Eksimer Lazer nədir, Refraktiv göz qüsurlarını necə aradan qaldırır?! (ƏTRAFLI)

Eksimer Lazer nədir, Refraktiv göz qüsurlarını necə aradan qaldırır?!

Gözlərin işıq şüasını torlu qişada toplaya bilməməsi nəticəsində refraktiv qüsurlar əmələ gəlir. Refraktiv qüsurlar demək olar ki, görmə qabiliyyətinin itirilməsinin ən başlıca səbəblərindəndir. Dünya miqyasında milyonlarca insanın bu qüsurlar səbəbilə zəif görmədən əziyyət çəkirlər. Refraktiv göz qüsurları, gözümüzün görməsində azalmaya səbəb olan miopiya,  hipermetropiya və astiqmat kimi qüsurlardır. Əsas olaraq kürə şəklində olan göz almamız, normaldan daha uzun olarsa miopiya, daha qısa olarsa hipermetrop dediyimiz qüsur ortaya çıxar.

Daha əvvəllər bütün refraktiv qüsurların öhdəsindən  eynək və kontakt linzalar ilə gəlinirdi və normal görmə təmin edilirdi. Lakin çox keçmədən bu vasitələr də insanların həyatını çətinləşdirir.  Zamanla miopiya, astiqmatizm və hipermetropiyadan qurtulub eynək və linzaları atmaq istəyən insanların sayı artır. Bunun üçün yeganə və ən etibarlı üsul Eksimer Lazerdir.

Eksimer Lazer 30 ildən artıq göz cərrahiyyəsində istifadə olunan üsuldur. Gözün və buynuz qişasının formasından aslı olaraq yaranan sınma qüsurlarını – Miopiya, astiqmatizm və hipermetropiyanı müalicə etmək üçün istifadə olunur.

Kimlər üzərində Eksimer Lazer əməliyyatı aparıla bilər?

-18 yaşından yuxarı olanlar
-Buynuz qişa toxumasının qalınlığı yetərli olanlar
-Göz dərəcəsi son bir ildə dəyişməmiş olanlar
-Digər göz xəstəliklərindən (buynuz qişanın qabarılması, göz təzyiqi və s.) əziyyət çəkməyənlər,

Əməliyyat qabağı müayinə və proseduralar əsasında əməliyyata yararlı bilinən şəxslər üzərində lazer əməliyyatı aparıla bilər.

Bəs Kimlərə Eksimer Lazer əməliyyatı olmaz:

-Hamilə qadınlara
-Şəkər xəstələrinə
-Revmatizma xəstəlikləri olanlara
-QİÇS xəstələrinə
-Keratakonus xəstələrinə
-Ciddi göz quruluğu olanlara
-Katarakta olanlara

Eksimer lazer göz əməliyyatı dünyada gün keçdikcə daha çox qəbul olunan yeni və etibarlı üsuldur. Lakin bu yeni texnologiyanı araşdırdıqca, qarşımıza bir çox üsul çıxır. Onlardan bir neçəsini nəzərdən keçirək:

PRK: gözün buynuz qişası qaşınır, buynuz qişaya lazer tətbiq edilir. Göz özü 3-7 gün ərzində üst qisasını bərpa edir, 3 həftəyə qədər ağrı qala bilir.

Lasik: gözün üst qişası mikrokretom bıçaqlarla kəsilir-Fləpyaradılır, çölə çevrilir. Buynuz qişaya lazer yeridildikdən sonra Fləp  yerinə qaytarılır. 2-3 gün ərzində ağrılar keçir.

İLasik(femtosaniyə): gözün üst qişası lazer vasitəsi ilə dəqiqliklə kəsilir. Lazer tətbiq edilir. Əməliyyat cəmi 30 saniyə çəkir. Sağalma prosesi 6-12 saatdır. Femto-Lasik üsulunda istifadə olunan ən son cihaz İFS Advanced Femtosecond Laser cihazıdır.

Əməliyyat zamanı İlasik Eksimer Lazer texnologiyası 3 mərhələdə tətbiq edilir:

1-ci mərhələdə İdesign sistemi ilə refraktiv göz qüsuru olan pasiyentin 3D göz xəritəsi çıxarılır.

2-ci mərhələdə İntralase (İFS Femtosaniyə lazer sistemi) ilə buynuz qişada lazer ilə, əl dəymədən fləp yaradılır.

3-cü mərhələdə İDesign cihazından alınan pasientə məxsus məlumatlardan istifadə edərək VİSX STAR S4 Eksimer lazer sistemi ilə Eksimer Lazer tətbiq edilərərk refraktiv göz qüsuru aradan qaldırılır. Ən önəmli məqamlardan biri isə, bu cihazda “Eye Tracking” funksiyası  var. Yəni Lazer tətbiq edilərkən, gözünüzü qaçırsanız belə, bu ağıllı izləmə funksiyası  öz işini görür və Lazeri maneəsiz tətbiq edir.

Nə üçün Eksimer Lazer göz əməliyyatında İLasik üsulunu seçməlisiniz?

Çünki;

  • Hər şey kompüterin nəzarətində olduğu üçün təhlükəsizdir.
  • Buynuz qişası nazik olan pasiyentlər də yararlana bilər.
  • Görmə qüsuru böyük olan xəstələr üçün də uyğundur.
  • Astiqmatı aradan qaldırır.
  • Neştərsiz “fləp” yaratma texnologiyası ilə komplikasiya risqi minumuma enir.
  • Əməliyyat cəmi bir neçə dəqiqəyə bitir.
  • Ağrı və şişkinlik olmur.

Bir sözlə aparılan araşdırmalar onu göstərir ki miopiya , hipermetropiya və astiqmatizmanın müalicəsində istifadə olunan və bütün dünyada refraktiv cərrahiyyədə tətbiq olunan ən geniş yayılmış və qızıl standart sayılan üsul – Eksimer Lazer üsuludur. Eksimer lazer eynək və kontakt linzalardan qurtulmaq üçün ən ideal vasitədir.

Caspian İnternational Hospital olaraq, digər şöbələrimizdə olduğu kimi, Oftalmologiya şöbəmiz də son texnologiyalar ilə təmin edilmişdir.  Yuxarıda sadaladığımız İFS Advanced Femtosecond cihazı, İdesign cihazı və  Eksimer Lazer cihazı olan VİSX Star S4 cihazı klinikamızda mövcuddur və İlasik Eksimer Lazer refraktiv göz əməliyyatını  yüksək ixtisaslı, uzman həkimlərimiz ilə həyata keçiririk.

Eksimer Lazer ilə Həyata Eynəksiz Davam Edin!

Caspian İnternational Hospital

 

Leave a reply