Caspian İnternational Hospital da son texnoloji tələblərə cavab verən, yeni avadanlıqlarla təhciz olunmuş, Oftalmologiya şöbəsi yenidən qurularaq dəyərli vətəndaşlarımıza və xarici vətəndaşlara dünya standartları səviyyəsində xidmət göstərməyə başlamışdır.
Caspian İnternational Hospitalın Oftalmologiya şöbəsində, ölkəmizdə az sayda olan və hatta bir çox sağlamlıq mərkəzlərində olmayan, müasir avadanlıqların imkanları sayəsində, peşəkar həkim komandamızın fəaliyyətinin əhatə dairəsi genişləndiyindən, bir çox göz xəstəliklərinin və qüsurlarının aradan qaldırılması uğurla həyata keçirilməkdədir.