Refraktiv qüsurların- hipermetropiya, miopiya və astiqmatizm- birdəfəlik müalicəsində yeganə üsul Eksimer lazer göz əməliyyatı olduğunu bilirik. Eksimer lazer göz əməliyyatı dünyada gün keçdikcə daha çox qəbul olunan yeni və etibarlı üsuldur. Lakin bu yeni texnologiyanı araşdırdıqca, qarşımıza bir çox üsul çıxır. Onlardan bir neçəsinin nəzərdən keçirək:

PRK/LASEK:
Artıq bir o qədər də istifadə olunmayan bu üsul daha çox nazik buynuz qişası və ya əlavə göz xəstəlikləri olan xəstələr üçün uyğundur. Müasirlərindən fərqli olaraq, bu üsulda gözün üst qatı xüsusi cərrah bıçağı, yaxud məhlulla soyularaq təmizlənir, buynuz qişaya lazer şuası verilir.
Gözün üst qişası öz-özünü yeniləsə də, bu uzun vaxt aparır. 7-21 gün arası qaşıntı, quruluq və qıcıqlanma ola bilər. 3 aya göz görmə qabiliyyətini tam bərpa olunur.

LASİK:
Bu üsulda gözün üst qişası kreton bıcaqla elipsvari kəsilir, “fləp” yaradılır. “Fləp” çevrilib buynuz qişaya lazer verildikdən sonra, yerinə qaytarılır. Bu zaman yalnız “fləp”in kənarlarının sağalmağına ehtiyac duyulduğu üçün, sağalma müddəti çox qısadır.
3-7 gün ərzində qıcıqlanma, quruluq ola bilər. 21 günə görmə tam bərpa olunur.

İnterelase LASİK:
Bu üsulda “fləp” lasik lazer vasitəsi ilə yaradılır. Xüsusilə ən yeni texnologiya olan beşinci nəsil İFS Advanced Femtosecond Laser cihazı ilə həssas kompüter dəqiqliyi ilə elipsvari “fləp” yaradılır. Çevrilir, Lazerlə buynuz qişaya forma veriləndən sonra “fləp” yerinə qaytarılır. Həssas lazerlə yaradılan kəsiyin sağalma müddəti çox qısadır. 2-3 saat ərzində xəstə özünü daha yaxşı hiss edir. 24 saat ərzində görmə qabiliyyəti yaxşılaşır, 3 günə qədər bütün problemlər aradan qalxır

Caspian İnternational Hospitalda məhz son texnologilardan istifadə edilərək İlasik üsulu Eksimer Lazer əməliyyatları həyata keçirilir. İlasik ilə eynəkdən qurtulma əməliyyatı Bıçaqsız həyata keçirilir!

Leave a reply