![](https://cih.az/wp-content/uploads/2020/03/495048f6-5283-4c26-b9b2-f6e8ee7a99e1.jpg)
“Caspian İnternational Hospital” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə edib
Bakı. Trend:
“Caspian İnternational Hospital” koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Trend-in məlumatına görə, öz korporativ sosial məsuliyyətini yerinə yetirən “Caspian İnternational Hospital” Fonda 50 min manat vəsait köçürüb.
Bununla də müəssisə Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərə öz töhfəsini verib.
https://az.trend.az/azerbaijan/society/3212232.html
Leave a reply
What other organizations or businesses have donated to the Support Fund for the fight against the coronavirus in Azerbaijan?
Reply