
Əllərimizi nə zaman və necə yumalıyıq?!
Əllərimizi nə zaman və necə yumalıyıq?!
✔ ƏLLƏRİMİZİ YUYARKƏN
▪Bol su və sabundan istifadə etməliyik
▪Əllərimizi ən az 10-15 saniyə yaxşıca ovuşturmalıyıq
▪b\Barmaq aralarını və dırnaq altlarını yaxşıca təmizləməliyik
▪40-60 saniyə əllərimizi yumalıyıq
✔ ƏLLƏRİMİZİ NƏ ZAMAN YUMALIYIQ?
▪Yemək hazırlanmadan əvvəl
▪Yemək yemədən əvvəl və sonra
▪Hər tualetdən sonra
▪Uşaqların altlarını dəyişdirdikdən sonra
▪Asqırarkən və ya öskürərkən buruna və ya qulağa toxunduqdan sonra
▪Saçları daradıqdan ya da toxunduqdan sonra
▪Gözlərə və üzə toxunmadan,makiyaj etmədən əvvəl
▪Siqaret çəkdikdən sonra
▪Əl verib görüşdükdən sonra
▪Pul alış verişindən sonra
▪Nəqliyyat vasitələrindən istifadə etdikdən sonra
▪Bişməmiş qidalara toxunduqdan sonra
▪Vaxtı kecmiş məhsullara və zibil tullantılarına toxunduqdan sonra
▪Kimyəvi təmizlik maddələriylə təmastan sonra
▪Heyvanlara toxunduqdan sonra
▪Xəstə bir insanla təmasdan əvvəl və sonra
▪Əsasən əllərin kirli göründüyü hər vəziyyətdə
Heyvanları səvələdikdən və ya onlara aid əşyalara toxunduqdan sonra əllərimizi doğru bir şəkildə yumalıyıq.
UNUTMAYIN !
Həm özümüzün həm də ətrafımızdakıların sağlığını qorumaq üçün əllərimizi tez-tez və doğru bir şəkildə yumalıyıq.
Leave a reply