Müasir Ginekologiyada Kolposkopiya

Müasir ginekologiyada Kolposkopiya uşaqlıq boynu, uşaqlıq yolu və vulvanin xəstəliklərini vaxtında görüb aradan qaldırmağa kömək edən cox gözəl bir üsuldur.Bu üsul vasitəsilə gözlə görünməyən dəyişiklikləri görmək mümkündür. Uşaqlıq boynunda olan hər qəzartınız eroziya olmaya biler, yaxud təmiz qızartısız görünən uşaqlıq boynu sağlam olmaya bilər. Ona görə 3 ildən birdə olsa cinsi həyatı başlamış her bir qadın kolposkopik müayinədən keçməlidir.

Uşaqlıq boynundakı patoloji proseslərə papilloma viruslar, vitamin D catışmazlığı,hormonal dəyişiklik(qalxanvari vəzin hipo və ya hiper funksiyası), yaxudda uzun müddət qebul olunan hormonal preparatlar,uşaqlıq yolunun iltihabi və qeyri iltihabi ,immunsistemin aşağı düşməsi.bu risk faktorlarını aradan qaldırıb müalicə etdikdən sonrada proses davam edərsə o zaman mualicə metodu dəyişilir.

Prosedur böyüdücülər vasitəsilə aparılır, ağrısızdır. Aybaşı olmayan günlərdə aparmaq olar müayinəni. Prosedurdan 3 gün əvvəldən cinsi əlaqə, uşaqlıq yoluna şam, vaginal ultrasəs etdirmək olmaz .

Caspian İnternational Hospitalda ən müasir üsul olan videokolposkopiya istifadə edirik: Videokolposkopiyada görüntü monitora ötrülür və bu zaman pasient müayinə zamanı həm həkimin icra etdiyi işləri, həmdə uşaqlıq boynunda olan dəyişiklikləri görür.

Kolposkopik müayinə zamanı PAP-smear testi, HPV(onko genotip 16.18) götürmək mütləqdir. Əgər şüphəli sahə görəriksə biyopsiya götürülür.

PAP-smear testi uşaqlıq boynunda baş verən hüceyrəvi dəyişikliyi, xərçəng önü prosesləri gostərir (CİN I,II ,III)

HPV-(human papilloma virus)-tədqiqatlar xərçəngin yaranmasında bu virusun böyük rolu olduğunu göstərir.

Leave a reply