logo

Aşağıda sadaladığımız problemlərin çoxuna hə deyirsinizə mütləq bizə müraciət edin:

  • Stres analizi:

    • Normal (7-8 saat) yuxudan sonra da özünüzü həddindən artıq yorğun hiss edirsinizmi?
    • Gün ərzində özünüzü halsız, yuxulu, günortadan sonra isə enerjisiz hiss edirsinizmi?
    • Sizcə yaşınız artdıqca daha narahat və əsəbi insana çevrilirsiniz?
    • Qarın nahiyəsində piylənmə görüntüsü varmı?
    • Tez-tez soyuqdəymə halları və xəstəliklərə yoluxmaqdan şikayətçisinizmi?
    • Yüksək və ya aşağı təzyiq probleminiz varmı?
    • Xroniki yorğunluq, halsızlıq, keyləşmə, motivasiya çatışmazlığı, yuxu pozğunluğu kimi şikayətləriniz varmı?
    • Dilinizin ucunda qırmızımtıl rəng və ya ortasında çat izləri varmı?
    • Duzlu yeməyə meyllisinizmi?
    • Günə davam edə bilmək üçün tez-tez kafein, spirtli içki və ya nikotin istifadə edirsinizmi?
  • Qan şəkərinizin tarazlığını dəyərləndirin

    • Səhərlər oyanmaq və yola çıxmaq sizə çətin gəlirmi?
    • Tez-tez yemək yeməsəniz titrəmə, başgicəllənməsi və əsəbilik hiss edirsinizmi?
    • Həddindən artıq susamaqdan şikayətiniz varmı?
    • Gün ərzində özünüzü enerji tükənmiş hiss edirsinizmi?
    • Gecə və ya səhər erkən saatlarda tez-tez oyanırsınızmı?
    • Özünüzü enerjili hiss etmək üçün çay, qəhvə, sərinləşdirici içkilər və şəkərli qidalara ehtiyac duyursunuzmu?
    • Tez tez sidiyə çıxırsınızmı?
    • Ürəyiniz tez-tez şəkər və ya şirin şeylər istəyirmi?
    • Xüsusilə qalça və qarın ətrafı nahiyənizdə artıq çəki probleminiz varmı?
    • İdman zamanı özünüzü tükənmiş, yaxud həvəssizmi hiss edirsiniz?
  • Detoks ehtiyacınızı dəyərləndirin

    • Tez-tez tutan baş ağrısından şikayətiniz varmı?
    • Dəriniz çox yağlanır?
    • Akne, qaşıntı, dəri səpgiləri və ya ekzema kimi problemləriniz varmı?
    • Həzm çətinliyi, gəyirmə, pis qoxulu qazçıxarma və bədən qoxuları problemləri yaşayırsınızmi?
    • Dilinizdə bozumtl-ağ və ya sarı ərp, şişkinlik varmı?
    • Funksional bağırsaq pozğunluğu, qəbizlik, ishal, öd daşı, aybaşıdan öncə gərginlik və ya şişkinlikdən şikayətçisinizmi?
    • Hər hansı bir allergiya və ya qida həssaslığınız, boğaz ya da burun ifrazatınız varmı?
    • Ağzınızda acılıq və ya xüsusilə səhərlər qeyri-adi dad hissi olurmu?
    • Tez-tez spirtli, qazlı içkilər, kola, qəhvə, siqaret və ya dərman istifadə edirsinizmi?
    • Qida rasionunuz şəkər, rafinə olunmuş karbohidrat və emal qidalar baxımından zəngindirmi?
    • Əksərən saat 23:00-dən daha gecmi yatırsınız?
  • Həzm problemlərinizi qiymətləndirin

    • Tez-tez köp və ya qaz əmələ gəlmədən şikayətçisinizmi?
    • İshal, qəbizlik və ya funksional bağırsaq pozğunluğunun əlamətləri, yaxud nizamsız bağırsaq hərəkətləri probleminiz varmı? (Əksər hallarda gündə bir və ya iki dəfə bayıra çıxmaq normal hesab edilir).
    • Həzmin çətinləşməsi və ya sinədə yanğı hissinə səbəb olan reflüks şikayətiniz varmı?
    • Dilinizin üzərində sarı, bozumtul- ağ görüntü, orta xəttdə cizgilər, ətrafında və kənarlarında isə dişlərlə əlaqəli çatlar varmı?
    • Ağız qoxusundan şikayətçisinizmi?
    • Yemək yedikdən sonra uzun bir müddət mədənizdə ağırlıq hiss edirsinizmi?
    • Nəcisinizdə aşağıdakı əlamətlərdən hər hansı biri müşahidə olunurmu?
      kəskin qoxulu, yağlı görünüş
      qoyun qığna bənzər daş və ya çınqıl görünüşlü olması
      tualetdə çox iz buraxan, yapışqan, incə və xətli görünüş
    • Əksər hallarda təbii un əvəzinə daha çox ağ zərif karbohidratlarmı istifadə edirsiniz?
    • Meyvə və tərəvəzlər günlük rasionunuzda 5 porsiyadan azdırmı?
    • Son zamanlar antibiotik və ya hər hansı bir dərman qəbul etmisinizmi?
  • Qida həssaslığınızı dəyərləndirin

    • Çəmən poleni, toz, tük və ya müəyyən bir qidaya qarşı allergiyanız varmı?
    • Tez-tez köp və ya qaz problemi yaşayırsınızmı?
    • Qəbizlik, yaxud ishal kimi həzm problemləriniz varmı?
    • Müəyyən qidaların qəbulundan sonra yuxululuq hiss edirsinizmi?
    • Baş ağrısı, miqren, oynaq ağrıları və ya əl-ayaq barmaqlarınızda şişkinlikdən şikayətçisinizmi?
    • Ürəyinizin çox istədiyi və ya sürəkli yeməsəm olmaz dediyiniz hər hansı bir yemək varmı?
    • Yeməkdən sonra döyüntü, dil və ya ağızda xora, yaxud uçuğun yaranması halı ilə qarşılaşmısınızmı?
    • Gözlərinizin altında bənövşəyi həlqələr olurmu?
    • Qaşıntı və ya ekzema kimi dəri problemləriniz varmı?
    • Hiperaktivlik (həddindən artıq hərəkətlilik) və ya depressiyadan şikayətçisinizmi?
  • Ürək-damar sisteminizi dəyərləndirin

    • Tez-tez spirtli, kafeinli içkilər içir və siqaret çəkirsinizmi?
    • Rasionunuzda daim şəkər və rafinə olunmuş karbohidrat (ağ çörək, şirniyyat və s.) yer alırmı?
    • Yeməklərinizə hər zaman duz əlavə edirsinizmi?
    • Hazır və ya konservləşdirilmiş qidaları tez-tez istifadə edirsinizmi?
    • Rasionunuzda doymuş (qatı) yağ, yağlılığı yüksək süd məhsulları, işlənmiş qidalar və yağlı ət məhsulları üstünlük təşkil edir mi?
    • Həyat tərzinizdə çox az idman, həddindən artıq hərəkətsizlik varmı?
    • Yüngül idman hərəkətində belə nəfəs darlığı hiss edirsinizmi?
    • Stress və ya qorxudan şikayıtçisinizmi?
    • Əvvəllər sizdə təzyiqin, xolesterol səviyyəsinin, triqliseridlərin, homosisteinin yüksəkliyi və ya ateroskleroz kimi ürək-damar xəstəliyinin riskləri aşkar edilmişdirmi?
    • Əl və ayaqlarınızın soyuması, qıcolmalar, göyərmə və ya varikoz kimi damar problemləriniz var mı?
    • Həddindən artıq çəki, yaxud bel ətrafında piylənmə probleminiz varmı?
  • İmmun sisteminizi dəyərləndirin

    • Tez-tez soyuqlayır və xəstəliklərə yoluxursunuzmu?
    • Sizdə soyuqdəymə və qrip kimi xəstəliklərin sağalması uzun çəkirmi?
    • Dırnaqlarınızda ağ ləkələr, yaxud dırnaq dibi ətlərdə qızartı, çatlama varmı?
    • Qoltuqaltı, qasıq və qulaqyanı limfa vəzilərində şişkinlikdən şikayətçisinizmi?
    • Allergiya və ya həssaslıq, dəridə səpgilər, dəmrov kimi göbələk infeksiyalarından şikayətçisinizmi?
    • Yüksək hərarətlə müşayiət olunan səpgiləriniz olubmu?
    • Tez-tez çiban və ya itdirsəyi şikayətiniz olurmu?
    • Bədəninizin hər hansı bir nahiyəsində iltihab müşahidə etmisinizmi?
    • Meyvə və tərəvəzlər günlük rasionunuzda 5 porsiyadan azdırmı?
    • Şəkər və rafinə olunmuş karbohidratları (ağ çörək və s.) davamlı yeyirsiniz?
    • Tez tez anitiobtik qəbul edirsinizmi?
    • Əvvəllər antibiotik və ya ona stimulyator dərmanlar qəbul etmisinizmi?
  • Qalxanabənzər vəzinizin fəaliyyəti zəifləyib? Dəyərləndirin

    • Soyuq havada başqaları ilə müqayisədə siz daha tez üşüyürsünüz?
    • Qəbizlikdən şikayətiniz varmı?
    • Dəriniz qurumağa meyllidir?
    • Saçlarınızda nazikləşmə, zəifləmə və qaşlarınızın kənarlarında seyrəlmə müşahidə olunur?
    • Nəbziniz dəqiqədə 60 dəfədən az vurur?
    • Oyandıqdan bir müddət sonra yorğunluq hiss edirsinizmi?
    • Asanlıqla çəki alma və çətin çəki vermə probleminiz varmı?
    • Zehni halsızlıq hiss edirsinizmi?
    • İştahınız zəifdirmi?
    • Bədəninizdə keyləşmə hiss edirsinizmi?
  • Qalxanabənzər vəzinizin fəaliyyəti güclənib? Dəyərləndirin

    • Yuxusuzluq və narahatlıqdan şikayətçisinizmi?
    • Çəkinizi artırmaq üçün çətinlik çəkirsinizmi?
    • Hiperaktivlik, yəni həddindən artıq hərəkətlilik şikayətiniz var?
    • Ani və ya şiddətli emosional reaksiya verirsinizmi?
    • İştahanıza hakim ola bilirsinizmi?
    • Əsmə və ya ürək döyüntünüz olurmu?
    • Fiziki hərəkət və ya idman etmədiyiniz halda çox tərləyir və son dərəcə susuzluq hiss edirsinizmi?
  • Zehni və ruhi vəziyyətinizi dəyərləndirin

    • Tez-tez, səbəbsiz yerə özünüzü yorğun və ya depressiv hiss edirsinizmi?
    • Həyatda bir məqsədinizin olmadığı hissinə qapılırsınızmi?
    • Qayğı və ya panikaya düşmə şikayətiniz varmı?
    • Yuxu problemləriniz var mı?
    • Tez tez motivasiya çatışmazlığı hiss edirsinizmi?
    • Ruh halınız çoxmu rəngarəngdir?
    • Ailənizdə depressiya və ya ruhi sağlamlıq problemləri varmı, yaxud sizdə nə vaxtsa ruhi sağlamlıq problemi aşkar olunubmu?
    • Dilinizin üzərində hər hansı bir kəsik, cizgilər və ya nöqtələr varmı?
    • Stressli və ya narahat zamanlarda daha çox və ya daha az yemək xüsusiyyətiniz var mı?
    • Özünüzü daha yaxşı hiss etmək üçün spirtli içki, kafein, nikotin, yaxud dərman və s. istifadə edirsinizmi?
  • Qadın hormonlarınızı dəyərləndirin

    • Aybaşıdan əvvəl sinədə həssaslıq, bədəndə maye toplanması, yemək istəyi, əsəbilik, ruhi vəziyyətin pisləşməsi kimi əlamətlərdən şikayətçisinizmi?
    • İsti basması, vaginal quruluq, əsəbilik, həddindən artıq tərləmə, gecə tərləmələri kimi menopauza semptomlarından şikayətçisinizmi?
    • Aybaşı dövrünüz nizamsız və ya həddindən artıq uzundurmu?
    • Aybaşı zamanı üzdə sızanaq kimi problemləriniz olurmu?
    • Cinsi impuls və ya cinsi maraq əskikliyi, yaxud hamilə qalma probleminiz varmı?
    • Depressiya, yorğunluq və ya qorxudan şikayətçisinizmi?
    • Sizə endometrioz, mioma, fibrokistik süd vəzi xəstəliyi və ya polikistik yumurtalıq sindromu kimi qadın hormonal disbalansı ilə əlaqəli hər hansı bir xəstəlik diaqnozu qoyulubmu?
    • Üzdə tüklənmə və saç tökülməsi kimi probleminiz varmı?
    • Osteoporozunuz var mı?
    • Qalça və bud ətrafında həddindən artıq piylənmə müşahidə edirsiniz?
  • Kişi hormonlarınızı dəyərləndirin

    • Aşağı cinsi impuls və ya cinsi marağın azalmasından şikayətçisinizmi?
    • İmpotensiya və buna bənzər problemləriniz varmı?
    • Sidiyə çıxma ya da sidik miqdarının artması ilə əlaqədar problemləriniz varmı?
    • Enerjinizin və aktivliyinizin azlığından şikayətçisinizmi?
    • Əzələlərinizdə yumşalma və ya zəifləmə varmı?
    • Əzələ əvəzinə yağların toplanmasına meyllik müşahidə edirsinizmi?
    • Həftədə 21qədəhdən çox spirtli içki qəbul edirsinizmi?
    • Siqaret çəkirsinzimi?
    • Tez-tez özünüzü gərgin və əsəbi hiss edirsinizmi?
    • Özünüzü depressiv və istəksiz hiss edirsinizmi?
    • Sperma hüceyrələrinin sayında və ya keyfiyyətində azalma probleminiz varmı?
... (several lines of customized programming code appear here)