QOTURLUQ NƏDİR ?

Qoturluq nədir?

Dəri xəstəlikləri arasında tez tez rast gələn qoturluq xəstəliyidir.

Qotur dərinin parazitar xəstəliyidir.Qaşınmalı qotur mikroskopik gənələr tərəfindən törədilir. Bu ümumi dəri probleminə bütün dünyada rastgəlinir və bütün canlılara aiddir.Chox vaxt qoturluq xəstəliyini neyrodermit,ekzema,kontakt dermatit,psoriaz xəstəlikləri lə səhf salırlar.
Qoturluq xəstəliyinə necə yoluxulur?
Qoturluqa yoluxma xəstə ilə birbaşa təmasda olduqda və ya yoluxmuş xəstənin paltar və yataqindan istifadə etdikdə yoluxma baş verir.Qoturluq insanların çox toplandığı yerlərdə, insanların bir-biriilə təmasda olduğu məkanlarda (məsələn, uşaq bağçalarında və müalicə müəssisələrində) sürətlə yayılır.Qoturluğa səbəb olan gənələr asanlıqla ailə üzvlərinə keçə bilər.
Qoturluq xəstəliyinin əlamətləri hansılardır:
Qoturluğa yoluxmuş insanda simptomlar 1-6 həftədən sonar başlaya bilər. İlk simptomlardan biri qaşınmadır.Qaşınma əsasən axşam saatlarında intensivləşir ve ilkin mərhələdə dəridə qoturluq yolları gözə çarpmağa başlayır və 4-6 həftə ərzində bədənin bütün nahiyələrinə yayılır.Qoturluq yolu tünd qararəngdə olur və uzunluğu 0,5-1 sm qədər olur.Qoturluq yolunun səthində 2 qara nöqtə görünür – gənənin girdiyi və çıxdığı yer. Qoturluq en çox əl barmaqlarının arasında, büküklərdə, dirsəkdə, bilək nahiyəsində, sarğıda olur. Qoturluq çox vaxt piodermiya xəstəliyi ilə fəsadlaşır,çünki qaşınma zamanı dırnaq sıyrıntıları dərinin tamlığını pozur və irin törədən mikrobların orqanizmə keçməsi üçün şərait yaranır.
Qoturluğun diaqnozu necə qoyulur?
Diaqnoz adətən həkimin səpgilərə baxmasından sonra qoyulur. Mikroskopik olaraq gənə və yumurtaları və konkrementlər tapılır.Əgər mikroskopik və biopsiyanın nəticəsi mənfidirsə, bu diaqnozu tamamən inkar etmir. Adətən, yoluxmuş orqanizmdə 10 dənədən çox varsa, qızdırmada ola bilər. Bu da infeksiyanı üzə çıxarmağı asanlaşdırır.
Qoturluğun müalicəsi varmı?
Qoturluq xəsteliyinin müalicəsi var.Nə qədər tez aşkar olunarsa o qədər də tez müalicə effektini almaq olar.
Müasir müalicə üsulları arasında əsasən losyon,məhlul növləri ndən istifadə olunur. İstifadə zamanı həmişə həkimin göstərişlərinə diqqət etmək lazımdır.Dərman vasitəsi boyundan aşağı ətrafların barmaqlara qədər sürtün, ən az birgün qalsın (minimum 8 saat). 7-10 gündən sonra losyon təkrar istifadə oluna bilər.Əgər effektli nəticə alınsa, 24-48 saatdan sonar heç bir yeni səpgi yaranmayacaqdır.
Qeyd etmək lazımdırki, qaşınma müalicədən sonar dərhal dayanmır. Bu onunla izah olunur ki, bədən hələdə ölü gənələrə, onların yumurtalarına və ifrazatlarına cavab verir. Bu 2-3 həftə davam edə bilər.Əgər qaşınma çox narahat edicidirsə, həkim bununla bağlı təyinat verə bilər, antihistamin və sedativ preparatlar simptomları sakitləşdirmək olar.

Profilaktika
Bütün paltarlar, yataq dəstləri, dəsmallar qaynar su ilə yuyulmalı, isti quruducuda qurudulmalı, sonra isə istifadə olunmalıdır.Yuyulma qeyri-mumkün olduqda, plastic paketlərdə 5 günərzində bağlı saxlanılmalıdırlar.

Leave a reply