logo

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Ümumi sağlamlıq kontrolu (Check Up nədir)

Check-Up heç bir şikayəti olmayan sağlam adamların ümumi sağlamlığının vaxtaşırı yoxlanması, yarana biləcək xəstəliklərin vaxtında qarşısını almaq üçün həyata keçirilən bir müayinə növüdür. Müayinə nəticəsində hər hansı bir xəstəliyin risk faktoru və ya xəstəliyin özünün erkən mərhələdə aşkar olunması vaxt itkisinin qarşısını alır. Son zamanlar özünə diqqət yetirən insanların Check-Up proqramları ilə mütəmadi olaraq sağlamlıq kontrolundan keçmələri ciddi aktuallıq qazanmışdır.

Check-Up nə üçün lazımdır?

Check-Up cinsindən və yaşından asılı olmayaraq hər kəs üçün vacib skrininq metodudur. Diabet, xolesterol yüksəkliyi, ürək-damar xəstəlikləri, süd vəzi, uşaqlıq və uşaqlıq boynu, yoğun bağırsaq, sidik kisəsi və prostat vəzi kimi bəzi orqanların xərçənginin, həmçinin osteoporoz kimi xəstəliklərin rastgəlmə tezliyinin artması sağlamlıq müayinələrinin müntəzəm aparılmasını vacib edir. Xüsusilə də genetik risk daşıyan şəxslərin ən azı ildə bir dəfə Check-Up müayinədən keçmələri ilə qeyd edilən xəstəliklərin qarşısını almaq mümkündür.

Hər hansı sağlamlıq problemi olmayan insanlar ildə bir dəfə ümumi Check Up müayinədən keçməlidilər. Yaş, çəki, irsi faktor, əvvəllər keçirilmiş xəstəlik anamnezi və həyat tərzi kimi bir çox nüanslar nəzərə alınaraq hər bir şəxs üçün fərdi Check UP paketi də hazırlana bilər.

Chek Up müayinədən kimlər keçməlidir?

  • Ailəsində piylənmə, diabet və yüksək təzyiq kimi xroniki xəstəliyi olanlar
  • Ginekoloji orqanlar, süd vəzi və prostat vəzi xərcəngi kimi xəstələklər üçün risk qrupuna daxil olanlar
  • Digər xroniki və irsi xəstələklər üçün risk qrupuna daxil olanlar
  • Gərgin şəraitdə və ağır stress altında işləyənlər
  • Menopauza dövrünü daha sağlam keçirmək istəyən qadınlar

Əksər hallarda mühüm şikayətlərimiz olmadan həkimə müraciət etmirik. Halbuki gündəlik həyatımızda əhəmiyyət vermədiyimiz halsızlıq, yorğunluq, başağrısı kimi problemlər ciddi xəstəliyin əlamətləri ola bilər. Bəzən isə həyati təhlükəsi olan xəstəliklər hər hansı simptom olmadan inkişaf edir. Hər il mütəmadi aparılan sağlamlıq müayinələri bu xəstəliklərin aşkar olunması baxımından vacibdir. Bundan başqa, Chek Up müayinələrin nəticəsinə uyğun olaraq həyat tərzinizdə ediləcək dəyişikliklər gələcəkdə inkişaf edə biləcək ürək xəstəlikləri, şəkər, təzyiq, qanazlığı və sümüklərin lizisi kimi xəstəliklərin də qarşısını almağa imkan verir.

Fərdi sağlamlıq analizi proqramı tərtib edilərkən ilk hədəfimiz şəxslərin xəstəliklərdən qorunmasını təmin etməkdir.

Fərdi:

Genetik quruluşunu, qidalanma və idman vərdişlərini, sosial həyatını, təhsil və iqtisadi səviyyəsini, yaşadığı ətraf mühit amillərini nəzərə aldıqda hər bir şəxsi dünyada “tək” hesab etmək olar. Bu baxımdan Check-Up adlandırılan sağlamlıq analizləri yalnız sizə aid olduqda daha faydalı olur.

Fərdi sağlamlıq analizi proqramında nəzərə alınır:

Əsas Check-Up testlərinə əlavə olaraq şəxsin şikayət və gözləntisini nəzərə alan panellərdən ibarət müayinələr icra edirik:

  • Xərçəng risk paneli
  • Ürək-damar xəstəlikləri və insult riski paneli
  • Artıq şəkinin idarə olunması paneli
  • Enerji çatışmazlığı, hormonal sağlamlıq paneli
  • Mikroelementlər, vitamin və minerallar paneli
  • Yaddaş qiymətləndirmə paneli
  • Ürək-ağciyər fəaliyyətini qiymətləndirmə paneli
  • Sağlam yaşlanma (anti-aging) paneli