Febril qıcolma

Febril qıcolma yüksək qızdırma(38dərəcə və daha cox) nəticəsində baş veran qıcolma tutmalarına deyilir. Virus və bakterial infeksiyalar fonunda daha cox rast gəlinir.Febril qıcolma 6 ay -5yaş arası uşaqlarda görülür..Oglan uşaqlarinda görülmə tezliyi qızlara nisbətən daha yüksəkdir.Ata və ya anada eləcə də yaxın qohumlarda uşaqlıqda febril qıcolma olmuşsa bu uşaqlarda febril qicolma daha cox faizlə qarşımıza çıxır.

Patofizioloji olaraq febril qıcolma beyinin qızdırmaya olan cavab reaksiyasıdır,qızdırmaya olan dözümlüyün aşagı olmasıdan xəbər verir.

Klinik olaraq:huşun pozulması,gözlərin bir tərəfə dönməsi,dodaqlarda göyərmə,nəfəs durması,bütün bədənin vəya yarım tərəfin yıgılması,titrəməsi,sidik qaçırması şəkilində görünür.Febril qıcolma həm bəsit həm mürəkkəb formada qarşımıza cıxa bilər.Qıcolma 15 dəqiqədən qısa sürərsə,eyni gündə 1 dəfə olarsa və sonradan təkrarlanmazsa bu halda bəsit febril qıcolma deya bilirik.Qıcolma 15 dəq dən uzun sürərsə, huşun aydınlaması uzun cəkərsə,sonradan uzun müddət ətraflarda zəyiflik olarsa ,eyni gündə və bir xəstəlik dönəmində b ir necə dəfə təkrarlanarsa bu zaman mürəkkəb forma febril qıcolma kimi dəgərləndirmək lazımdır.

Febril qıcolma epilepsiya deyildir.Epilepsiya xəstəliyinə keçmə faizi 2% dir.

Febril qıcolma baş veribsə uşaq nevroloquna müraciət etmek lazımdır.Düzgün,dəqiq toplanmış anamnez nəticəsində diaqnoz qoyulur.

  • Əgər qıciolma 15 dəq uzun sürərsə;
  • Bir gün və bir xəstəlik zamanı bir necə dəfə təkrarlanarsa;
  • Uşaq 6 aydan kiçik və 6 yaşdan böyüksə;
  • Ailədə epilepsiya anamnezi varsa;

Bu zaman xəstə daha dərin araşdırımalı,EEQ müayinəsi,MRT müayinəsi ,gərəkərsə lyumbal puksiya və s aparılmalı və diaqnoz qoyulmalıdlr.

Leave a reply