logo

Caspian International Hospital sizi salamlayır!

Ən son tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş Caspian International Hospital  peşəkar, gülərüz personalı ilə tibbi bütün sahələrində yüksək səviyyədə xidmət göstərən özəl tibb müəssisəsidir. 2013-cü ildən fəaliyyət göstərən klinika Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşir. Tibb sahəsində beynəlxalq standartları tətbiq edən klinika həm ölkəmizin bütün bölgələrindən olan insanlara, həm də Azərbaycanda yaşayan xarici vətəndaşlara xidmət göstərir.

12000 kv. m.  ümumi  sahəsi, 89 çarpayılı stasionar, 8 əməliyyatxana, 4 doğuş zalı, 14 terapevtik və cərrahi reanimasiya çarpayısı, 59 neonatoloji intensiv terapiya çarpayısı olan klinikamız müasir tibb texnologiyalarına malik cihaz və ləvazimatlarla xəstələrin xidmətindədir.

Vizyonumuz

Təqdim etdiyi xidmətin bütün sahələrində elmiliyi və keyfiyyəti ilə ilklər arasında yer almaq, beynəlxalq sahədə təbabətin tətbiq etdiyi ən müasir metodları təqib edərək inkişafına töhfə vermək və əldə etdiyi praktiki tibbi nailiyyətləri akademik şəraitdə  də davam etdirmək müəssisəmizin fəaliyyət prinsipinin əsasını təşkil edir.

Missiyamız

Göstərdiyi etibarlı və xəstə mərkəzli keyfiyyətli səhiyyə xidmətləri, xəstə və onların hüquqlarına hörmətlə yanaşan personal məmnuniyyəti, bacarıqlı tibb işçilərinin yetişdirilməsi ətraf mühiti qoruyan, yenilikçi və daim özünü inkişaf etdirən müəssisəmizi səciyyələndirən  bariz cəhətlərdir.

Dəyərlərimiz

Tibbin bütün sahələri üzrə cərrahiyyə istiqamətini əsas götürən və beynəlxalq səviyyədə xidmət göstərən klinikamız əhalinin orta və yüksək gəlirli təbəqəsinin (orta, ortanın üstü və yüksəyin altı) müraciət edə biləcəyi, ixtisaslı həkim və tibbi personalı ilə xəstə və xəstə yaxınlarının keyfiyyətli səhiyyə xidmətinə və müştəri məmnuniyyəti anlayışına güvənə biləcəkləri müəssisə olmaqla qürur duyur.

  • Bütün sağlamlıq problemləriniz üçün buradayıq...

  • QƏBULA YAZILIN
... (several lines of customized programming code appear here)