PCR testi ilə Antikor testi arasındakı fərq.

Antikor testi apararkən bunun bir antigen testi olmadığını unutmayın. Antigen testləri, insanın xəstə olub olmadığını, yəni kəskin infeksiyanın olduğunu aşkar edən testlərdir. Antikor testləri isə şəxsin əvvəllər bir infeksiya keçirib keçirmədiyini və virusa qarşı immunitetli olub olmadığını müəyyənləşdirmək məqsədi daşıyır. Yəni test zamanı insanın xəstə olub olmadığı barədə məlumat verməz.

PCR testi isə virusun genetik məlumatlarını, koronavirusun və ya fərqli bir virusun xəstəyə bulaşıb-bulaşmadığı nəticələrini verir. PCR metodu virusa yoluxduqda, yəni xəstəliyin antikoru meydana gəlmədiyi zaman nəticə verir.

Antikor testi, Covid 19-a səbəb olan SARS CoV-2 virusuna qarşı bədənin immunitet sisteminin yaratdığı total IgG tipli antikorları ölçür. Yəni bu xəstəliyə qarşı immunitetin olub olmadığını göstərən bir testdir. Boğazdan və ya burundan nümunələr götürülən testdən fərqlidir, başqa sözlə qoldan qan alınaraq test edilir. Barmaq ucunda qanla edilən testlərdən daha etibarlıdır.

Leave a reply