsi ilə məşğul olan bir sahədir.

    Fizioterapiya müalicəsinin məqsədi hansısa bir xəstəliyin müalicəsini ən yüksək şəkildə əldə etməkdir. Bəzi xəstəliklər vardır ki, onların müalicəsi zamanı fizioterapiyadan istifadə etmək xəstəni cərrahi əməliyyatlardan xilas edir.

    Müasir günümüzdə fizioterapiya müalicəsi ən təhlükəsiz müalicə vasitəsi hesab edilir. Fizioterapiya müalicəsi zamanı digər müalicələr kimi xəstə haqqında hər şey qeyd olunmalıdır.

    Müalicə bədən tərbiyəsi xəstələrin sağalmasına müxtəlif idman hərəkətlərinin tətbiqi ilə fayda verir.
    Massaj bədənin istənilən nahiyəsinə tətbiq edilməklə sağalmanı sürətləndirir. Müalicə məqsədilə müxtəlif massaj növlərindən (vibrasiyalı, vakkumla, dairəvi, döyəcləmə və s.) istifadə edilir.

    Fizioterapiya sahəsində geniş istifadə edilən elektrofarez və fonofarez müalicəsi isə fizioterapiya və farmakologiya sahələri arasında qalan müalicə vasitəsidir. Belə ki, bu müalicə zamanı dərman preparatları insan orqanizminə elektriklə dəridən ötürülür. Müalicə zamanı dərialtı toxumalara ultrasəs və ya elektriklə dərman preparatlarının ötürülməsi dərman preparatlarının orqanizmin istənilən sahəsinə yerli olaraq tətbiq edilir.

    Caspian İnternational Hospitalın Fizioterapiya və Reabilitasiya mərkəzində aşağıdakı xəstəliklərin fizioterapevtik müalicəsi hər xəstəyə uyğun təyin olunaraq həyata keçirilir:

    • onurğa xəstəlikləri

    • idman yaralanmaları

    • ortopedik cərrahiyyə sonrası reabilitasiya

    • nevroloji reabilitasiya

    • osteoporoz və digər metabolik sümük xəstəlikləri

    • revmatoloji xəstəliklər və s.

    Kardiologiya
    Kardiologiya

    Kardiologiya ürək damar sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən tibbin sahəsidir.

    Müasir qeyri-invaziv (toxuma bütövlüyü pozulmadan və hər hansı bir infeksiyaya yoluxma riski olmadan) üsullar, eləcə də rentgenoloji və radioizotop müayinə üsulları, maqnit-rezonans tomoqrafiyası, exokardioqrafiya və ənənəvi elektrokardioqrafiya çox informativdir.

    Bununla belə, bəzən xüsusi göstərişlər olarsa invaziv manipulyasiyalar – damarların və ürək boşluqlarının kateterizasiyası, angiokardioqrafiya yerinə yetirilir.

    Caspian Internation Hospitalın peşəkar kardioloqları tərəfindən istənilən ürək xəstəliklərinin diaqnostika və müalicəsi aparılır.

    Caspian Internation Hospitalın peşəkar kardioloqları tərəfindən istənilən ürək xəstəliklərinin diaqnostika və müalicəsi aparılır.

    Klinikamızda ürək – damar sistemi xəstəliklərinin diaqnostikası üçün aşağıdakı kardioloji xidmətlər mövcuddur:

    • Elektrokardioqramma (EKQ)

    • Exokardioqrafiya (ExoKQ) və rəngli doppleroqrafiya

    • Fiziki yük sınağı- Treadmill (stress test)

    • Holter monitorinq (sutkalıq elektrokardioqramma)

    • Sutkalıq qan təzyiqinin monitorinqi

    Revmatologiya
    Revmatologiya

    Revmatologiya – revmatik iltihabi xəstəliklər və digər sümük-əzələ sistemi xəstəliklərini əhatə edən tibbin bir sahəsidir.

    İmmun sistem hər növ infeksiyalar (bakteriya, virus və parazitlər) və orqanizmə daxil olan hər yad maddəyə qarşı qurulmuş qoruma mexanizmidir. Bəzi hallarda immun sistem hüceyrələrinin bir qismi öz toxuma strukturlarını tanımayaraq onlara qarşı reaksiya verir ki, bu da autoimmun xəstəliklərin inkişafına səbəb olur.

    Caspian İnternational Hospitalın yüksək ixtisaslaşmış revmatoloq həkimləri revmatoloji xəstələrin istər ambulator, istərsə də stasionar müayinə və müalicəsi ilə məşğul olurlar.

    Klinikamızda bütün növ revmatoloji xəstəliklər ambulator və stasionar şəkildə müalicə edilir:

    • Revmatoid artrit

    • Bütün növ oynaq ağrıları

    • Sistem qırmızı qurdeşənəyi

    • Proqressivləşən sistem skleroz (sklerodermiya)

    • Polimiozit/dermatomiozit

    • Şeqren sindromu

    • Vaskulitlər

    • Ankilozəedici spondilit (Bexterev xəstəliyi)

    • Still xəstəliyi

    • Podaqra və s.

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.

  • QADIN XƏSTƏLİKLƏRİ VƏ DOĞUŞ

    Caspian International Hospitalın Doğuş şöbəsi son texnologiyalı avadanlıqları və yüksək ixtisaslı mütəxəssisləri ilə 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.

     

    Klinikanın doğuş şöbəsində yüksək ixtisaslı həkim mama-ginekoloqlar və həkim-neonatoloqlar tərəfindən doğuşlar və, göstəriş olan halda, qeysəriyyə əməliyyatları həyata keçirilir.

    Doğuşdan sonrakı şöbədə 1, 2 və 3 çarpayılı — ümumi palata və 2 otaqlı — VIP palata var. 

Şöbədə ana və yenidoğulan körpənin ilk gündən birgə yerləşdirilməsi təşkil olunub ki, bu da təbii qidalanmanı maksimal təmin etmək üçün təkan verir. Şöbədə körpələrə düzgün və səmərəli qulluq etmək üçün anaya yardım edən qayğıkeş və təcrübəli tibb bacıları fəaliyyət göstərir. Qüsurlu və xəstə körpələrin müalicəsi Dünya Səhiyyə Təşkilatı tərəfindən təstiq edilmiş protokollara əsasən aparılır.

    Qadın Xəstəlikləri

    Doğuş

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.

  • ANESTEZİOLOGİYA VƏ REANİMASİYA

    Caspian International Hospitalın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi 7 gün 24 saat iş rejimində fəaliyyətdədir və burada ən yüksək səviyyədə müasir tibbi xidmət göstərilir.

     

    Şöbə müasir anesteziya aparatları, süni tənəffüs aparatı, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunmuşdur. Xəstəxananın Reanimasiya bölməsində müasir tibbi avadanlıqlarla təchiz edilmiş 8 çarpayılı reanimasiya zalı, 6 çarpayılı infeksion xəstələr üçün zal, həmçinin izolyasiya otaqları var. Reanimasiya şöbəsində həmçinin ultrasəs müayinə aparatı, hərəki (mobil) rentgen aparatı və digər yardımçı cihaz və alətlər var. Bütün reanimasion otaq və palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində pasientin ürək-damar sisteminin (arterial təzyiq, nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə təchizatı) daimi nəzarətdə saxlanılır.

    Bütün xəstələrin əməliyyatları, tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən icra olunur. Yatan xəstələrə xüsusi tibb personalı tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin təqibində qalırlar.

     

    Şöbədə professorlar, tibb elmlər namizədləri və fəlsəfə doktorları, təcrübəli peşəkar həkim-mütəxəssislər, həmçinin ölkə daxilində və xaricdə təhsil alıb, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır.

    Anesteziologiya
    Anesteziologiya

    Caspian İnternational Hospitalın Anesteziologiya şöbəsi müxtəlif cərrahi müdaxilələr üçün bütün yaş qruplarında müdaxilə öncəsi tibbi dəyərləndirmə, müdaxilə əsnasında və sonrasında ağrısızlaşdırma da daxil olmaqla hər növ anesteziyanı tətbiq edir.

    Şöbəmizdə elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən avadanlıqlarla təchiz olun-muş əməliyyat və müdaxilə otaqları xəstələrə yüksək səviyyədə xidmət göstərmək imkanına malikdir.. Xaricdə təhsil almış və dəfələrlə beynəlxalq təlimlərdə iştirak etmiş savadlı, təcrübəli peşəkarlardan ibarət tibb heyətimiz diaqnostik və müalicə məqsədli bütün müdaxilələrin uğurla həyata keçirilməsinə tam təminat verir. Şöbədə beyin cərrahiyəsi, uşaq cərrahiyəsi, doğuş, ginekologiya, travmatologiya və orto-pediya, damar cərrahiyəsi, qulaq-burun-boğaz cərrahiyəsi, uroloji və oftolmoloji cərrahi əməliyyatlarda anesteziyanın müvafiq növlərinin (v\d, ümumi, epidural, spinal, periferik bloklar) və zəruri müdaxilələrin (mərkəzi venoz və arterial kateterizasiya, intubasiya və s. ) yüksək səviyyədə edilməsi bilavasitə buna dəlalət edir.

    Reanimasiya və intensiv terapiya
    Reanimasiya və intensiv terapiya

    Vital funksiyaları həyatı risk daşıyacaq şəkildə pozulmuş kritik xəstələrə 24 saat ərzində həyatı dəstək ve-rən yüksək ixtisaslı kadr və müasir texnologiya ilə təchiz olunmuş Reanimasiya və intensiv terapiya şöbəsi cərrahi reanimasiya, uşaq reanimasiyası və terapevtik reanimasiya kimi fəaliyyət göstərir. Hər cür monitorizasiya və müdaxiləyə uyğun avadanlıqlarla çalışan gənc və təcrübəli komandamız xidmət edər-kən digər ixtisaslardan həkimlərin də dəstəyini almaqdadır. Bu da xəstələrə günün istənilən saatında la-borator və instrumental müayinələrin tətbiq edilməsinə imkan verir.

    Reanimasiya və intensiv terapiya şöbəsinə əsasən aşağıdakı qrup xəstələr qəbul edilməkdədir:

    • Major əməliyyatı sonrası yaxın təqibə ehtiyacı olan xəstələr

    • Beyin qanaması keçirmiş xəstələr

    • Ciddi tənəffüs çatışmazlığı olan xəstələr

    • Vital funksiyaların pozulmasına səbəb olan zəhərlənmələr

    • Politravmalar

    • Ağır sinir sistemi xəstəliyi olanlar (Myastestenia Gravis, Gullian Barrc kimi)

    • Poliorqan çatışmazlığı olan xəstələr (böyrək , qaraciyər çatışmazlığı)

    • Qan dövranının pozulması ilə müşayiət olunan xəstəliklərdən (miokard infarktı, işemik insult və s.) əziyyət çəkən xəstələr

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.

  • RADİOLOGİYA

    Caspian International Hospital tibbi xidmətin ən müasir tələblərinə uyğun fəaliyyət göstərən tibb müəssisəsidir. Klinikamızda beynəlxalq standartlara cavab verən Şüa diaqnostika şöbəsi də fəaliyyət göstərir. Radiologiya şöbəsi müasir tibbin tələblərinə cavab verən qabaqcıl texnologiyalı rəqəmsal rentgen, mammoqrafiya, ultrasonoqrafiya (USM), kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiyası (MRT) cihazlarına malikdir. Bu cihazlarlın vasitəsi ilə müxtəlif diaqnostik və müalicəvi invaziv müdaxilələr həyata keçirilir.

     

    Maqnit Rezonans cihazımız 1.5 Tesla maqnit sahə qərqnliyi olan Toshiba Vantage Titan markalı tomoqraf cihazıdır. 71 sm diametrli (ölkədə ən genişlərindən biri), işıqlı və ventilyasiyalı, nisbi səssiz və tez sürətli olduğuna görə ağır xəstələrin, klaustrofobiyası (bağlı məkanlardan qorxu hissi) olan və az yaşlı pasiyentlərin müayinəni keçməsi asanlaşır. Həmçinin 150 kiloqrama qədər çəkisi olan pasiyentlərin müayinəsi mümkündür. MR cihazı bütün onurğa sütununu bir kəsikdə görməyə imkan verirki, bu da müayinə müddətini azaldır.

Kompüter Tomoqrafiya cihazı 64 kəsiklidir və sürətli aparılmasına görə ağır xəstələrin, oyanıq xəstələrinin, az yaşlı uşaqların müayinəsi mümkündür. 140 kiloqrama qədər çəkisi olan pasiyentlərin müayinəsi aparıla bilər. KT cihazında bir dəfəyə bütün bədənin (whole body CT) müayinəsi keçirilə bilir. Görüntülər rəngli 3D formada düzələ bilər. Tomoqrafın imkanlarını genişləndirən avtomatik injektor mövcuddur. Adlarını qeyd etdiyimiz cihazların özəlliyi sayəsində həkim qısa zaman ərzində pasientin sağlamlığı barədə ətraflı informasiya eldə edə bilir. Xüsusilə KT görüntüləri sümüklərdə qırıq və anomaliyaların dəyərləndirilməsində son dərəcə vacib məlumatlar verə bilir.

    Bölməmizdə mövcud olan rentgenoskopiya cihazı rəqəmsal xüsusiyyətlidir. Mədə, nazik və yoğun bağırsaq, böyrək, sidik kisəsi, uşaqlıq və uşaqlıq borularının kontrastlı müayinəsi bu cihaz vasitəsi ilə yerinə yetirilir. Bu cihazdan eyni zamanda öd yollarının görüntülənməsində və müalicə proseduralarında (öd axarlarının drenləşdirilməsi və stent taxılması) istifadə olunur. Mammoqrafiya müayinəsi nəticəsində əldə olunan radioloji görüntü informasiya sistemdə saxlanılır.

     

    Ultrasəs müayinə kabinetimizdə isə müasir ultrasəs apparatları mövcuddurki, onlar da dünyanın ən inkişaf etmiş ölkələrinin istehsalı olan ultrasəs avadanlığıdır və radiologiya, mama-ginekologiya (ginekoloji xəstələrdə və hamilələrdə 3 D), kardiologiya (Exo-KQ), angiologiya (boyun damarlarının, aşağı və yuxarı ətrafların damarlarının doppleroqrafiyası ), endokrinologiya (qalxanabənzər vəzi), onkologiya, pediatriya, neonatalogiya(neyrosonoqrafiya, bud-çanaq oynağının USM), urologiya və terapiya xəstələrinin müayinələrini həyata keçirtməyə imkan verir.

    Rentgen

    Ultrasəs (USM)

    Kompüter Tomoqrafiyası (KT)

    Maqnit Rezonans Tomoqrafiyası (MRT)

    Mammoqrafiya

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.

  • LABORATORİYA

    Caspian International Hospitalda dünya standartlarına uyğun ən yeni avadan-lıq və tibbi cihazlarla tam təchiz olunmuş müasir laboratoriya fəaliyyət göstərir. Klinik laborator diaqnostikanın bütün sahələri, o cümlədən biokimya, mikrobio-logiya, immunologiya, molekulyar-genetika istiqamətləri üzrə xidmət göstərən laboratoriya ən müasir nəzəri və praktik yenilikləri tətbiq edir. Xəstələrdən örnək alınması üçün müvafiq şəraitin hazırlanması, örnəyin uyğun şərtlərdə alınması və saxlanılması cavabların doğru və güvənli olması baxımından böyük əhəmiyyət kəsb edir. Bu da laboratoriyanın xidmətlərindən istifadə edən pasiyentlərə dəqiq diaqnoz qoyulmasına və düzgün müalicənin aparılmasına zəmanət verir.

     

    Laboratoriya dünyanın aparıcı mərkəzlərində istifadə olunan tam avtomat-laşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər ana-lizatorlarla təmin edilmişdir. EUCAST, CLSI və ISO kimi müstəqil və mötəbər beynəlxalq qurumların keyfiyyət standartlarına istinad edilməsi laborator müayi-nənin qısa müddət ərzində və yüksək dəqiqliklə aparılmasına imkan verir. Həmçi-nin laboratoriyanın təcrübəli, mütəxxəssis həkim-laborant heyətinin peşəkarlığı və yüksək xidmət mədəniyyəti pasiyentlərin məmnun qalmalarını təmin edir. Təbii ki, hər zaman fikirlərinə böyük hörmətlə yanaşdığımız pasiyentlərimizin dilək və tək-lifləri də fəaliyyətimizin daha yüksək səviyyədə təşkilində xüsusi rol oynayır.

    Bizimlə əməkdaşlıq edən müalicə həkimləri laborator müayinə istəklərinə uyğun barkodlanmış nümunələr laboratoriyamıza daxil olduqdan qısa müddət sonra analizin nəticələrini öz kompüterlərində görmək imkanına malikdirlər. Eyni zamanda, pasiyentlərimiz dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə saytımıza daxil olaraq laborator analizlərinin nəticələri ilə tanış ola bilirlər.

    Biokimyəvi

    Mikrobioloji

    Sitogenetik

    Molekulyar Genetik

    Patohistoloji

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.

  • UŞAQ XƏSTƏLİKLƏRİ

    Caspian İnternational Hospitalın  Uşaq xəstəlikləri şöbəsi müasir tibbin bütün tələblərinə cavab verir. Dünyada qəbul olunmuş standartlar və protokollar əsasında müasir tibbi cihaz və avandanlıqlarla təchiz olunmuş şöbə 9 yataqdan ibarətdir.

     

    Şöbədə yerləşən bütün palatalar monitor, kondisioner, telefon, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakum sistemləri ilə təchiz olunub. Təcrübəli hə-kim və tibb bacıları tərəfindən həftə boyunca 24 saat ərzində şöbədə yatan uşaqlara yüksək səviyyədə tibbi xidmət göstərilir. Növbətçi personal müalicə həkiminin verdiyi təyinatın yerinə yetirilməsi, lazımi laborator analizlərin, instrumental müa-yinələrin vaxtında həyata keçirilməsinə nəzarət edir.

     

    Həmçinin şöbəmizdə fiziki, sosial və psixoloji inkişafı nəzərə alınaraq uşaq-lara profilaktik peyvəndlərin düzgün vurulması üçün Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq fərdi peyvənd proq-ramları tətbiq edilir.

    Şöbədə həkim-pediatr müayinəsi ilə yanaşı, xəstələrin şikayətlərinə, qoyulan diaqnoza uyğun olaraq ehtiyac yarandığı təqdirdə digər ixtisas həkimlərinin müa-yinələri də təşkil olunur.  Həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilən xəstələr evə buraxılana qədər təcrübəli həkimlərin təqibində olurlar.

     

    Şöbə uşaqların sağlamlığını qorumaq, xəstəliklərinə düzgün diaqnoz qoyub sağaltmaqla yanaşı, müalicə və qulluğun planlaması prosesində ailələrin iştirakına da xüsusi əhəmiyyət verir. Övladlarınızın özlərini xəstəxandan daha çox bir ailə,  rahat ev və oyun mühitində hiss etmələri, nümunəvi xidmət alması əsas hədəfi-mizdir.

    Title

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.

  • NEONATOLOGİYA

    Hospitalımızın ən müasir tibbi avadanlıq və cihazlarla təchiz edilmiş  Neo-natologiya (yenidoğulmuşlar) şöbəsi yüksək ixtisaslı və peşəkar mütəxəssisləri ilə 7 gün/24 saat ərzində xidmət göstərir.

     

    Şöbə doğum prosesi və ya əməliyyat əsnasında yenidoğulmuş körpələrə zəruri reanimasiya yardımı göstərmək üçün bütün imkanlara malikdir.

    Şöbədə yeni doğulan xəstə uşaqlara, erkən doğulmuş və ya bədən çəkisi həddən artıq aşağı olan körpələrə qulluq üzrə ən son metodlara və müasir texno-logiyalara bələd olan yüksək ixtisaslı həkim-neonatoloqlar işləyirlər.

     

    Neontalogiya şöbəsində dünyaya gələn körpələrin hestasiya yaşından asılı olmayaraq ümumdünya standartlarına uyğun ilkin neonatoloji xidmətlər daxil ol-maqla  reanimasiya, intensiv terapiya, ikinci dərəcə qulluq və terapiyaya qədər bü-tün növ xidmətlər göstərilir.

    Title

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.

  • ƏMƏLİYYATXANA

    Caspian International Hospitalın əməliyyat bloku pasiyentlərə yüksək sə-viyyədə cərrahi xidmətin göstərilməsinə tam imkan verir.

     

    Klinikanın əməliyyat blokunda dünyada qəbul olunmuş standartlar və proto-kollar əsasında müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş 8 əməliyyat otağı mövcuddur. Bunlardan 5-i ümumi profilli, 3-ü isə qeysəriyyə kəsiyi əməliyyatları üçün nəzərdə tutlmuşdur.

     

    Klinikada  ümumi cərrahiyyə, uroloji, ginekoloji, endokrinoloji, oftalmoloji, qulaq, burun və boğaz, travmatologiya və ortopediya, mədə-bağırsaq (proktoloji) cərrahiyyəsi, yırtıqların açıq və laparoskopik cərrahi müalicəsi daxil olmaqla cərra-hi əməliyyatların əksəriyyəti  həyata keçirilir. Xəstəxanada icra olunan əməliyyatlar zamanı həyata keçirilən anestezioloji xidmətlər beynəlxalq standartlara tam cavab verir. Şöbəmizdə bütün otaqlar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, müalicə müddəti ərzində xəstənin ürək-damar (arterial təzyiq, nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə təchizatı) daimi nəzarətdə saxlanılır.

    Bütün xəstələrin əməliyyatları, tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xü-susi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir və xəstə evə buraxılanadək təcrübəli həkimlərin təqibində qalır.

     

    Klinikanın ən müasir texniki tibbi avadanlıqlarla təchiz edilməsi, yüksək stan-dartlara cavab verən əməliyyat blokuna malik olması, cərrahların Avropanın bir sıra aparıcı klinikalarında təcrübə keçməsi, əməliyyat  zamanı ultrasəs  və  rentgen müayinəsinin ən  müasir cihazlar vasitəsi ilə  aparılması, əməliyyatların  video mə-lumatların arxivləşdirilməsi bizim üstünlüklərimizdir.

    Title

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.

  • POLİKLİNİKALAR

    Caspian İnternational Hospitalın Poliklinika şöbəsində beynəlxalq standartlara uy-ğun müasir tibbi avadanlıq və təchizatlarla yüksək səviyyədə təmin olunmuş ambu-lator xidməti təqdim edilir. Hazırda poliklinikamızda təcrübəli və ixtisaslaşmış hə-kimlər tərəfindən tibbin aşağıdakı sahələri üzrə kabinetlər fəaliyyət göstərir:

    Ginekoloji kabinet

    • Kolposkopiya otağı

    Pediatrik kabinet

    Otorinolorinqoloji kabinet

    Kardioloji  kabinet

    • EKQ
    • Exo KQ
    • Tredmill test

    Cərrahi kabinet

    Proktoloji kabinet

    Endoskopiya otağı

    • Qastroskopiya müayinəsi
    • Kolonoskopiya müayinəsi

    Travmatoloji kabinet

    Uroloji kabinet

    Dermatoloji kabinet

    Kosmetoloji kabinet

    Oftalmoloji kabinet

    Endokrinoloji kabinet

    Terapevtik kabinet

    Nevroloji kabinet

    Stomatoloji kabinet

    Sığorta şöbəsi

    • Təcili tibbi yardım otağı
    • Sarğı  otağı

    Şüa diaqnostikası üzrə

    • Ultrasəs müayinəsi (USM)
    • Maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi
    • Kompüter tomoqrafiya (KT) müayinəsi

    Rentgen

    Title

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.

  • NEVROLOGİYA

    Nevrologiya sinir sistemi xəstəliklərinin (cərrahi müdaxilə tələb etməyən) müayinə və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Bu sahə həkim-xəstə müna-sibətinin son dərəcə vacib olması ilə səciyyələnir. Çünki müalicəyə başladıqdan sonra xəstə və həkimin sıx əlaqədə olması mühüm şərtlərdən sayılır. Belə ki, müa-licə prosesində zaman-zaman dərman preparatlarının əvəzlənməsi, dozasının ar-tırılması və ya azaldılması kimi zəruri dəyişikliklər edilməsinə ehtiyac yaranır.

     

    Caspian İnternational Hospitalın nəzdində fəaliyyət göstərən Nevrologiya şöbəsinin araşdırdığı xəstə profili əsasən bir neçə qrupdan ibarət olur. Nevroloji xəstəliklər içərisində ən çox müraciətin olduğu baş ağrıları qrupu ambulator ola-raq izlənilir və müalicə edilir. Beyin qan dövranının pozulması ilə bağlı yatan və təqib edilən xəstələr, epilepsiya xəstələri, Parkinson xəstəliyi kimi gec yaşlarda özünü büruzə verən, intensiv təqib və müalicə tələb edən degenerativ xəstəlik-lərdən şikayət edən xəstələr mütəxəssis-nevroloqlarımız tərəfindən qiymətləndi-rilir və müvafiq plan üzrə müalicə edilirlər. Digər profil üzrə xəstələrin də nev-roloji problemlərlə üzləşmə hallarına tez-tez təsadüf edilməsi səbəbindən klinika-mızın nevrologiya şöbəsi digər sahələr üzrə mütəxəssislərlə yaxın əməkdaşlıq şə-raitində fəaliyyət göstərir. Bunların içərisində Neyrocərrahiyyə və Radiologiya şö-bələri əsas yer tutur.

    Nevroloji xəstəliklərin qısa zamanda müayinəsi və diaqnostikası olduqca vacibdir. Çünki gecikmə sonradan qarşısıalınmaz fəsadlara səbəb ola bilər. Bu sə-bəbdən, Caspian İnternational Hospitalın Nevrologiya şöbəsi  müayinə və müali-cənin dəqiq, sürətli həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Radiologiya şöbəsinin nəzdində olan ən son texnologiyaya sahib kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) cihazları sayəsində lazımı müayinələr uğurla həyata keçirilir. Həmçinin yüksək keyfiyyətli və yenilənmiş laborator cihazlar da müayinənin vaxtında və dəqiq həyata keçirilməsinə imkan verir.

    Xidmət sahələrimiz:

    • Baş ağrıları;
    • Elektroensefaloqrafiya (EEQ) və epilepsiya;
    • Elektroneyromioqrafiya (ENMQ);
    • Hərəkət pozulmaları;
    • Neyromuskulyar (sinir-əzələ) xəstəlikləri;
    • Dağınıq skleroz və digər demielinizasiya xəstəlikləri;
    • Neyrooftalmologiya;
    • Beyin qan dövranının pozulmaları;
    • Neyroreanimasiya

    Title

    Məlumatı qeyd edib bizə göndərin

    Gün ərzində sizə cavab veriləcək.