Ölkəmizin ən qabaqcıl klinikalarından biri olaraq əhalinin nəzərinə çatdırmaq istəyirik ki, Caspian İnternational Hospitalda peyvəndləmə prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün
VAKSİNASİYA STRATEGİYASI”nın tələblərinə uyğun olaraq tam ödənişsiz həyata keçirilir.

Hər bir vətəndaş klinikaya gəlməzdən əvvəl onlayn olaraq (https://randevu.its.gov.az/) qeydiyyatdan keçərək “Pfizer” vaksinini ödənişsiz şəkildə Caspian İnternational Hospitalda vurdura bilər.

Vətəndaşların vaksinasiya prosesinə aktiv şəkildə qoşulmasını, özünüzün və yaxınlarınızın həyat və sağlamlığını düşünərək vaksin olunmağını hər kəsə tövsiyə edirik.

Leave a reply